Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021


Şəkil 6.3. Məhsulun hədəf qiymətini təyin edilməsi üçün faydalılıq qrafiki



Yüklə 1,42 Mb.
səhifə72/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   109
STRATEJİ MENECMENT (1)

Şəkil 6.3. Məhsulun hədəf qiymətini təyin edilməsi üçün faydalılıq qrafiki.
Qeyd: Real həyatda istehsal xərcləri və gəlirin həcmi əyrilər şəklində verilir.

Səmərəlilik qrafikində satış həcmi əyrisi məhsulun qiymətindən asılıdır. Müəssisə çalışır ki, istehsal etdiyi məhsula elə qiymət qoysun ki, bu müəssisəyə gəlirin arzu olunan həcmini təmin etsin.


Yeni məhsullara və xidmətlərə qiymətqoymanın əsas metodlarının xarakteristikaları aşağıdakı cədvəldə verilmişdir.


Cədvəl 6.1. Yeni məhsul və xidmətlərə qiymətqoyma metodları

Metodların adı

Mahiyyəti

1. “Qaymağın” götürülməsi

Bazara tam yeni məhsul ilə çıxdıqda istifadə edilir (əsasən patentləşmiş). Bu zaman məhsula yüksək qiymət qoyulur, ancaq müqavilənin müddətinin başa çatması yaxınlaşdıqca müəssisə bazarda güclü mövqeyini qorumaq üçün məhsulun qiymətini mərhələlərlə azaldır.

2. Müdaxilə startegiyası

Rəqibə nisbətən məhsula daha aşağı səviyyədə qiymət qoyulmasını nəzərdə tutur. Bu zaman başlanğıc mərhələdə müəssisə müəyyən itkiyə məruz qala bilər, ancaq bazarda müəyyən paya malik olduqca gəlir əldə etməyə başlayır.

3. Prestij qiymət

Psixoloji baxımdan müəssisədə səmərəliliyin yaradılmasına əsaslanır, belə ki, məhsulun qiymətində cüzi, yəni “bir neçə qəpik” və yaxud manatın yarısı qədər azaltmaqla müştərilərin diqqətini cəlb edir. Bu metoddan əsasən aşağı səviyyədə inflyasiya və stabil iqtisadiyyatda istifadə edilir.

4. Bazarın istehlak seqmentinin qiyməti

Məhsulun satılması nəzərdə tutulan seqmentdə istehlakçıların alıcılıq qabiliyyətinə əsasən müəyyən edilir.

5. Müqavilə qiyməti

Satıcı və alıcı arasında alqı-satqı danışıqları nəticəsində müəyyən edilir. Müqavilə qiyməti əsasən topdansatış sferasında və müəyyən xidmətlər göstərilən zaman, məsələn konsaltinq xidmətində istifadə edilir

Formalaşmış bazarda məhsullara qiymətqoymanın əsas metodlarının xarakteristikası aşağıdakı cədvəldə verilmişdir.


Cədvəl 6.2. Formalaşmış bazarda məhsullara qiymətqoymanın əsas metodları




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin