6.2. Maliyyə strategiyası Maliyyə strategiyası müəssisənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, müəssisənin bazar strategiyasını həyata keçirmək üçün maliyyə resurslarının formalaşdırılması və istifadə edilməsini müəyyən edir. Maliyyə strategiyası müəssisənin iqtisadiyyat xidmətləri, maliyyə resurslarının yaradılması və dəyişdirilməsinə, müəssisənin qarşıya qoyduğu məqsədə çatması və inkişaf etdirməsi üçün onlardan optimal istifadə etməyə imkan verir. Bu fəaliyyət strategiyasının vacibliyi ondan ibarətdir ki, bütün fəaliyyət növlərinin iqtisadi göstəriciləri maliyyələşdirmə sistemində əks olunur, fəaliyyət istiqamətlərinin balanslaşdırılması aparılır və müəssisənin əsas məqsədlərinə nail olması təmin edilir. Digər tərəfdən maliyyə başqa fəaliyyət strategiyalarının hazırlanması üçün başlanğıc an və mənbədir. Belə ki, maliyyə resursları bir çox hallarda müəssisənin fəaliyyət istiqamətləri və həcmləri üçün məhdudiyyət kimi çıxış edir.
Müəssisənin inkişafında strateji planlaşdırma prosesi ilə maliyyə strategiyasının əlaqələri aşağıdakı sxemdə əks olunmuşdur.
Müəssisə maliyyəsinin idarə edilməsi prosesi kifayət qədər dinamik proses olaraq xarici iqtisadi və sosial mühitin dəyişiklikləri, iqtisadiyyatın işgüzar fəallığı, inflyasiya tempi, dövlətin iqtisadi siyasəti, siyasi vəziyyətə və s. amillərə qarşı çox həssasdır. Maliyyə sferasında qərarların əsaslandırılması və qəbulu sahibkarlıq fəaliyyətinin istiqaməti və strukturunu, borcları, dividentlərin və aktivlərin strateji idarəedilməsi prosesidir.