Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə85/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   109
STRATEJİ MENECMENT (1)

6.3. İnnovasiya strategiyası

Müəssisənin innovasiya strategiyası funksional strategiya olaraq müəssisənin innovasiya siyasətini əks etdirir, müəs­si­sə­nin istehsal etdiyi məhsulun rəqabətqabiliyyətliyini artırmağa və yaxud dəstəkləməyə imkan verir [107].
Qeyd etmək lazımdır ki, milli iqtisadiyyatın bütövlükdə, yaxud ayrıca götürülmüş müəssisənin inkişafının müasir mərhələsinin mahiyyəti “innovasiyanın inkişafı” kateqoriyasını göstərir, hansı ki, son illərdə həm ölkənin və həm də xarici ölkələrin ədabiyyatlarında geniş və ətraflı araşdırılır və məlumatlar verilir.





Sxem 6.16. Müəssisənin innovasiyalı (yenilik) inkişaf prosesi.
Bunlar ilə yanaşı müəssisənin innovasiyalı inkişafı yalnız innovasiya prosesi deyil, eyni zamanda onun həyata keçirilməsi üçün lazım olan amillər sisteminin inkişafıdır.
Beləliklə, demək olar ki, müəssisənin innovasiya stra­te­gi­yası müəssisənin innovasiyalı inkişaf prosesinin əsas isti­qamətlərini və mahiyyətini əks etdirməlidir.
Müəssisənin innovasiya strategiyasının formalaşması prose­sinə təsir edən bir sıra amilləri fərqləndirmək olar. Bunlar sxematik olaraq aşağıda göstərilmişdir.



Sxem 6.17. Müəssisənin innovasiya strategiyasının formalaşmasına təsir edən amillər

Qeyd etmək lazımdır ki, müəssisənin inkişafına yönəl­dilmiş in­novasiya strategiyasının həyata keçirilməsi çərçi­vəsində məq­səd­lər və bu məqsədlərə nail olma vasitələrini müəyyən edən amillər aşağıdakılardır:



  • xarici ətraf mühitin dəyişməsi şəraitində müəssisənin müx­təlif istehsal səviyyəsini və istehlakçıların tələb olunan key­fiy­yətli məhsulla təmin olunma imkanlarının təyin edilməsini müəyyən edən müəssisənin istehsal etdiyi məhsullar və texnoloji imkanları arasındakı balans;

  • innovasiyaya əsaslanan elmi-praktiki əsasları yaradan, tədbiqi və fundamental elmi işləmələr arasındakı balans;

  • yuxarı rəhbərliyin təsərrüfat maraqlarını təmsil edən bazarın seqmentləri üçün rəqabətqabiliyyətli məhsul istehsalının təmini, məhsulun rəqabətqabiliyyətli üstünlüklərini nəzərə almaqla bazarda xüsusi mövqeyə malik olmaq;

  • yüksək və davamlı gəliri təmin edən məhsul istehsalı və bazara çıxış.




Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin