Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə50/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   131
Cədvəl 2.2.1

Yekun qiymətlər şkalası üçün mülahizələr




Mülahizələr

Tam razıyam

Daha çox razıyam,

nəinki razı deyiləm



Həm bəli, həm də xeyr

Razı olmaqdan

daha çox narazıyam



Tamamilə razı deyiləm

1

(-) Ağıl kişilərin nəsibidir, qadına isə gözəl olmaq kifayətdir

1

2

3

«4»

5

2

(+) Qadın ağıllı olmalıdır ki, kişi ilk görüşdən sonra ondan qaçmasın

«5»

4

3

2

1

3

(-) Ağıl qadını «soyuq buza» çevrilməsi üçün sürətli yoldur

1

2

«3»

4

5

4

(-) Qadının kişidən ağıllı olması kimi dəhşətli situasiyanı təsəvvür etmək çətindir

1

2

«3»

4

5

5

(+) qadının ağlı kişinin fəxri və bəzəyidir

5

4

«3»

2

1

66

(+) Qadın ağlı hər bir digər Allah vergisi kimi qiymətləndirilməli və qorunmalıdır

«5»

4

3

2

1

77

(-) Ağıllı qadınla yaşamaq cəhənnəmdir, o sənin iç üzünü tamam görür

1

«2»

3

4

5

88

(+) Ağıl qadının cazibəsini daha da gücləndirir

5

«4»

3

2

1

99

(-) Qadın ağlı anadangəlmə xəstəlik kimidir ki, onunla gərək həmişə mübarizə aparasan

1

2

«3»

4

5

110

(+) Ağıl qadının qiymətləndirilməsində yeganə meyardır

5

4

3

2

«1»

Onlara ardıcıl cavab verməyə cəhd göstərəcəyik. Mülahizələr sosioloq tərəfindən əziyyətlə, bir qayda olaraq ekspertlərin cəlb edilməsi ilə yaradılır. Yekun qiymətlər şkalasını formalaşdırmağa cəhd edən zaman siz ekspertlərlə işləməyin spesifikasını başa düşəcəksiniz. Ekspertlərlə iş bizim tədqiqatımızın spesifikası deyildir. Ancaq onu yada salmaq lazımdır ki, «ekspert qiymətlərinin və qruplarının qəbulu» kimi məlum olan elm sahəsi mövcuddur. Yeri gəlmişkən, bu sahə tamamilə riyazi metodlara əsaslanır.

Təbiidir ki, mülahizələrin keyfiyyətinin yoxlanması üsulu da mövcuddur. O, yekun şkalasının qiymətləri ilə çıxış şkalasının qiymətlərinin uyğunluğunun analizindən ibarətdir. Bunun üçün xüsusi, ranq korrelyasiyası adlandırılan əmsallar nəzərdə tutulmuşdur. Bu əmsallar haqqında kitabın üçüncü fəslində söhbət edəcəyik. Məsələn, «Ağıl qadının cazibəsini ancaq artırır» mülahizəsi yekun şkalası ilə o zaman yaxşı uzlaşmış hesab olunacaq ki, bu zaman yekun şkalası üzrə yüksək qiymət almış respodentlər onunla əsasən razılaşmış olsunlar. Məsələn, elə ola bilər ki, «Qadının ağlı kişinin karyera nərdivanı ilə çıxması üçün zəruridir» mülahizəsi yekun şkalası ilə pis uzlaşsın. Bu o zaman baş verir ki, yekun şkalasında aşağı qiymət almış respondentlər (ağıllı qadına qarşı o qədər də yaxşı olmayan münasibətə görə) göstərilən mülahizə ilə ən müxtəlif razılaşma dərəcəsinə malik olsunlar. Əgər bu müşahidə olunursa, onda mülahizə instrumentarilərə daxil edilmir.

Bu misalda «pis» uzlaşma, göründüyü kimi, həm də son mülahizədə olacaqdır. Bundan başqa, bu mülahizəyə görə respondentlər arasında güclü differensiasiyanın olmasını gözləmək olmaz. Mülahizələrin keyfiyyətinin aydın şəkildə yoxlanması pilotaj tədqiqatın olmasını tələb edir.

Yuxarıda göstərilmiş sualların üçüncüsünə gəldikdə isə onun cavabı birmənalıdır: toplama əməliyyatı nəzəri cəhətdən əsaslandırılmayıb. Sosioloq praktiki olaraq toplama əməliyyatını keçirməyə məcburdur, amma bu zaman müəyyən şərtləri yerinə yetirmək zəruridir. Bu şərtlərə nadir hallarda əməl olunur, amma sosioloqda onların yerinə yetirilməsi üçün həmişə həvəs olmalıdır.

Yekun qiymətlər şkalasının tətbiqinin belə şərtlərinə hər şeydən əvvəl mülahizələrin bərabərhüquqlu olması aiddir, yəni hər bir mülahizə yekun qiymətə eyni payı daxil edir. Bu zaman bir mülahizəyə görə verilən bir bal, iki bal, üç bal, dörd bal, iki, üç, dörd, beş balına uyğundur. Siz başa düşürsünüzmü, bunu əsaslandırmaq nə qədər çətindir? İkinci tələb - birölçülü şkalanın mövcudluğuna əminliyin, ölçülən sosial istiqamətlənmənin birölçülü kontinuumunun olmasıdır. Bu tələblər kifayət qədər sərtdirlər, buna görə də yekun qiymətlər şkalası çox az tətbiq olunur.

Qeyd edək ki, giriş şkalaları ölçmənin sıra səviyyəsinə malikdirlər, çıxışda isə yenə də sıra şkalası əldə edirik, amma onun dərəcələri böyük sayda olur. Yekun qiymətlər şkalası ölçmənin səviyyəsinin yüksəldilməsi üçün deyil, latent xarakteristikanın çoxaspektli xarakterini hesaba almaq üçün istifadə olunur. Bu zaman belə çoxaspektlilik birölçülü kontinuumun üstünə «düşür».

Belə analitik indeksin individual qiymətini əldə etdikdən sonra onun qiymətinin respondentlər qrupu üçün hesablanmasına keçid məsələsi təbii olaraq yaranır. İlk baxışda yekun şkalasının rəqəm qiymətlərinə (yekun balı) oxşarlığını nəzərə alaraq ədədi orta qiyməti hesablamaq arzusu yaranır, yəni qrupda bütün qiymətləri toplamaq və qrupun üzvlərinin sayına bölmək. Bu əməliyyatın həyata keçməsi üçün fərz etmək lazımdır ki, bu orta qiymət ətrafında əsasən bütün qiymətlər toplanacaqlar və sapmalar cuzi olacaqdır, yəni qiymətlərin bölüşdürülməsinin xarakteri spesifik olmalıdır. Biz sizinlə analizin metodologiyasında ən maraqlı və vacib anlayışa – nəyin isə (empirik indikatorun, istiqamətlənmənin, indeksin) bölüşdürülməsinin xarakterinə gəlib çatdıq. Biz daha sonra bu anlayışa qayıdacağıq.

Qrup indeksini formalaşdırmaq üçün başqa bir yol da mümkündür. Bu yol onunla bağlıdır ki, individual qiymətləri aldıqdan sonra sosioloq tipoloji qrup adlandırılanların analizinə keçir. Bunun nə olduğunu aydınlaşdıraq. Öz məsələnizə – «ağıllı qadına» qarşı münasibətin ölçülməsinə qayıdaq. Elə bir tədqiqat situasiyasına əsaslanacayıq ki, o zaman belə münasibət müasir kişinin xüsusiyyəti olaraq kişilər arasında bu münasibətə görə müxtəlif qruplar ayırmaq üçün zəruridir. Belə qrupların yaradılmasında məqsəd real mövcud olan kişi tiplərinin sosial portretini təsvir etmək və bu tiplərin nəyə görə mövcud olduğunu izah etməkdir. Tipoloji qrupların ayırd edilməsi qiymətin dəyişməsinin diapazonunun (bizim halda qiymət 10-dan 50-yə kimi dəyişir) ayrı-ayrı intervallara bölüşdürülməsi yolu ilə baş verir. Bu zaman ola bilər ki, tipoloji qrupların seçilib ayrılması balanslaşdırılmış sıra şkalası əsasında baş vermiş olsun. Məsələn, «ağıllı qadın» fenomeninə yaxşı, neytral və pis münasibət bəsləyən üç kişi qrupu seçilib ayrılır. Bu prosedura sadəcə olaraq şkalanın dəyişdirilməsi – balanslaşdırılmış sıra şkalasına keçid kimi də göstərmək olar. Onda «ağıllı qadına» qarşı ali və orta təhsilli kişilərin münasibətini müqayisə etmək üçün belə sıra şkalası ilə artıq bizə məlum olan formullar vasitəsilə tələb olunan analitik indeksi hesablayıb tapmaq olar.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin