Sadəlik- müəssisənin maliyyə strategiyası öz quruluşuna görə sadə olmalı, müəssisənin bütün əməkdaşları tərəfindən (onun hansı bölmədə işləməsindən asılı olmayaraq) anlaşılan formada tərtib edilməlidir. Bu isə öz növbəsində müəssisənin bütün əməkdaşlarının fəaliyyətlərini müəssisənin inkişafının ümümi məqsədlərinə yönəltməyə imkan verir.
Daimilik- müəssisənin digər funksional bölmələrində baş verən əsaslı dəyişiklik müəssisənin fəaliyyətində disbalans yaradarsa, onda bu prosesdə tənzimləmənin aparılması imkanları nəzərdə tutulur.
Təhlükəsizlik- müəssisənin maliyyə strategiyasında xarici mühitin mümkün olan dəyişilikliyinə uyğun müəyyən “möhkəm ehtiyat”-ları nəzərə alaraq layihələndirilir. Maliyyə ehtiyatlarının mövcudluğu, funksional strategiyanın dəqiq koordinasiyası inkişafın strateji məqsədlərinin həyata keçirilməsi baxımından maliyyə strategiyasının təhlükəsizliyi deməkdir.
Maliyyə strategiyasının uğurla həyata keçirilməsi müəyyən dərəcədə qısa, orta və uzunmüddətli maliyyə planlaşdırmada nəzərə almaqla maliyyə planlaşdırma sistemlərinin formalaşması və inkişafı ilə müəyyən edilir.
Uzunmüddətli maliyyə planlaşdırması- kapitalın strukturunun planlaşdırılmasını və onların bağlılığının nəzərə alınmasıdır. Bu investisiya planlaşdırma ilə sıx bağlıdır. Uzunmüddətli maliyyə planlaşdırılmasının əsas vəzifəsi müəssisənin uzunmüddətli struktur tarazlığını təmin etməkdir, bu isə müəyyən disbalans yarandığı vaxtda müəssisəyə müvafiq tədbirlər həyata keçirməyə imkan verir.
Müəssisədə likvidliyin struktur dəstəkləməsinin məqsədi özünəməxsus borc kapitalını cəlb etməklə, fəaliyyətini təşkil etmək imkanını təmin etməkdir. Müəssisənin potensial kreditoru onu xüsusi maliyyə göstəricilərini istifadə etmə vəziyyətinə, məsələn, likvidlik əmsalına görə qiymətləndirir.
Uzunmüddətli maliyyə planlaşdırılması çərçivəsində planların müəyyən balanslaşdırılması (tarazlaşdırılması) nəzərə alınmalıdır. Perspektiv balansın maliyyə sistemi vəsaitin diskontlaşdırılmış pul axınına öz vəsaiti və borc kapitalı ehtiyatlarına hesablanmış investisiya biznes-lahiyələrinə əsaslanır. Struktur balans planlaşdırılması müəssisənin maliyyə imkanlarını dəyərləndirməyə imkan verir və ilkin mərhələdə borc kapitalı verən kreditorların potensial hazırlığını göstərir.
Qeyd olunanlar ilə yanaşı balans strukturunun planlaşdırılması dövründə uzunmüddətli maliyyələşmə və investisiyanın dövriyyəsi sferasında uzunmüddətli daxilolmaların və ödənişlərin tarazlığını strukturda əks etdirmək mümkün deyil.
Bu məqsədlə uzunmüddətli balans maliyyələşdirməni ödənişlər axınına hədəflənmiş inteqrasiya edilən maliyyə planını əlavə etmək lazımdır.
Uzunmüddətli maliyyə planlaşdırılması ödəniş və daxilolmanın həcmi və müddətlərinə görə dəqiqləşdirməni nəzərdə tutan ortamüddətli plan ilə tamamlanmalıdır.
Orta müddətli maliyyə planının nümunəsi aşağıdakı cədvəldə verilmişdir.