Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021


Şəkil 5.14. İ.Ansofa görə şirkətin inkişaf modeli



Yüklə 1,42 Mb.
səhifə55/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   109
STRATEJİ MENECMENT (1)

Şəkil 5.14. İ.Ansofa görə şirkətin inkişaf modeli

Yuxarıda qeyd olunan inkişaf modelinin hər bir mərhələsi aşağıda nəzərdən keçirilmişdir.





  1. Planlaşdırma mərhələsi

Şirkət inkişaf strategiyasının formalaşdırmasına hazırlıq vəziyyətindədir, yəni xarici şəraitin bir sıra dəyişikliklər və daxili imkanların əvəz edilməsi mövcuddur. Hazırlıq dərəcəsini müəyyən etmək üçün aşağıdakı vəziyyətlərin diqqətə alınması lazımdır:

  • gəlirin əldə edilməsi imkanları dəqiq müəyyən edilib, bazarda rəqiblər qarşısında üstün vəziyyəti təmin etmək üçün resurslardan istifadə edilməsinə ciddi baxılmışdir;

  • qısa və uzunmüddətli məqsədlər razılaşdırılmışdır;

  • müəssisənin idarəetmə sistemi inkişaf strategiyasının mahiyyətinə uyğun olmalıdır;

  • gözlənilməz hallarda baş verən hadisələrin maliyyə sığortalanması (əlavə vəsait qoyuluşu imkanları) məqsədi ilə tədbirlər mütləq qəbul edilməlidir.

  1. Başlanğıc mərhələsi

Adətən şirkət bu mərhələni tez keçir və yaxud keçmək istəyir.
Mərhələnini əsas xarakteristikası:

  • Planda nəzərdə tutulmayan konkret layihələrin strukturları və həyata keçirilməsi prosesində yaranacaq zəif hallar müəyyən edilir və ləğv olunur;

  • Satış həcmi artır, ancaq şirkət praktik olaraq gəlir əldə etmir.

  1. Bazara nüfuz mərhələsi

Bu mərhələnin əsas cəhətləri aşağıdakılardır:

  • Şirkətin satış bazarına sonradan müdaxiləsi (daxil olması);

  • Satış həcmi və gəlir artır, bunların artımı proporsional baş verir;

  • Birinci mərhələdə layihələndirilən satınalmalar və ödəmələr başa çatır;

  • Rəqiblər qarşısındakı müəyyən üstünlüklər qeyd olunur.

  1. Sürətli artım

Bu mərhələnin əsas cəhətləri aşağıdakılardır:

  • Satış həcmi və gəlir çox sürətlə artır, eyni zamanda gəlirlərin artımı satış həcminin artımını qabaqlayır;

  • Bazar payı genişlənir və planda nəzərdə tutulan paya yaxınlaşır.

Ancaq, nəzərə almaq lazımdır ki, bu mərhələnin sonunda müəyyən mənfi hallar yaranmağa başlayır, belə ki, avadan­lıqların yeniləşdirilməsi tələb olunur, idarəetmə strukturunda və sistemində dəyişiliklər, Elmi-Tədqiqat və Təcrübə Sınaq (ETTSİ) işlərinə daha çox vəsait qoyuluşu tələb olunur, bu isə böyük maliyyə resurslarının cəlb olunmasına gətirib çıxarır.

  1. Keçid mərhələsi

Bu mərhələnin əsas cəhətləri aşağıdakılardır:

  • Satış həcminin və gəlirin artım sürəti aşağı düşür;

  • Mənfi hallar yəni, rəqiblərin əks zərbələri, bazarda baş verən dəyişikliklər, şirkətdaxili müxtəlif fikirlər ortaya çıxır və öz həllini tələb edir.

Qeyd etmək lazımdır ki, inkişaf bütün müəssisələrin uzunmüddətli inkişaf məqsədi olmalıdır, çünki yalnız bu, şirkətin gəlirinin artmasını təmin edir. Müəssisə ardıcıl olaraq inkişafın bir tsiklindən o biri tsiklinə və inkişafın bir mərhələsindən o biri mərhələsinə keçir. İnkişafın bu tsikli dövründə aparılan struktur dəyişiklikləri idarəetmə tsiklində müəyyən təşkilati dəyişiliklərə səbəb olur. İnkişaf tsiklinin mərhələlərinə müvafiq strategiyaları ayırmaq olar.

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin