Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə58/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   109
STRATEJİ MENECMENT (1)

Alternativ 2. Şaxələndirilmə
Bazar iqtisadiyyatı şəraitində müxtəlif mülkiyyət for­ma­sın­da müəssisə yaradıldıqda onların qarşılıqlı fəaliyyət göstərmə imk­anları, əsas fondların alqı-satqısı, fəaliyyətinin şaxə­lən­diril­mə­si prosesi daha asanlıqla aparılır.
Alternativ 3. Strateji alyans
Son zamanlar qərb şirkətlərinin fəaliyyətində strateji alyans böyük rol oynamağa başlayıb. Əgər keçmişdə əməkdaşlıq haq­qın­da razılıq (innovasiya və istehsalat sahələində) şirkətin stra­te­gi­yasına və onların rəqib mövqeyinə əsaslı təsir gös­tə­r­irdi­sə, ancaq yeni strateji alyansa indi strategiyanın elementi kimi ba­xılır, çox hallarda rəqabət üstünlüyünün təmin edilməsində mərkəz roluna malikdir.
Alternativ 4. Xarici iqtisadi fəaliyyət
Müəssisənin xarici iqtisadi fəaliyyətinin inkişafına -artımın əlavə strateji alternativi kimi baxıla bilər. Bu müəssisənin bazarda güclərinin hər şeydən əvvəl risk dərəcəsi baxımından intensivləşdirilməsindən tam fərqlidir.
Xarici iqtisadi fəaliyyətin üstünlüklərinə aşağıdakıları aid etmək olar:

  • Milli bazarda yeni satış bazarlarının alınması, satış həcminin artırılması hesabına gəlir səviyyəsinin yüksəldilməsi;

  • Malik olduqları nou-hau və yeni texnologiyalardan isti­fa­də etmək əsasında az vəsait sərf edilmiş məhsulları nəzərə al­m­­aq lazımdır. Bunların milli bazarda istifadə edilməsi az səmərəlidir;

  • Xammalın hasilatı və istismarında iştirak etməklə xammal bazarının qorunması.

Bunlar ilə yanaşı müəssisənin xarici fəaliyyəti müəyyən
çətinliklər ilə əlaqədardır, bunların arasında aşağıdakıları qeyd etmək olar:

  • Milli bazarlara nisbətən daxili və xarici rəqabətin güclü olması;

  • Xarici iqtisadi fəaliyyətin xüsusiyyətlərinin müəyyən edilməsində xarici iqtisadi amillərin təsiri (yəni, başqa qanunvericiliyin olması, istehlak xarakteri, mədəni mühit və s.)

Yuxarıda qeyd olunanlara əsasən müəssisələrin xarici iqtisadi fəaliyyətlərinin aşağıdakı formalarını qeyd etmək olar:

  1. İxrac. Bu xarici iqtisadi fəaliyyətin ən sadə və ən uzun ancaq ən etibarlı fəaliyyət istiqamətidir. Bu fəaliyyət metodunu ciddi Beynəlxalq marketinq tədqiqatı aparmaq nəticəsində müəssisənin strateji planına daxil etmək olar. Onu da qeyd etmək lazımdır ki, bir çox hallarda Azərbaycanda fəaliyyət göstərən müəssisələrin məhsulları (neft, qaz, bir sıra təbii resurslar və məhsullar) qərb şirkətləri tərəfindən güclü rəqabətlə qarşılaşdıqları üçün onların məhsulları xarici bazarlarda dünya qiymətlərinə nisbətən aşağı qiymətlərə satılır. Ölkədə istehsal olunan məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini yüksəltmək məqsədilə 16 dekabr 2016-cı ildə ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın inkişafı Strateji Planında” 2020-ci ilə qədər və ikinci mərhələdə 2025-ci il və sonrakı mərhələlərdə elm tutumlu, rəqabətqabiliyyətli məhsulun istehsalı və ixracı əsas hərəkət istiqamətləri kimi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq müəssisə və şirkətlər öz təsnifatının Yol Xəritəsinə müvafiq starteji planlarını tərtib edib və bunlara müvafiq tədbirlərin icrasını təmin etməlidirlər. Bu isə Azərbaycanda rəqabət qabiliyyətli, elm tutumlu, dünya standartlarına müvafiq məhsul istehsalının təşkilində mühim rola malikdir.


  2. Yüklə 1,42 Mb.

    Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin