Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021


Müəssisənin maliyyə imkanlarının müəyyən edilməsi



Yüklə 1,42 Mb.
səhifə82/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   109
STRATEJİ MENECMENT (1)

Müəssisənin maliyyə imkanlarının müəyyən edilməsi. Müəssisənin maliyyə imkanlarının müəyyən edilməsi onun hal-hazırda və gələcəkdə fond yaratma potensialına, müəssisənin inkişafının baza strategiyasının həyata keçirilmə mənbələrinə və həcminin qiymətləndirilməsinə görə şərtləndirilir.
Müəssisənin maliyyə potensialının təyin edilməsi. Müəssisənin maliyyə imkanı müəssisənin inkişafının baza stra­tegiyasının həyata keçirilmə mənbə və ölçüləri hal-hazırda və gələcəkdə fond yaratma potensialına görə qiymətləndirilir. Ona görə də maliyyə imkanları müəssisənin strateji fəaliyyətinin nəinki hazırlığını, eyni zamanda bir çox hallarda bu fəaliy­yətin xarakterini müəyyən edir. Məsələn, verilmiş strate­gi­ya­da manat formasında maliyyə resursları olan maliyyə imkan­la­rının artımı, avadanlıqların aşınması, yəni yeni istehsalın inkişafı, şaxələndirmə, şirkətlər arası əməkdaşlıq və yaxud xarici iqtisadi fəaliyyətin alter­nativ strategiyasını seçməyi zəruri edir.
Maliyyə startegiyasının əsas komponentləri (elementləri) aşağıda verilmişdir:

Sxem 6.15. Maliyyə startegiyasının əsas komponentləri (elementləri)

1. Sahibkarlıq strukturu. Strateji məqsədlərə uyğun olaraq (müəssisənin müvafiq iqtisadi xidmətləri tərəfindən formalaşdırılan müəssisənin inkişafının baza strategiyasına) maliyyə stratergiyasının əsas prinsipləri hazırlanır:



  • müəssisənin aktivinin artırılması, o cümlədən maliyyə ehtiyatları və onların strukturlarının təkmilləşdirilməsi;

  • mənfəətin bölüşdürülməsinin əsas prinsipləri;

  • müəssisənin likvidliyinin təmin edilməsi.

Maliyyələşdirmə mənbələrinin müəyyən edilməsinə, o cümlədən kredit imkanlarına (məsələn kreditlərin alınmasının xüsusi siyasəti əsaslandırıla bilər) xüsusi fikir verilir.
2. Yığım və istifadə strategiyasının strukturu. Maliyyə strategiyasının bu komponenti baza strategiyasının həyata keçirilməsini təmin edən yığım və istifadə fondları arasında əlaqənin optimallaşdırılması ilə nəticələnir.
3. Borc strategiyası. Bu kredit planının əsas elementlərini müəyyən edir: kreditin alınma mənbəyi, kreditin həcmi və onun qaytarılma qrafiki.
Müəssisənin maliyyə strategiyasının bu komponentinin zəruriliyi onun bazarda stabil fəaliyyətinin xarakterindən biri kimi müəssisənin kredit qabiliyyətliyi ilə səciyyələnir. Bu səbəbdən kreditin alınma və ödəmə metod və qaydaları borcların xüsusi strategiyasında qeyd olunur.
4. Böyük proqramların və funksional strategiyaların maliyyələşdirmə strategiyası: Maliyyə strategiyasının bu komponenti 1 il müddətinə həyata keçirilən böyük həcmli proq­ram­la­rın və funksional strategiyaların maliy­yə­ləş­di­ril­mə­si­nin ida­rə­edil­məsinə yönəldilir. Hər şeydən əvvəl bu strategiya kapital qo­yuluşu üzrə həlləri özündə əks etdirir:

  • sosial proqramları;

  • mövcud olan aktivlərin bərpası və yaxşılaşdırılması (əsas istehsal fondları);

  • yeni tikinti vəsaitlərinin alınması və ödənilməsi, ETTSİ və s.

Müəssisənin maliyyə strategiyasının bütün kompo­nent­lərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəs­sisənin uzun müddətli maliyyə planı hazırlanır. Burada bütün funk­sional strategiyanın balansını təmin edən tənzimləyici sənədlərə, böyük proqramlara və müəssisənin əvvəlcədən tərtib edilmiş strateji inkişaf məqsədlərinin uğurlu nəticələrinə baxılır.
Müəssisənin maliyyə strategiyasının hazırlanması prose­sin­də mütləq üç əsas prinsipi rəhbər tutmaq lazımdır:

  • sadəlik;

  • daimilik;

  • təhlükəsizlik.


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin