Sxem 5.1. Kompetensiya: rəqabətqabiliyyətliyi əks etdirən köklər
Gələcəyi görmək ücün göstərilən tədqiqatçılar menecerlərə tövsiyyə edirlər ki, hal-hazırda istehsal olunan məhsullar və göstərilən xidmətlər haqqında fikirləşmək yox, bu məhsul və xidmətlərin funksiyaları, onların perspektivdə istehlakçıların tələbatlarının ödənilməsi haqqında düşünmək lazımdır. Yəni, menencerlər daimi “Bizim məhsul və bizim xidmət necədir?” sualının əvəzinə “İstehsal olunan məhsul və xidmətlər istehlakçılara hansı xeyir verir?” haqqında fikirləşməlidirlər. Bu sualın verilməsi menecerlərə öz müəssisələrinin imkanlarını daha geniş müəyyən etməyə imkan verir. Məsələn, əgər sinif lövhəsinin istehsalçılarına sual verilsə ki, ”sinif lövhələrinin vəzifəsi nədir” onda o, cavab verə bilər ki, “Bir qrup insanlara real zaman kəsiyində məlumatların ötürülməsidir”. Bu cavab onlarda belə bir fikir yarada bilər ki, bu məlumatları daha sürətlə ötürmək üçün lövhənin içərisinə üz çıxaran maşınlar yerləşdirmək mümkün deyil, deməli daimi yenilənən tələbləri ödəmək üçün istehsalat modernləşdirilməli, elektron lövhə və ona qoşulan nüsxələri çoxaldan aparat və skaner əlavə olunmalıdır ki, yeni dövrün tələblərini ödəsin.
Bunları nəzərə alaraq ilk dəfə Yapon şirkətləri bu ideyaları həyata keçirdi və bu sahəni tam mənimsədilər [98]. Bu tədqiqatçılar bütün araşdırmalarını yekunlaşdıraraq göstərdilər ki, gələcəkdə rəqabət bir-birini əvəzləyən üç dəqiq mərhələdən ibarətdir: sahənin gələcəyi və intelektual liderlik üzrə rəqabət, “miqrasiya yolu”nun tərtibi üzrə rəqabət, bazarda vəziyyəti və bazar payı üzrə rəqabət.
Sahənin gələcəyi və intelektual liderlik üzrə rəqabət. Bu istehlakçıların həyat tərzinə aid olan məsələlərə və yaxud demoqrafiq, hüquqi, texnoloji problemlər ilə əlaqədar məsələlərin perspektivini rəqiblərinə nisbətən daha düzgün başa düşən müəssisələrin rəqabətidir. Müəssisə sahədə fəaliyyət sərhədlərini yeniləşdirmək və yeni rəqabət mühiti yaratmaq üçün bu amillərdən istifadə edə bilər.
Müəssisələr arasındakı bu yarış, gələcək biznes fəaliyyətini əvvəlcədən görə, alıcıların yeni tələblərini ödəyə və onlara əlverişli şəraiti yarada bilər.
“Miqrasiya yolu”-nun tərtibi üzrə rəqabət. İntelektual liderlik və bazar payı arasında sahənin inkişafının idarəedilməsi uğrunda adi rəqabət gedir. Sahənin radikal yenidənqurulması konsepsiyası üzərində real bazar yaranan ana qədər uzun illər keçə bilər. Ona görə də bu zaman tələb olunan kompetensiyanın məhsul və xidmətlərin alternativ konsepsiyasının yoxlanılması və təcrübədən keçirilməsi (bu zaman daimi alıcıların həqiqətən nə istədiklərinin müəyyən edilməsi yolları ilə) vacib resursları olan tərəfdaşların cəlb edilməsi, məhsulların çatdırılması və xidmətlərin göstərilməsinin istənilən infrastrukturunun yaradılması üzrə burada daim daha optimal variantların seçilməsi məqsədi ilə tədbirlər aparılır. Əgər birinci mərhələdə yeni imkanların yaranması üzrə rəqabət yaranırsa, ikinci mərhələdə şəxsi mənafe üçün gələcək sahə strukturunun formalaşdırılması üzrə rəqabət başlayır.
Dostları ilə paylaş: |