L.Q.Hamel və K.K.Prahaladın “Açar kompetensiyası” Q.Hamel və K.K.Prahalad strateji idarəetmənin resurs konsepsiyasının məhşur nümayəndələri olub, keçən əsrin 90-cı illərin ikinci yarısında mütəxəssislər arasında xüsusi yanaşmaları ilə fərqlənən bir sıra mütəxəssislər təkliflər ilə çıxış etmişlər. Onların rəqabətli strategiyasının formalaşdırılmasına həsr edilmiş ən məhşur “Gələcək uğrunda rəqabət. Sabahkı gün üçün bazarın yaradılması” monoqrafiyası hazırlamışlar. Bu monoqrafiya 1994-cü ildə ABŞ-da çap edilmişdir.
Bu monoqrafiyada onlar qeyd edirlər ki, gələcək uğrunda mübarizə bazarda paya görə yox, intellektual liderlik uğrunda mübarizədən başlayır [98]. Beləki,
Gələcəkdə hansı müştərilərə siz xidmət edəcəksiniz?
Sizin məhsullar gələcəkdə hansı kanallar ilə onlara ötürüləcək?
Gələcəkdə sizin rəqiblər kimlərdir?
Gələcək rəqabət mübarizəsində sizin üstünlüklərinizin əsası nədən ibarətdir?
Gələcəkdə mənfəətiniz hansı mənbədən daxil olmağa başlayacaq?
Gələcəkdə hansı vərdişlər, üstünlüklər, qabiliyyətlər sizi unikal edəcək?
Gələcəkdə hansı son məhsulla siz bazarda fəaliyyət göstərəcəksiniz?
Qeyd etmək lazımdır ki, Q.Hamel və K.K.Prahalad haqlı olaraq göstərirlər ki, strategiyalar, (strategiya- praktik tədqiqatçıları) təcrübə strateqləri öz qüvvələrini əsasən bazar payının əldə edilməsinə və saxlanılmasına yönəldirlər. Bir çox şirkətlər üçün bazar payı srtateji mövqeyin əsas kriteriyasıdır. Bəs onda yeni yaranan bazarlarda necə olmalı? Məhz strategiya formalaşdırılan zaman yeni bazarlara olan tələbin müəyyənləşdirilməsi əsas məsələlərdəndir. Konsepsiyası hələ hazır olmayan məhsul və xidmətlərin sahədə bazar payını müəyyən edərək maksimum səviyyəyə qaldırmaq mümkündürmü? Hansı ki, burada müştərilərə qulluq seqmenti yaranmayıb.
Gələcək uğrunda rəqabət hər şeydən əvvəl bu şirkətin bazarda payından çox imkanları üzrə göstərəcəyi fəaliyyətdir. Bu payların gələcəkdə maksimallaşdırılmasında şirkətin imkanları xüsusi əhəmiyyətə malikdir [98].
Eyni zamanda xüsusi qeyd etmək lazımdır ki, rəqiblərin istehsal etdikləri məhsulların vəziyyətinin təhlili göstərir ki, bu zaman rəqiblərin məhsul istehsalına yardımçı olan müxtəlif fəaliyyətlər də mütləq nəzərə alınmalıdır. Qeyd olunan tədqiqatçıların ilk elmi araşdırmalarından olan “Korporasiyaların əsas konsepsiyası” əsərində müəlliflər qeyd ediblər ki, şaxələndirilmiş şirkətlər ağac kimidir, yəni ən böyük budaq məhsulun bazası, başqa budaqlar bölmələr (strukturlar), yarpaqları isə son məhsuldur. Ağacın kökünün qidalanmasının, ona qulluğun təmin edilməsi son nəticədə ağacın köklərinin möhkəm sistemini, yəni, baza dayaq konpetensiyasını yaradır. Aşağıda rəqabət qabiliyyətliyinin “kökü” sxematik təsvir edilmişdir.