Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə86/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   109
STRATEJİ MENECMENT (1)

6.4. İstehsal strategiyası

Müəssisənin istehsal strategiyası məh­sul istehsalı sahəsində onun fəaliyyətinin əsas isti­qa­mət­lə­ri­nin hazırlanması və həyata keçirilməsi ilə əlaqədardır. Bu zaman nəzərə almaq lazımdır ki, istehsal prosesi müəssisənin praktiki fəaliyyətinin daha çox stabil formasıdır. Ancaq nəzərə almaq lazımdır ki, istehsal sferasında qeyri stabillik yarandığı halda onun müəssisəyə təsiri daha güclü olur.


Qeyd etmək lazımdır ki, funksional strategiyanın sərbəst forması kimi müəssisənin istehsal strategiyası tərtib edilərkən hətta strateji planlaşdırma və idarəetmə üzrə qərb mütə­xəssisləri də bir sıra anları diqqətdən qaçırırlar. Bununla yanaşı nəzərə almaq lazımdır ki, istehsal fəaliyyəti müəssisənin əsas funksiyasıdır, burada məhsul hazırlanır və onun satışından gəlir əldə edilir. İstehsal strategiyasının hazırlanması prosesində funksional bölmələrin rəhbərləri arasında baza strategiyasının həyata keçirilməsini və fəaliyyət proqramını təmin edən məlumatların qarşılıqlı mübadiləsi baş verir.
İstehsal strategiyasının əsas elementləri aşağıdakı şəkildə verilmişdir.

Sxem 6.18. İstehsal strategiyasının tərkib elementləri
1. İstehsalın planlaşdırılması və nəzarət. Müəssisənin stra­te­giyasının əsaslandırılması və hazırlanması prossesində müəs­sisənin istehsal strukturları passiv iştirak edirlər, ona görə ki, istehsal planın tərtibi hər şeydən əvvəl strateji deyil taktiki qərarlara aid edilir. Ancaq istehsal strukturlarının rəhbərləri aşağıdakı prinsipial qərarların qəbul edilməsində iştirak edirlər:
- istehsalatda olan avadanlıqlardan istifadə etmə imkan­la­rı­nın və onların rekonstruksiyasının zəruriliyinin müəyyən edil­mə­sində;
- işçi heyyətinin ixtisasının və əmək haqqının art­ı­rıl­ma­sında, işçilərlə qarşılıqlı əlaqələrin yaradılması proseslərində və eyni zamanda onların sosial məsələlərinin həll edilməsi for­ma­larının təyin edilməsində;
- istehsal prosesini təmin etmək üçün müəssisənin digər bölmələrinin fəaliyyətinin ekspertiza edilməsində.
2. Əmək məhsuldarlığının artırılması. Müəssisənin fəaliy­yətinin bu istiqamətində aşağıdakılar aparıla bilər:
- əmək məhsuldarlığı amillərinin təhlilinin aparılması və ehtiyatların müəyyən edilməsi;
- müəssisənin idarə edilməsinin strukturunun və sisteminin yaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə əmək məhsul­darlığının yüksəldilməsi;
- əmək məhsuldarlığının yüksəldilməsi üzrə tədbirlər proqramının hazırlanması.
3. İstehsalatda insan amili.
Qeyd etmək lazımdır ki, insan amili əmək məhsuldarlığının səviyyəsinə təsir edən həlledici amildir. Bu amilə iki əsas aspektdən baxmaq olar: birincisi, istehsal prosesində işçilərin səmərəli fəaliyyət göstərmələri üçün müəyyən şəraitin yaradılmasının zəruriliyi; ikincisi, işçi güclərinin yeniləş­diril­məsinin təmin edilməsi üçün tələb olunan şəraitin yaradıl­ma­sı­dır. İşçilərin istehsal prosesində səmərəli iştirakı bir sıra amillər ilə müəyyən edilir, bu amillərə əmək haqqının hesablanması, istehsal mühiti, mənəvi stimullaşdırma, kadrların təlimi, təhsili və professional inkişaf sistemi, iş yerlərinin müasir ava­dan­lıqlarla təmin edilməsi və əməyin mühafizəsi, məsuliy­yə­tin işçilər arasında bölüşdürülməsi və tənzimlənməsi və s. daxildir.
Bunlar ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, müəssisənin istehsal etdiyi məhsul o halda rəqabətqabliyyətli olur ki, əgər müəssisə istehsalatda innovativ texnoloji prosesləri və əməyin təşkilinin yeni formalarını müvəffəqiyyətlə tətbiq edir.
Bu zaman müasir şəraitdə hər bir müəssisə qarşısında üç əsas problem durur:

  • kifayət qədər qısa müddətdə yeni texnologiyanı mənimsəmək;

- bazarın tələblərinə uyğun məhsul istehsalını təmin etmək və xidmətləri göstərmək üçün yeni texnologiyadan səmərəli istifadə etmək;
- istehsalatda istifadə edilən yeni texnoloji prosesləri daim optimallaşdırmaq.
Yaranan problemləri müvəffəqiyyətlə həll etmək üşün müəssisə rəhbəri texnoloji menecmentə inteqrasiyalı formada yanaşmanı qəbul etməlidir.
Məsələlərin xarakterindən asılı olaraq onlar idarəetmənin üç səviyyəsində həll edilir.
Birinci normativ səviyyədə müəssisənin inkişafının uzun müddətli texnoloji məqsədləri müəyyən edilir və bunlar müəssisənin ümumi inkişaf strategiyasının əsaslandırılması və hazırlanması prosesində nəzərə alınmalıdır. Bu zaman kollektivin dəyərləri kimi təqdim olunan firmanın məhsulunun xarakteri və xüsusiyyətləri böyük əhəmiyyət kəsb edir. Bunlar müəssisənin məqsədində ətraf mühitdə müəssisənin texnoloji, sosial sisteminin optimallaşdırılması amillərinin yeni texnologiysında əks olunur.
İkinci strateji səviyyədə səmərəlilik prinsipi üstünlük təşkil edir. Müəssisənin istehsal strategiyası orta hesabla texnolo­giyanın seçimidir. Belə ki, müəssisəyə məhsul istehsalı üçün hal-hazırda və gələcəkdə lazım olacaq texnoloji potensiala hədd müəyyən edilir. Sonra isə müəssisədə texnalogiyanın özünü (müəyyən tərəfdaşları ilə əməkdaşlıq etməklə də) hazırlamaq və yaxud xüsusi təşkilatların xidmətlərindən istifadə etmək haqqında qərar qəbul edilir.
Bundan başqa, müəssisənin bu səviyyədə öz ehtiyacları üçün istifadə edəcəyi texnologiyanı və eyni zamanda digər müəssisələrin sərəncamına verəcəyi texnalogiyaları müəyyən etməsi məqsədəmüvafiqdir.
Burada seçilmiş strategiyanın həyata keçirilməsi üçün lazım olan struktur məsələləri həll edilir. Beləki, məsələn bunlar yeni texnologiyanın hazırlanması və istehsal prosesinə tətbiq edilməsinin mərkəzləşdirilməsinə və yaxud əksinə aid ola bilər.
Üçüncü operativ səviyyədə seçilmiş strateji istiqamətlər müəssisənin inkişafının qısa müddətli məqsədlərinə müvafiq həya­ta keçirilməsi nəzərdə tutulur. Bu halda operativ idarəetmə kon­kret sahə üzrə fokuslanmalıdır, məsələn konkret elmi-təd­qiq­at və konstruktor layihələrinin mütəxəssis və maliyyə tə­mi­na­tına.
Müəssisənin innovasiya strategiyası onun texnoloji po­ten­sia­lının optimallaşdırılması ilə birbaşa əlaqədardır. Bu zaman müəs­­sisənin təlabatına uyğun gələn əsaslandırılmış texnolo­gi­yanın seçilməsi nəzərə alınmalıdır. Qəbul edilən qərar əvvəlcədən müəyyən edilmiş istehsalat funksiyasının yerinə yetirilməsinə və yaxud gələcək üçün texnoloji potensialın formalaşdırılmasına yönəldilə bilər.
Müəssisənin investisiya strategiyası çərçivəsində istehsal fəaliyyəti üçün texnologiyanın seçilməsi prossesi bir neçə mərhələdə həyata keçirilə bilər.
Birinci mərhələdə müəssisə öz maraqları da daxil olmaqla, texnoloji proses ilə əlaqədar olan bütün maraqlar ilə tanış olur və sonra onun məqsədlərinə daha yaxşı cavab verən texnolo­giyanı seçir.
İkinci mərhələdə müəssisə hal-hazırda yeni hazırlanmış texnoloji prosesləri də nəzərə almalı və onların istehsalata tətbiq edilməsi imkanları qiymətləndirməlidir.
Üçüncü mərhələdə uzunmüddətli perspektivi nəzərə almaqla istifadə edilən texnoloji qərarların əhatəsinin genişləndirilməsi məqsədəuyğundur. Bu halda müəssisənin texnoloji potensialının formalaşdırılması haqqında danışmaq olar. Yəni, texnoloji qərarlar, hansıların ki, funksional təyinatı hələlik aydın deyil, ancaq məlum olan funksiyaların daha səmərəli yerinə yetirilməsində və yaxud perspektivdə yarana biləcək yeni funksiyalarda istifadə edilə bilər.
Hamı tərəfindən qəbul edilmişdir ki, yeni texnologiya müəssisəyə rəqabət üstünlüyü verir beləki, bu istehsalat proqramının şaxələndirilməsinə imkan verir. Bundan başqa, texnologiyanın dinamik inkişafı qərarların təxirə salınmadan, lazım olan zamanda qəbul edilməsini müəyyənləşdirir. Vaxta görə uduş prinsipial əhəmiyyət kəsb edir, ona görə ki, müasir müəssisələrin rəqabətqabiliyyətliyində bu kritik amil olur. Onu da nəzərə almaq lazımdır ki, bunlar ilə yanaşı texnologiyaların dinamik inkişafı alternativlərin sayını sürətlə artırır, ona görə də tez zamanda texnologiyaları seçib düzgün qiymətləndirmək lazımdır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, müəssisənin istehsal və innovasiya strategiyaları arasında kifayət qədər sıx qarşılıqlı əlaqələr vardır. Bu qarşılıqlı əlaqələrin xüsusiyyətləri aşağıdakı sxemdə əks olunmuşdur.






Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin