Onda P1=27/1=27; P2=75/1.5=50; P3=150/1.5=100; P4=348/3=1.6; P5=250/1=250; P6=150/1=150
Sıxlıq Bu halda bölgünün empirik əyrixətti məzmunlu mənaya malik deyildir, çünki bölgünün xarakterini göstərə bilmir. Buna görə də belə əyrixətti bərabər intervallara bölgü zamanı qururlar. Bu zaman intervalların sayı artıq formal meyarlara əsaslanaraq müəyyən edilir. Sıra və metrik şkalalar üçün histoqramı və bölgünün empirik əyrixəttini həm də toplanmış sıxlıq əsasında da qurmaq olar. Amma bu halda bölgünün empirik əyrixətti üçün spesifik ad mövcuddur. Onu kumulyata, toplanmış sıxlığı isə kumulyativ sıxlıq adlandırırlar. Onu 3.2.1 cədvəlində göstərilmiş məlumatlar əsasında quraq.