Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə61/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   109
STRATEJİ MENECMENT (1)

Xərclərin təftişi. Müəssisə rəhbərinin məqsədi bu fazada əsas diqqətini tez realizasiya edilən məhsulların xərc elementlərinin azaldılmasına yönəltməkdir. Bu, işçi heyyətinin və onun saxlanılması xərclərinin (əsasən inzibatçıların), elmi tədqiqat və təcrübə sınaq işləri xərclərinin azaldılması, üstəlik xərclərin, marketinq məlumatları ilə əlaqədar xərclərin minimuma endirilməsi, məhsul ehtiyatlarının nəzərə çarpacaq dərəcədə aşağı salınması və s. hesabına mümkündür. Bu zaman müəssisənin iqtisadiyyat xidmətləri əsas idarəedici mərkəz olaraq müəssisə və onun ayrıca bölmələri üçün ciddi qənaət proqramı hazırlayır. Bu qənaət proqramı qısa müddətli (bir neçə ay üçün) və uzunmüddətli ola bilər.
Bu fazada müəssisə rəhbəri iki vacib vəziyyətə mütləq diqqət yetirməlidir.

  • Qənaət yanlız işçi heyyətinə görə ola bilməz, çünki həmkarlar təşkilatları ilə müəyyən münaqişələr yarana bilər;

  • Ciddi qənaət proqramı- bu əsas məqsəd deyil, bu proqrama inkişaf tsiklinə keçid fazasının başlanğıcında mütləq baxılmalı, yəni satış həcminin artırılması, gəlir və əmək məhsuldarlığının yük­səldilməsi (müəssisənin iqtisadi vəziyyətinin yaxşılaş­dırılması) amilləri nəzərdən keçirilməlidir.

Konsolidasiya. Bu faza müddətində müəssisə iqtisadi fəaliyyətin dirçəldilməsi vaxtını, sürətini, xərclərə qənaətetmə, idarə­etmənin təkmilləşdirilməsi və gəlirin artırılması üzrə proqramı hazırlamalıdır.
Aydındır ki, müəssisənin fəaliyyətini təşkil edib canlan­dırılması prosesi yalnız onun daxili imkanları hesabına deyil, eyni zamanda xarici şəraitdən də (müəssisənin daxili imkanları və işguzar fəallıq tsikli xarici amillərdən asılı olaraq stabill­əş­dirilir) asılıdır. Adətən, müəssisənin fəaliyyətinin stabil­ləş­dirilməsi və gəlirlik səviyyəsinin yaxşılaşdırılması hər bir struk­tur bölməsi üçün hazırlanmış konkret, real qısa müddətli proqramlarda öz əksini tapır.
Müəssisə səviyyəsində bu faza ilə bağlı məsələlər aşağıdakı formada müəyyən edilə bilər:
1   ...   57   58   59   60   61   62   63   64   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin