Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə56/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   109
STRATEJİ MENECMENT (1)

Başlanğıc strategiyası
Başlanğıc strategiyanın məqsədi müəssisənin optimal səmərəliliyə çıxmasını təmin etmək üçün sabit inkişafa – artıma nail olmaqdır. Müəssisənin rəhbəri inkişafın sürətli artımına xüsusi yanaşmalı mövqeyində olmalı, perspektivdə bazarda daha geniş mövqe tutmaq üçün yaranmış nöqsanları aşkar etməli və aradan qaldırmalıdır. Eyni zamanda rəhbərlik bu mərhələdə is­tehsalatda yaranacaq mürəkkəb proseslərə, inzibati-idarə­et­m­ə­dəki səhvlərə, böyük xərclərə və gəlirlərin azalması nəticəsində maliyyə vəziyyətində yaranan gərginliyə hazır olmalıdır.
Eyni zamanda başlanğıc strategiyanın məqsədlərindən biri də bu mərhələni sürətlə həyata keçirib və növbəti mərhələyə keçməkdir.
Müdaxilə mərhələsi
Bu strategiya müəssisənin gücünü bazara daha geniş müdaxilə etməyə, məhsul satışının artım tempinin yüksəltməyə yönəldir. Əgər bu mənbə üçün alınmalar və ödəmələr tələb olunursa, onda qeyd olunanlar bu strategiya çərçivəsində aparılır. Uzunmüddətli proqramlarda müəssisənin bütün istiqa­mət­lər üzrə fəaliyyətinin gücləndirilməsi və inkişafı nəzərdə tutu­lur. Bu məqsədlə proqramın əsas istiqaməti maliyyə möv­qe­yinin möhkəmləndirilməsi, əsas fondların modern­ləşdirilməsi, elmi tədqiqat və təcrübə-sınaq işlərinin aparılması prioritet istiqamətlər kimi nəzərdə tutulur.
Yuxarıda göstərilən məqsədlərə nail olduqdan sonra və daxili yenidənqurma üçün lazım olan bütün işləri aparmaqla müəssisə növbəti strategiyaya keçə bilər.
Sürətli artım strategiyası
Bu strategiyanın əsas məqsədi daxili və xarici imkanlardan daha çox istifadə etməkdir. İnkişaf tsiklinin bu mərhələsi daha çox davam etməlidir. Ona görə ki, bu mərhələdə ehtiyatlardan tam istifadə edilməsi nəticəsində şirkətin gəlirinin artımı satışın artımını üstələməyə başlayır və bazar payı planda nəzərdə tutulan paya yaxınlaşır. Ancaq, inkişafın sürətli artımı mərhə­ləsində müəssisənin fəaliyyətində bir sıra neqativ ənənələr yaranmağa və toplanmağa başlayır. Ona görə də bu strategiyanın əsas məqsədlərindən biri nə qədər mümkündürsə bu nöqsanları daha tez aşkar etmək və həllinə çalışmaqdır. Əgər yaranmış problemləri həll etmək mümkün deyilsə, onda müəssisə rəhbərliyi bu strategiya çərçivəsində yumşaq formada növbəti strategiyanın həyata keçirilməsinə başlayır.
Keçid mərhələsinin strategiyası
Bu strategiyanın məqsədi sürətli artım strategiyası mərhələsindən sonra müəssisə artımın yeni mərhələsindən daha qısa müddətdə keçmək üçün öz fəaliyyətində müvafiq yeni­dən­qurma və yenidənqruplaşdırma işləri aparır. Bu stra­te­gi­yada qənaət və yeni istehsalata başlamamaq nəzərdə tutulur. Bu strategiyada xərclərin azaldılması, məhsulların satışında əldə olu­nacaq gəlirlərin artırılması və idarəetmə sisteminin yeni­lə­ş­di­rilməsi məqsədi ilə müəssisədə hal - hazırda olan vəziyyətin dərin təhlilinin aparılması nəzərdə tutulur.
İnkişaf –artım strategiyasına keçid müxtəlif situasiyalarda istifadə edilə bilər:

  • Sahibkarlıq fəaliyyətinə başlayarkən;

  • Fəaliyyət göstərmək üçün mübarizə edən gənc şirkət;

  • Məhsul vahidi üzrə ixtisaslaşdırılmış müəssisə;

  • Şaxələndirilmiş (diversifikasiya edilmiş) müəssisə, burada müəssisənin inkişaf-artım strategiyasına ümumilikdə ayrıca növ məhsul üzrə inkişaf strategiyası yardımçı ola bilər.

Ona görə də çox hallarda müəssisənin istehsalat-təsərrüfat təc­rübəsində artım-inkişaf strategiyasının alternativi çox təklif olunur.
Aşağıda bazar şəraitində real praktik fəaliyyətdə yoxl­a­nıl­mış baza alternativ strategiyaları nəzərdən keçirilmişdir.



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin