Vaxt
|
vaxt
|
vaxt
|
a)
|
b)
|
c)
|
Şəkil 5.15. Gəlirliyin qeyri-stabilliyinin müxtəlif formaları
|
Yuxarıda qeyd edildiyi kimi müəssisə fəaliyyətinin inkişaf mərhələsində satış həcmi və gəlir parametrləri üzrə aşağı düşmə mərhələsinə keçid dövrünü müəyyənləşdirməyə imkan verən xüsusi kompleks təhlil proseduru hazırlamalıdır. Bu isə öz növbəsində, hücumdan hücum-müdafiə strategiyasına- stabilləşmə strategiyasına yönəltməni təmin etməlidir.
Stabilləşmə strategiyası
Müəssisənin fəaliyyətinin stabilləşdirmə strategiyası, müəssisənin satış həcmini və gəlirini tez bərabərləşdirməyə və sonrakı mərhələdə bu göstəricilərin yüksəldilməsinə yəni, inkişafın artmasının sonrakı mərhələsinə istiqamətlənmişdir. Bazar iqtisadiyyatı şəraitində inkişafın aşağı düşmə (tənəzzülü) sürətindən asılı olaraq müəssisə ən çox ehtimal olunan üç yanaşmanın birindən istifadə edə bilər:
Sürətli canlanmada qənaət (A halı)
Sürətli inkişafın təmin edilməsinə az ümid olan halda, davamlı aşağı düşmə (tənəzzül) şəraitində irəliləmə (B halı).
Stabilləşmə zamanı bazarda müəssisənin vəziyyətinin tarazlaşdırılmasına nail olmaq üçün uzunmüddətli proqram hazırlanmalıdır (C halı).
Yanaşma 1. Qənaət
Qənaət strategiyasından satışın həcmi və gəlirin aşağı düşməsi müəssisə rəhbərliyinin diqqət mərkəzində olduqda və yaxud əksinə satışın həcmində və gəlirdə gözlənilmədən sürətlə aşağı düşmələr baş verdikdə istifadə edilir. Strategiyanın məqsədləri: cari - aşağı düşməni dayandırmaq, təcili- müəssisənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması prosesinə başlamalı, perspektiv- inkişaf tsiklinin başlanğıc mərhələsindəki kimi canlanmanı başlamaq. Qeyd etmək lazımdır ki, qənaət strategiyası işguzar fəallıq tsiklinə aid edilir.
Qənaət strategiyasının üç fazası vardır:
Xərclərin təftişi;
Həmrəylik;
Canlanma.
Dostları ilə paylaş: |