Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə54/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   109
STRATEJİ MENECMENT (1)

Şəkil 5.13. İnkişaf tsiklinin milli iqtisadiyyatın inkişaf səviyyəsinə uyğunluğu

Qeyd etmək lazımdır ki, daha aşağı səviyyəli tsikl yüksək səviyyəli tsiklin tərkib hissəsi kimi çıxış edir və beləliklə, o sonuncunun xarakteristikasını nəzərə çarpacaq dərəcədə müəyyən edir. Ancaq, əlbəttdə daha yüksək səviyyənin inkişaf tsikli özünün yeni sistem keyfiyyətini müəyyən edir və daha aşağı səviyyəli tsikllərin cəmindən ibarət deyildir. Bu sadalanan ideyalara misal kimi milli iqtisadiyyatın makro və mezo səviyyədə inkişaf tsiklini müəssisənin inkişaf tsikli ilə müqayisə etməklə baxaq.


Milli iqtisadiyyatın genişləndirilməsi mərhələsində müəssisələrin dayanaqlı inkişafı üçün daha münbit şərait yaranır, nəinki işgüzar fəaliyyətin durğunluğu - aşağı düşməsi mərhələsində. Bu əsasən uzun müddət istifadə üçün məhsul istehsal edən müəssisələr və tikinti sektoru üçün daha xarak­te­rik­dir. Ancaq, başqa sahələr bu zaman iqtisadiyyatın tənəzzülü üçün xarakterik olan əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini, faiz dərəcələrinin artmasını, inflyasiyanın səviyyənin yüksəlməsini və işçilərin sayının artmasını öz üzərlərində hiss edirlər. Bundan başqa, iqtisadi tsiklin dinamikası çox hallarda ölkədə siyasi sabitlik və onun sahibkarlığın inkişafı isti­qa­mə­tin­də apardığı daxili siyasət, iqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətində qəbul edilən qanunvericilik və normativ sənədlər ilə çox əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, axırıncı göstərilənlər, yəni qanunvericilik aktları və normativ sənədlər, son nəticədə müəssisənin fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və tənzimlənməsində mühüm rola malikdir. Sahə tsikli çox hallarda məhsulun istehsal prosesi və onun rəqabət qabiliyyətliyinin optimal nisbəti (müqayisəsi) ilə müəyyən edilir. Sahə tsikilinin dinamikasının təyin edilməsində əsas amillərdən biri texnoloji tərəqqi, yəni yeni istehlak tələblərini ödəyən məhsulların istehsalını təmin edən böyük elmi-texniki kəşflər, ixtiralardır. Bunlar istehsal olunan məhsulun keyfiyyətini nəzərəçarpaq dərəcədə yüksəldir və onun istehsalını ucuzlaşdırır. Müəssisə özünün rəqabət imkanlarını qorumaq məqsədilə istehsal prosesinin texnologiyasının təkmilləş-dirilməsi istiqamətində innovasiya sahəsindəki həyata keçirdiyi hər hansı işlər əlavə kapital qoyuluşu tələb edir. Bu isə öz növbəsində müəyyən müddətdə müəssisənin gəlirliyinə mənfi təsir göstərə bilər, bir sıra hallarda isə yeni texnologiyanın tətbiqi prosesində yol verilən nöqsanlar onun fəaliyyətində müəyyən uyğunsuzluğun yaranmasına səbəb ola bilər. Çox hallarda müəssisənin inkişaf etdiyi hər hansı bir mərhələdə qeyri sabit vəziyyətin yaranması marketinq sahəsində buraxılan nöqsanlar nəticəsində baş verir. İstehsal olunan məhsul isteklakçıların artan tələbatlarını tələb olunan səviyyədə ödəmir. Çünki bu bazara yeni çeşidli məhsulların təqdim edilməməsi nəticəsində baş verir, Belə ki, müəssisənin inkişaf tsikli məhsulların həyat tsikli ilə sıx bağlıdır.
Yuxarıda nəzərdən keçirilən təqdimatlara müvafiq müəssisə rəhbərliyi müəssisənin inkişaf tsiklinə uyğun strategiyanın aşağıdakı formalarını hazırlaya bilər.
İnkişaf stategiyası
İnkişaf strategiyası ilk dəfə olaraq İ.Ansoff [104] tərəfindən ətraflı araşdırılmışdır. Bu strategiya 5 mərhələdən ibarətdir.







Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin