Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyun 2021-ci IL f-300 saylı əmri ilə təsdiq edilmişdir baki- 2021



Yüklə 1,42 Mb.
səhifə89/109
tarix08.12.2023
ölçüsü1,42 Mb.
#138468
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   109
STRATEJİ MENECMENT (1)

7.1. Texnoloji innovasiya

Texnoloji innovasiya əmək alətlərinin və yaxud ilkin məhsulların son məhsula çevrilməsinin müxtəlif üsullarına əsaslanır. Bunlar aşağıda göstərilənlər ilə əlaqədar ola bilər:


- emal etmə qaydasında olan dəyişikliklə;
- daha mükəmməl əmək vasitələrindən istifadə etməklə;
- daha mükəmməl əmək alətlərindən istifadə;
- emal prosesində işçilərin məhsuldarlığının artırılması, temperatur rejimi, əmək vasitələrinin, hazır məhsulların forma və tərkibinin, texnoloji tsiklin davam etmə müddətini azaltmaq;
-əməliyyatların daha mütərəqqi metodlar ilə əvəz edilməsi və bunun nəticəsində onların sayının azaldılması;
-texnologiyadan, nəqliyyat vasitələrindən, ilkin məhsullardan, xammal və materiallardan səmərəli istifadə.
Texnoloji innovasiya şəraitində avadanlıqların dəyişdirilməsi, koorporativləşdirmə hesabına özlərinin ayrı-ayrı əməliyyatlarından və emal formalarından, o cümlədən tender şərtlərindən imtina etmək mümkündür.
Texnoloji innovasiyanı, məhsul və xidmətlərin innovasiya gücü və yaxud marketinq fəaliyyəti hesabına həyata keçirmək olar. Texnoloji innovasiya iki istiqamətdə investisiya tələb edir – birbaşa əsas vəsaitlərə və dövriyyə vəsaitlərini tamamlamaq üçün.
Təbiidir ki, texnoloji innovasiyaya istinad etmək gözlənilən əlavə gəlirin artmasına nail olmağa imkan verir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, texnoloji innovasiya təşkilat strukturuna, uçot və kadr hazırlığına innovasiyanın cəlb edilməsində mühüm rola malikdir. Rəqabət mühitində rəqabətqabiliyyətli məhsulların istehsal edilməsində texnoloji innovasiyanın potensialı böyükdür, yəni, məhsul bazarında üstünlük qazanmaq və bazarın zəruri seqmentində müəssisə əlverişli yeri əldə etmək üçün bu yeganə vasitədir.


    1. Məhsul (xidmət) innovasiyası

Məhsul innovasiyasının aşağıdakı formalarının olması mümkündür:


- zəruri olan təlabatın ödənilməsi çərçivəsində yeni növ məhsula keçid;
- istehsalın uyğunlaşdığı yeni növ məhsula olan təlabatın marketinq təhlilininin formalaşması;
- məhsul portfelinin şaxələndirilməsinə və yaxud firmanın istehsal proqramına müvafiq istehsalın mənimsənilməsi;
- məhsula olan təlabatın artırılmasını və keyfiyyətin yüksəldilməsini təmin edən məmulatların bəzi elementlərinin yeniləşdirilməsi.
Məhsulların (xidmətlərin) innovasiyası – firmalar tərə­fin­dən satışın dəstəklənməsi və artırılması, rəqabət mü­ba­ri­zə­sində stabilliyin mökəmləndirilməsi məqsədi ilə daim məqsədyönlü şəkildə həyata keçirilir. Bu, əsasən texnoloji, marketinq, mütəxəssis hazırlığı, təşkilati struktur və uçotda innovasiya ilə bir başa əlaqədardır. Məhsul istehsalında tətbiq edilən innovasiya – elmi tədqiqat və konstruksiya sahəsində aparılan marketinq araşdırmalarını nəzərə almaqla həyata keçirilir.
Bəzən məhsul istehsalında innovasiyalar adı altında “saxta məhsul” istehsal olunur. Bir sıra məhsul və məmu­lat­la­rın istehsalında innovasiya aparılması məqsədi ilə məmulatların tərkibi və istehsal mexanizmində heç bir dəyişiklik etmədən, istehlakçılara psixoloji təsir gostərmək məqsədi ilə məhsulların yalnız zövqlü qablaşdırması, dizaynında dəyişiklik edilir, ona görə də innovasiyanın olduğunu göstərən əlamətlərə xüsusi diqqət yetirmək lazımdır.



    1. Marketinq innovasiyası

Marketinq sistem kimi məhsul hərəkətini həyata keçirən əməliyyatlar və proseduralara görə çox müxtəlifdir. Bunların hər biri öz texnologiyalarına görə fərqlənsə də, ümumilikdə marketinq fəaliyyətində ən əsas məqsəd məhsul və xidmətlər haqqında məlumatlara malik olmaq və əldə etməkdir.


Marketinqdə innovasiya ayrıca prosedur və əməliyyatların kombinasiyası hesabına yaranır. Marketinq innovasiyasının məqsədi məhsul və xidmətlərə olan təlabatın genişləndirilməsi və bu zaman təlabatın artım dinamikasına mütəmadi nəzarətin aparılmasıdır. Bu isə öz növbəsində müvafiq məhsul istehsalı üzrə maksimum istehsal imkanlarını və müntəzəm olaraq zamana görə məhsullara olan təlabatı təmin etməyi sinxronlaşdırmağa imkan verir.
Bu zaman mütləq nəzərə almaq lazımdır ki, rəqabət mübarizəsinin hər bir iştirakçısı bu vəzifəni bir məqsəd kimi qarşılarına qoymalıdırlar. Ona görə də marketinq sahəsində innovasiya müəyyən qədər rəqiblərin fəaliyyətinin daim öyrənilməsi, onların fəaliyyətinin elmi araşdırılması və proqnazlaşdırılması nəticəsində yaranır.
Marketinqdə innovasiya aşağıdakı hallarda ola bilər:

  • təlabatın öyrənilməsinin daha mükəmməl, yeni, universal, dəqiq, az əməktutumlu metodları;

  • təlabatı stimullaşdırmaq məqsədi ilə istehlakçılara təsir qaydaları;

  • reklamın təşkili və metodologiyası;

  • reklamların səmərəliliyininin qiymətləndirilməsi qaydaları.

Aydındır ki, marketinq fəaliyyətində innovasiya şirkətin məhsulunun realizə edilməsi, gəlirin artırlması prosesi ilə əlaqədar xərclər tələb edir.

7.4. Maliyyə innovasiyası


İctimai-istehsalat münasibətləri kimi qiymətləndirilən maliyyə – məcmu ümumi daxili məhsulun yaradılması və bölüşdürülməsi ilə bağlı mürəkkəb daxili sturuktura malik olan, informasiya axını, qərarların qəbul edilməsi və məsuliyyət mərkəzlərini birləşdirən bir tərəfdən xərc mərkəzləri, digər tərəfdən fəaliyyətdə olan normativ-hüquqi aktlar, qanun­vericilik və qanunlara müvafiq normativ sənədlər çərçivəsində məlumatların toplanması, ötürülməsi, emalı və saxlanılması üzrə fəaliyyətdir.


Təbiidir ki, istehsal münasibətləri inkişaf etdikcə maliyyənin ayrı-ayrı elementləri təkmilləşir və yaxud son nəticədə ona uyğunlaşır.
Maliyyə innovasiyasına aşağıdakıları aid etmək olar:
- vergi sistemində dəyişikliklər;
- büdcədən maliyyələşmə və kredit sisteminin təkmilləşdirilməsi;
- qarşılıqlı ödəmələrin yeni sxeminə keçid;
- kredit zamanət mexanizminin yaradılması və qarşılıqlı fəaliyyəti;
- müxtəlif növ güzəştlərin verilməsi və dayandırılması;
- vəsaitlərin xərclənməsində daxili strukturun cavabdehliyinin və hüquqlarının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi və s..
Burada maliyyə innovasiyasının bir sıra istiqamətləri – sinifləri göstərilmişdir. Əvvəlkilərdən fərqli olaraq bunlar az kapitaltutumludur, ancaq çox hallarda ayrı-ayrı şirkətlər, ümumiyyətlə sahibkarlıq fəaliyyəti üçün ciddi təsirə malik ola bilər.
Rəqabət mübarizəsində maliyyə innovasiyası inqilabi rol oynaya bilər, bu zaman şirkətin top menencerinin, struktur bölmələrin işçi heyyətinin müntəzəm olaraq stimullaşdırılması məqsədəmüvafiqdir.
7.5.Təşkilati strukturda innovasiya
Şirkətin təşkilati strukturu bir çox amillərdən asılıdır, bunlara aşağıdakıları aid etmək olar:
- mülkiyyətçinin tələbi;
- menecmentin texnologiyası;
- istehsalatın texnologiyası;
- məhsulun (xidmətin) texnologiyası;
- regional, sahə, şirkətdaxili infrastrukturun vəziyyəti;
- təsir göstərən tipik tələblər və başqaları.
Qeyd olunan amillərin siyahısından göründüyi kimi təşkilati struktur daha çox əlverişli sahədir, yəni bu amil bir çox hallarda şirkəti konkret olaraq xarakterizə edir. Bu zaman təşkilati strukturun təkmilləşdirilməsinin bir neçə ümumi tələbləri vardır. Beləki:
- subyektiv təsirlərdən qaçmalı;
- informasiyanın hərəkətinin təkmilləşdirilməsi, xərclərin, birinci növbədə şərti-daimi xərclərin azaldılması;
- istehsalatda xərclərə qənaət etmək vasitəsi kimi kənar təşkilatların xidmətindən və kooperativləşmədən istifadə etmək;
- qabaqcıl təcrübədən istifadə etməli. Təşkilati strukturlarda innovasiyanın həyata keçirilməsinin əsas şərti onunla bağlı olan xərclərə, istehsala çəkilən xərclərə qənaət etmək, satışın genişləndirilməsi hesabına əlavə gəlirin artırılmasıdır. Göründüyü kimi bu müqayisə öz növbəsində innovasiyanın mümkün variantlarının səmərəliliyinin hesablanmasını və mütəmadi tədqiq edilməsini tələb edir. Bu isə öz növbəsində qəbul olunmuş qərarlarla əsaslanmış, özünü doğrultmuş xərclərlə əlaqəlidir.
Təşkilati infrastrukturda innovasiya tez-tez aparıla bilməz, çünki bunlar firmanın fəaliyyətinin bütün mexanizminə təsir göstərir. Burada yaranan boşluqlar böyük itkilərlə müşayət olunur.



Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin