Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə64/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   109
STRATEJİ MENECMENT (1)

Sxem 5.3. Fəal idarəetmə

Hal-hazırda bir çox şirkətlər texnologiyanın inkişafının qeyri-ekstrapolyativ proqnozlaşdırılmasından, struktur, iqtisadi proqnozlaşmadan və s. istifadə edilir. Bu formada alınan proq­nozlar müəssisəyə hadisənin baş verməsindən əvvəl qa­baq­layıc­ı tədbirlər həyata keçirməyə imkan verir. Proq­nozlaşdırmanın kifayət qədər uzun müddəti əhatə etməsi, müəssisəyə baş verəcək hər hansı itkiyə qarşı bu zaman ərzində cavab tədbirlərinin hzırlanmasına şərait yaradır.


Beləliklə, proqnozlaşdırmanın yaratdığı üstünlüklərdən səmərəli istifadə etmək üçün nəinki yalnız proqnozlaşdırmanı təkmilləşdirmək, eyni zamanda müəssisə rəhbərliyi uzun­müddətli proqnozların tam mükəmməl hazırlanmasını təmin etməli, bu zaman müəyyən kənarlaşmaların yaranacaq ehti­ma­lına baxmayaraq onların müvafiq iqtisadi qurumlar tərəfindən mü­təmadi dəqiqləşdirilməsinin aparılmasını daimi diqqətdə saxlamalıdır.
Böhran situasiyası müəssisə rəhbərliyindən fövqal, təxirə salınmaz və standart olmayan tədbirlərin qəbul edilməsini tələb edir. Bu fövqaladə tədbirləri iki kateqoriyaya bölmək olar.
Birinci kateqoriyanı təşkil edən tədbirlər şirkətin fəa­liy­y­ə­ti­nin xarici mühitə, onun daxili dinamikasına və dəyərlər sis­te­­mi­nə diskret dəyişikliklərə uyğunlaşdırılması üçün istifadə edi­­lir.
Şirkətin fəaliyyət formasını dəyişən bu tədbirlər perspektivdə şirkətin yeni həyat tərzinin formalaşmasına imkan verir, yəni strateji planlaşdırma sisteminin tətbiqi nəticəsində şirkət biznesin yeni sferasına daxil olmaqla və cari ixtisaslaşdırmanı təkmilləşdirməklə fəaliyyətini yenidən qurur. Bu fəaliyyət strateji tədbirlər adlanır.
İkinci kateqoriyanı təşkil edən tədbirlər ilkin münasibətlərin dəyişdirilməsinə gətirmir. Buna baxmayaraq, bu işlər kifayət qədər radikaldır, yəni satışın stimullaşdırılması üçün müxtəlif istiqamətlərdə geniş tədbirlərin aparılması böyük həcmdə əsas kapitalın ləğv edilməsi, köhnə məhsulların, toplanmış ehtiy­yat­la­rın ləğv edilməsi, məhsullara azalan tələbi artırmaq üçün qiym­ətlərin aşağı salınması, köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, rəhbər kadrların ixtisaslarının artırılması proq­ram­ının dayandırılması, elmi-tədqiqat və təcrübə-sınaq işlərinə çəkilən xərclərin azaldılması kimi tədbirlərin aparılmasını zəruri edir. Bu fəaliyyət fövqəladə operativ tədbir adlanır.
Strateji tədbirləri təkmilləşdirmək məqsədi ilə göstərilən reaksiya iqtisadi ədəbiyyatlarda geniş tətbiq edilmişdir.
Aşağıdakı sxemdə isə şirkət mümkün ola biləcək təhlükə ilə qarşılaşdığı halda özünü necə aparmasının üç variantı verilmişdir.


Sxem 5.4. Fəal idarəetmə strategiyasını tətbiq etməklə şirkət üzrə problemlərin həll edilməsi ardıcıllığı






Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin