Sxem 5.5. Fəal idarəetmə strategiyasını tətbiq etməklə şirkət üzrə problemlərin həll edilməsi ardıcıllığı
Sxem 5.6. Planlı idarəetmə həyata keçirən şirkət üçün problemlərin həll edilməsi üzrə fəaliyyət ardıcıllığı
Xərclərin optimal səmərəlilik səviyyəsinə malik olmaq imkanı verən reaksiya növlərinin seçilməsi xarici mühitin dəyişmə səviyyəsindən asılıdır.
Bununla yanaşı, idarəetmədə məsləhət verən (konsaltinq) mütəxəssis kimi məşhur olan P.Druker antiböhranlı idarəetmədə nəticəyə yönəlmiş idarə etməyə əsaslanan öz variantını təklif edir. O antiböhran idarəetməni aşağıdakı üç iqtisadi məsələyə ayırır:
Fəaliyyətdə olan biznes mütləq səmərəli olmalı;
Onun potensialı mütləq müəyyənləşdirilməli və həyata keçirilməli;
Gələcəkdə dəyişən məsələlərə cavab verən başqa biznesə çevrilməlidir.
Qeyd etmək lazımdır ki, bu məsələlər bir-birinə söykənir, onlar vahid strategiya tələb edirlər. Göstərilən məsələnin hər hansı birinin həlli, birlikdə götürülmüş üç məsələ demək deyildir, iqtisadi sistem kimi biznesin həqiqi real vəziyyəti kimi başa düşülməlidir. Aşağıda təhlükə ilə toqquşduqda həyata keçrilən variantların müqayisəsi verilmişdir.
Cədvəl 5.3. Təhlükə ilə üzləşdikdə həyata keçirilən variantların müqayisəsi
Dövrlər
|
Rəhbərliyin fəaliyyəti
|
Reaktiv
|
Aktiv
|
Planlı
|
Reaksiya başlayana qədər
|
İnamın olması və onun yaranma vaxtına qədər təhlükəni anladıqdan sonra möhlətin götürülməsi
|
Təhlükənin rasional olması anlanılmasına nail olduqda fəaliyyətə keçməli
təsdiqlənfikdə
|
Təhlükə yaranana qədər fəal olmaq
|
Reaksiya başlandıqdan sonra
|
Problemin operativ xarakteri haqqında mülahizələr
|
Problemin operativ xarakteri haqıında mülahizələr
|
Təhlükənin xarakterini anlamaq
|
Ardıcıl reaksiyalar
|
Operativ reaksiyanın optimal variantının seçilməsi
|
Strateji və operativ reaksiyanın optimal variantının seçilməsi
|
Keçmişdə uğur gətirən operativ tədbirlərdən istifadə edilməsinə cəhd
|
|
|
Qənaətə cəhd
|
Reaksiyanın müxtəlif variantlarının yoxlanılması
|
Strateji və operativ reaksiyaların müxtəlif variantlarının yoxlanılması
|
Strateji reaksiyaya münasibət
|
Strateji raksiyaya münasibət
|
|
Xərclərin optimal səmərəliliyinə nail olma şəraiti
|
Strateji və operativ nöqteyi nəzərdən dayanıqlı inkişaf
|
Strateji fəaliyyət və inkişaf edən mühit
|
Strateji və operativ nöqteyi-nəzərdən diskret inkişaf
|
Mühitin dəyişməsinə uyğun səviyyə
|
1-2
|
2-3
|
3-5
|
|
P.Drukerə görə antiböhranlı idarəetmənin əsası biznesin hərtərəfli qiymətləndirilməsidir. Bu zaman aşağıdakı sahələrə baxılması və təhlili zəruridir.
1. Məhsul və yaxud xidmət növləri;
2. Bazar-istehlakçılar, rəqiblər və satış kanalları;
3. Rəhbərliyin mövqeyi və hər bir sahənin perspektivi;
4. Hər bir sahə üçün əsas resursların ayrılması;
5. Sahələr üzrə nəticələrin ilkin dəyərləndirilməsi.
Biznes fəaliyyəti təhlil edilərkən ilk öncə onun hal-hazırkı vəziyyəti müəyyən edilir, sonra onun istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin əsaslandırılmış təhlili aparılır və bu təhlilin nəticələri qərarların qəbul edilməsində nəzərə alınır, yəni alınmış nəticələr qərarların qəbul olunmasında xüsusi əhəmiyyətə malikdir.
Yuxarıda qeyd edildiyi kimi, müəssisənin müflisləşməsi daxili və xarici neqativ amillərin eyni zamanda birgə təsirlərinin nəticəsində olur. Belə ki, iqtisadi və siyasi sabitliyi olan sənaye sahəsi inkişaf etmiş ölkələrdə müəssisənin müflisləşməsinin xarici ətraf mühitin amillərinə görə və hissəsi isə daxili mühitin amillərinə görə olur. MDB məkanında “qərb ölkələrinin şirkətlərinə” nisbətən müəssisələrin müflisləşməsinə xarici ətraf mühitin təsiri üstünlük təşkil edir. Bunlar siyasi, iqtisadi, maliyyə və qeyri-sabit amillərdir. Bu amillər sahibkarların uğurlu fəaliyyət göstərməsində müəyyən inamsızlıq yaradır. Bu isə müəssisənin istehsalı təşkil edən bütün strukturlarına - material-texniki təchizata və məhsul satışına təsir edir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, inflyasiyanın yüksək olması, son zamanlarda inflyasiya tempinin azaldılması da müəssisənin strateji məqsədlərinin tam həyata keçirilməsinə kömək etmir. Qeyd etmək lazımdır ki, keçid dövrünün ilk mərhələsində planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatı ilə əvəz olunması MDB məkanında olan bütün dövlətlərdə mülkiyyət formasının dəyişməsi, ölkədə fiskal və pul-kredit siyasətinin qeyri-sabit olması bu ölkələrdə müəssisələrin vəziyyətini sürətlə pisləşdirdi və nəticədə müəssisələrin çoxu müflisləşmə həddinə düşdü. Buna təsir edən əsas amillərdən biri də mülkiyyət formasının dəyişdiyi bir mərhələdə müəssisənin rəhbərliyində əvvəlki kadrların qalmasıdır ki, onlar bazar iqtisadiyyatının tələblərinə adekvat cavab verə bilmədikləri üçün müəssisənin vəziyyətini yaxşılaşdıra bilmirlər, çünki onlar bazarın tələblərinə müvafiq strateji qərarlar qəbul etmək bacarığına, təcrübəsinə və biliklərə malik deyildirlər.
Dostları ilə paylaş: |