Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə62/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   109
STRATEJİ MENECMENT (1)

Ümumi rəhbərlik: a) işçilərin əmək haqqları, əlavə

yardımlar, inzibatı xərclərə qənaət, b) idarəetmə sistemlərinin təkmilləşdirilməsi;

  • Marketinq: gəlir gətirməyən məhsulların istehsalatdan çıxarılması, coğrafi ixtisarlar (servis mərkəzləri və müəs­sisənin nümayəndəliyinin ləğv edilməsi), səmərəliliyi artırmaq üçün məhsulların hərəkət sisteminə yerində baxılması;

  • İstehsalat: məhsuldarlıq amillərinin təhlili və istehsalın idarəedilməsi sistemi də daxil olmaqla bu amillər üzrə ehtiyatların axtarışı;

  • ETTSİ: (elmi tədqiqat və təcrübə sınaq işləri) ETTSİ si­ya­sətinə yerində baxılmalı, axtarış işlərinin maliy­yələş­diril­məsinə çəkilən xərclərin azaldılması, əsas gücü tez gəlir gətirən təcrübə sınaq işlərinə (TSİ) yönəltməli;

  • Maliyyə: Xərclərə qənaət proqramının mərkəzi stu­ruk­turunun hazırlanması. Qənaət proqramını yuxarıda gös­tə­rilən bütün istiqamətlər üzrə koordinasiya etmək lazımdır. Belə ki, hər hansı bir sturukturda həyata keçirilən qənaət heç də həmişə bütün sistem üzrə qənaəti təmin etmir, ona görə də qeyd olu­nan bu istiqamətlər üzrə aparılan tədbirlər mütləq əla­qələn­di­ril­məlidir. Bundan başqa müəssisənin bütün maliyyə fəaliyyəti üzrə məsələləri yenidən baxılmalıdır.

Canlanma. Bu fazanın bütün dövrü ərzində müdafiə fəaliyyətindən hücum fəaliyyətinə keçid baş verir. Belə ki, istehsalın idarəedilməsi sturukturunun yenidən qurulması və onun yeni təsərrüfatçılıq şəraitinə adaptasiya olunması baş ver­diyi üçün, maliyyə və marketinq sahəsində müvafiq fəaliy­yətin aparılması istiqamətində müntəzəm tədbirlər həyata keçirilir.
Bütünlükdə bu faza inkişaf strategiyasının başlanğıc mərhələsinə çox oxşardır.
Yanaşma 2. Başlanğıc vəziyyətindən hərəkətə başlama (irəliləmə).
Bu yanaşma uzunmüddətli, adətən bir neçə il davam edən strategiya çərçivəsində istifadə edilir. Bu müddət ölkənin iqtisadi vəziyyətindən və müəssisənin fəaliyyət mexanizminin dağılması-pozulması vəziyyətindən asılıdır. Bütövlükdə baxılan strategiyanın mərhələləri xərclərə qənaət strategiyasının mərhələlərinə uyğun gəlir: itkinin azaldılması, stabilləşmə, fəaliy­yətin canlandırılması sahəsində hərəkət etmək və inkişaf stra­tegiyasına çatmaq. Tam həcmdə yuxarıda qeyd edilən metod­lardan da istifadə etmək olar. Ancaq, məhsul satışının və gə­lirin uzun müddət aşağı düşməsi, eyni zamanda daha çox müəs­sisənin istehsal və iqtisadi fəaliyyətinin strukturunda mütə­madi dəyişikliklərin aparılması sahəsində əsaslı qərarların qəbul edil­məsini tələb edir. Bundan başqa, qeyd olunanlar ilə yanaşı bu əsas istehsal sahələrinin yenidən qurulması, fəaliyyətinin təşkili, yeni məhsulların buraxılmasını tələb edir. Bu isə öz növbəsində müəyyən kapital qoyuluşuna zərurəti yaradır. Ona görə də stuktur dəyişiklikləri aparılarkən müə­ss­i­sə­nin inkişaf strategiyasının ən vacib elementi, müəssisənin bütöv is­tiqamətlər üzrə fəaliyyətini yenidən qurmaq üçün maliyyə resurslarının toplanmasıdır.



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin