Xarici lisenziyalaşdırma. Bu özündə nou-hau texnologiyasının ticarət markasını və digər atributları əks etdirir. Lisenziyalaşdırma özlüyündə müəssisənin xarici iqtisadi fəaliyyətinin əasasını təşkil etmir, ancaq fəaliyyətinin ilk addımında xarici ölkələrdə öz filiallarını və birgə müəssisələrini yaratmağa xidmət edə bilər. Bu metodun həyata keçirilməsində rast gəlinən çətinlik əsasən intellektual mülkiyyət qanunvericiliyinin zəif işlənilməsi və bütün ölkənin beynəlxalq normativ aktları və bu fəaliyyət sahəsində beynəlxalq hüququn müxtəlifliyidir.
Birbaşa vəsait qoyuluşu. Bu, Azərbaycan qanunvericiliyinə əsasən verilənləri icazələrə uyğun olaraq özünün filialları və birgə müəssisələrinin yaradılması, yenilərinin alınması formasında həyata keçirilir. Bunlarla razılaşan müəssisə rəhbərləri aşağıdakıları həll etməlidirlər:
İstehsal olunan məhsulun və əsas istehsal formalarının real mülkiyyətçisi kimdir?
Əgər birgə müəssisə yaradılırsa, onda bu müəssisə neçə faizlə iştirak edir, nəzarət paketinə sahibdirmi, əgər deyilsə onda bu vəsait qoyuluşunun səmərəliliyi hansı səviyyədədir və öhdəliyi nədir?
Xarici ticarət əməliyyatlarının idarə etmə sistemini kim və necə formalaşdırır və bu əməliyyata nəzarəti kim aparır?
Strateji və maliyyə siyasətini kim müəyyənləşdirir?
Bu və ya digər suallara cavab aldıqdan sonra müəssisə rəhbəri birbaşa həyata keçiriləcək vəsait qoyuluşunun forması haqqında qərar qəbul edir. Onu da qeyd etmək lazımdır ki, müəssisənin xarici iqtisadi fəaliyyəti müəssisə rəhbərliyindən bu sahədə yeni biliklərə malik olmağı tələb edir. Adətən bu fəaliyyət istiqamətlərinin həyata keçirilməsinə nəzarəti aparmaq məqsədilə müəssisədə xüsusi şöbə yaradılır.
Müəssisənin fəaliyyətinin təmini və stabilləşmə strategiyası
İnkişaf tsikli və işguzar fəallıq tsiklinə uyğun olaraq müəssisənin fəliyyətində tənəzzül, çaşqınlıq yarandığı şəraitdə müəssisə qeyri sabit dövr yaşayır, bu zaman satışın həcmi və gəliri azalmağa başlayır. Bu azalma bir qayda olaraq üç formada baş verə bilər.
Gözlənilmədən (tez) azalma.