Müəssisənin maliyyə imkanlarının müəyyən edilməsi. Müəssisənin maliyyə imkanlarının müəyyən edilməsi onun hal-hazırda və gələcəkdə fond yaratma potensialına, müəssisənin inkişafının baza strategiyasının həyata keçirilmə mənbələrinə və həcminin qiymətləndirilməsinə görə şərtləndirilir.
Müəssisənin maliyyə potensialının təyin edilməsi.Müəssisənin maliyyə imkanı müəssisənin inkişafının baza strategiyasının həyata keçirilmə mənbə və ölçüləri hal-hazırda və gələcəkdə fond yaratma potensialına görə qiymətləndirilir. Ona görə də maliyyə imkanları müəssisənin strateji fəaliyyətinin nəinki hazırlığını, eyni zamanda bir çox hallarda bu fəaliyyətin xarakterini müəyyən edir. Məsələn, verilmiş strategiyada manat formasında maliyyə resursları olan maliyyə imkanlarının artımı, avadanlıqların aşınması, yəni yeni istehsalın inkişafı, şaxələndirmə, şirkətlər arası əməkdaşlıq və yaxud xarici iqtisadi fəaliyyətin alternativ strategiyasını seçməyi zəruri edir.
Maliyyə startegiyasının əsas komponentləri (elementləri) aşağıda verilmişdir:
Sxem 6.15. Maliyyə startegiyasının əsas komponentləri (elementləri)
1. Sahibkarlıq strukturu. Strateji məqsədlərə uyğun olaraq (müəssisənin müvafiq iqtisadi xidmətləri tərəfindən formalaşdırılan müəssisənin inkişafının baza strategiyasına) maliyyə stratergiyasının əsas prinsipləri hazırlanır:
müəssisənin aktivinin artırılması, o cümlədən maliyyə ehtiyatları və onların strukturlarının təkmilləşdirilməsi;
mənfəətin bölüşdürülməsinin əsas prinsipləri;
müəssisənin likvidliyinin təmin edilməsi.
Maliyyələşdirmə mənbələrinin müəyyən edilməsinə, o cümlədən kredit imkanlarına (məsələn kreditlərin alınmasının xüsusi siyasəti əsaslandırıla bilər) xüsusi fikir verilir.
2. Yığım və istifadə strategiyasının strukturu. Maliyyə strategiyasının bu komponenti baza strategiyasının həyata keçirilməsini təmin edən yığım və istifadə fondları arasında əlaqənin optimallaşdırılması ilə nəticələnir.
3. Borc strategiyası. Bu kredit planının əsas elementlərini müəyyən edir: kreditin alınma mənbəyi, kreditin həcmi və onun qaytarılma qrafiki.
Müəssisənin maliyyə strategiyasının bu komponentinin zəruriliyi onun bazarda stabil fəaliyyətinin xarakterindən biri kimi müəssisənin kredit qabiliyyətliyi ilə səciyyələnir. Bu səbəbdən kreditin alınma və ödəmə metod və qaydaları borcların xüsusi strategiyasında qeyd olunur.
4. Böyük proqramların və funksional strategiyaların maliyyələşdirmə strategiyası: Maliyyə strategiyasının bu komponenti 1 il müddətinə həyata keçirilən böyük həcmli proqramların və funksional strategiyaların maliyyələşdirilməsinin idarəedilməsinə yönəldilir. Hər şeydən əvvəl bu strategiya kapital qoyuluşu üzrə həlləri özündə əks etdirir:
sosial proqramları;
mövcud olan aktivlərin bərpası və yaxşılaşdırılması (əsas istehsal fondları);
yeni tikinti vəsaitlərinin alınması və ödənilməsi, ETTSİ və s.
Müəssisənin maliyyə strategiyasının bütün komponentlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəssisənin uzun müddətli maliyyə planı hazırlanır. Burada bütün funksional strategiyanın balansını təmin edən tənzimləyici sənədlərə, böyük proqramlara və müəssisənin əvvəlcədən tərtib edilmiş strateji inkişaf məqsədlərinin uğurlu nəticələrinə baxılır.
Müəssisənin maliyyə strategiyasının hazırlanması prosesində mütləq üç əsas prinsipi rəhbər tutmaq lazımdır: