Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə49/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   131
Yekun qiymətlər şkalası

Bu prosedura adətən sosial istiqamətlənmələrin ölçülməsi üçün istifadə olunur, məsələn: kişilərin «ağıllı qadın» fenomeninə; gənclərin «qocalara»; tələbələrin təhsilə; gənclərin «yeni ruslara», nigahdankənar seksual əlaqələrə, suisidə (öz canına qəsdetmə), fəaliyyət kimi siyasətə və s. münasibətinin ölçülməsi üçün istifadə olunur.

V.A.Yadovun [29, səh.106] əsərində qadınların uşaqlara münasibətinin ölçülməsinə misal gətirilir. Yuxarıda qeyd olunmuş soial istiqamətlənmələrin respondentə verilmiş «birbaşa» sualların vasitəsilə ölçülməsi mümkün deyildir. Bu istiqamətlənmələr latent xarakter daşıyırlar. Gənclərin «qocalara» və qadınların uşaqlara münasibətlərinə gəldikdə isə, üstəlik onu da nəzərdə tutmaq lazımdır ki, əgər respondentin münasibəti mənfidirsə, onda söhbət sosial olaraq təqdir olunmayan davranışdan gedəcəkdir. Ona görə də bu fenomenlərin öyrənilməsi üçün birbaşa suallarından istifadə etmək olmaz.

Burada məntiqi indekslərin istifadəsi də mümkün kimi görünmür. Hər halda mən belə görürəm və ola bilər ki, siz hər hansı biz indeksi fikirləşib tapa bilərsiniz.

Onda, Laykertin təklif etdiyi məntiqə uyğun olaraq, şəxssiz mülahizələrin (müddəaların) məcmusunu yazaq (hələlik bunu necə edəcəyimizi demirik). Hesab edək ki, bu mülahizələrin bütün məcmusunun razılıq/narazılıq dərəcəsi respondentin sosial istiqamətlənməsini xarakterizə edir. Bir model nümunəsini nəzərdən keçirək (praktikada bu mülahizələr kişilərin «ağıllı qadın» fenomeninə münasibətini ölçmək üçün istifadə olunmayıb) ayrıca götürülmüş respondentin cavabları 2.21 cədvəlində təsvir olunmuşdur.

Cədvəldə iki tip münasibətlərin təqdim olunmasına diqqət verin: bəziləri (+), digərləri isə (-) ilə işarə olunmuşdur. Burada (+) mülahizələrlə razılaşmaq ağıllı qadına «yaxşı» münasibət kimi, (-) mülahizələrlə razılaşmaq isə bir növ pis münasibət kimi xarakterizə olunur. Şkala dərəcələri ball kimi interpretasiya olunur. Buna görə də birinci halda beşə bərabər maksimal ballı mülahizələrlə tam razılaşanlar, ikinci halda isə mülahizələrlə razılaşmayanlar alırlar.

Respondentin sosial istiqamətlənməsinin qiymətini müəyyən etmək üçün bütün mülahizələr üzrə balları cəmləyib yekunlaşdırırlar və buna görə də şkala yekun qiymətlər şkalası adlandırılır. Beləliklə, alınan şkalada minimal qiymət 10-a (respondentin on mülahizə üzrə toplaya biləcəyi balların ən minimal miqdarı), maksimal qiymət isə 50-ə bərabərdir. Əgər çıxış şkalasında mülahizələrin sayını və ya dərəcələrin sayını artırsaq (azaltsaq, onda qiymətin dəyişməsi diapazonu da dəyişəcəkdir). Siz, bu ölçmə üsulu ilə üzləşəndə, sizdə, təbii olaraq, növbəti suallar meydana çıxa bilərlər:

 Mülahizələri necə seçməli?

 mülahizələrin yararlı olmasını necə yoxlamalı?

 Balların toplanması əməliyyatının qanunauyğun olmasını necə sübut etməli?

 Bu ölçmə üsulundan istifadə etmək üçün hansı tələbləri yerinə yetirmək zəruridir?


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin