Dərslik Bakı 014 bbk 60. T 12


Üçüncü fəsildən çıxan nəticələr



Yüklə 2,78 Mb.
səhifə113/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   131

Üçüncü fəsildən çıxan nəticələr

1.Məlumatlar analizinin əsasının əsası tədqiqatın planlaşdırılması prosesində tədqiqat proqramının hazırlanması, tədqiqatın konseptual sxeminin işlənib hazırlanmasıdır.

2.Sosial obyektin xüsusiyyətlərini öyrənən modelin qurulması prosesində sadə empirik qanunauyğunluqlarının axtarışının məntiqi düşünülüb tapılır. Ümumiyyətlə məlumatlar analizinin “dili” fərz olunan tədqiqatda ancaq empirik qanunauyğunluqların interpretasiyası məntiqinin anlanmasından, yəni: Əgər filan şeyi və filan şeyi əldə etsək, onda nə edəcəyik və necə edəcəyik? – sualına cavab tapandan sonra müəyyən edilir.

3.Analizin strategiyasının seçimindən (yüksələn və ya enən) asılı olmayaraq, sosioloq üçün məlumatların ilkin analizi, ilkin işlənməsi bacarığı vacibdir. Birölçülü bölgülər, qoşulma cədvəlləri ancaq üzdən sadə görünürlər. Sosioloq onlarla işləyən zaman məlumatlar analizinin çoxlu müxtəlif “dillərindən” istifadə edə bilər.

4.Müxtəlif tip şkalalar üçün mərkəzi tendensiya ölçüləri müxtəlifdir. Sosioloq üçün dispersiyasız ədədi ortanın, kvartil amplitudasız medianın, keyfiyyət variasiyası əmsalı olmadan modanın heç bir məzmunlu mənası yoxdur.

5.Sosioloq hansı nisbi sıxlıqlarla işləməsindən asılı olaraq məzmunlu məsələlərin müxtəlif tiplərini həll edir.

6.Əlamətlər arasındakı (empirik indikatorların və ya onlardan törəmiş göstəricilərin) əlaqələrin öyrənilməsi analizin məqsədlərindən biridir. Əlaqə, qarşılıqlı əlaqə müxtəlif cür anlaşılır və şərh olunur. Ona görə ki, bu qədər çox əlaqə ölçüsü (əmsalı) var.

7.İki əlamətin qarşılıqlı əlaqəsi haqqında bütün informasiya qoşulma cədvəlindədir.

8.Qarşılıqlı əlaqələrin öyrənilməsi “funksional – korrelyasiya əlaqə”, “lokal – qlobal əlaqə ölçüləri”, “zəif – güclü əlaqə”, “əmsalın saxta – həqiqi qiyməti”, “istiqamətləndirilmiş – istiqamətləndirilməmiş əlaqə”, “statistik asılılıq – müstəqillik” və s. kimi anlayış cütləri olmadan mümkün deyildir.

9.Müxtəlif şkala tipləri üçün və əlaqənin müxtəlif cür anlanmasına görə əlaqə ölçüləri müxtəlifdir.

10.Cüt – cüt əlaqə əmsallarını eyni bir tədqiqat çərçivəsində ancaq müqayisəli kontekstdə istifadə etmək məqsədəuyğundur. Onların istifadəsinin iki strategiyası effektivdir: əlamətlər məcmusunun faktor strukturunun axtarışı; məqsədli əlaməti determinasiya edən əlamətlərin axtarışı.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin