Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə96/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   131
Cədvəl 3.3.1

Qoşulma cədvəli: mütləq sıxlıq


Tələbənin gələcək

peşəsi

Təhsildən razı qalmağın dərəcələri

1

2

3

4

5

njo

Politoloq

n11=14

n12=20

n13=31

n14=30

n15=5

n10=100

Sosioloq

n21=30

n22=40

n23=60

n24=60

n25=10

n20=200

Kulturoloq

n31=90

n32=90

n33=60

n34=45

n35=15

n30=300

Filoloq

n41=31

n42=30

n43=19

n44=15

n45=5

n40=100

Psixoloq

n51=8

n52=10

n53=15

n54=15

n55=2

n50=50

Tarixçi

n61=27

n62=110

n63=15

n64=85

n65=13

n60=250

noj

n01=200

n02=300

n03=200

n04=250

n05=50

n00=1000



Cədvəl 3.3.2

Qoşulma cədvəli: nisbi sıxlıqlar


Tələbənin

gələcək peşəsi

Təhsildən razı qalmaq darəcələri

1

2

3

4

5

Cəmi

Politoloq













Sosioloq













Kulturoloq













Filoloq













Psixoloq













Tarixçi













yekun













Təhsildən razı qalmağın ikinci dərəcəsinə malik politoloqlar üçün mütləq sıxlıq (n12)-yə bərabərdir. Bundan başqa (1,2) xanasına başqa göstəricilərin qiymətini də yerləşdirmək olar, həm də məhz ya pay (sıxlıq), ya da faizlərdə olan nisbi sıxlıqların qiymətlərini. Ancaq üç belə sıxlıq ola bilər. Mütləq sıxlığı qoşulma cədvəlində ilk göstərici adlandıraq və nisbi sıxlıqların paylarda hesablanmasına əsaslanaq. Onda n00 qədər humanitar – tələbənin ümumi sayının içində ikinci göstərici n12 tələbənin payına bərabər olacaqdır. Elə həmin n12 tələbənin n10 tələbə -politoloqların arasındakı payı üçüncü göstərici olacaqdır. Dördüncü, elə bu n12 tələbənin n02 tələbələri arasında (hansıların ki, təhsildən razı qalmaq dərəcələri ikiyə bərabərdir) olan payını göstərir.

İndi bütün bunları ümumi şəkildə (formul şəklində) qoşulma cədvəlinin istənilən (i,j ) xanası üçün və istənilən təbiətli obyekti üçün yazaq. Cədvəlin (i) sətrinin və (j) sütununun şərtlərini qane edən obyektlərin sayı (ni j)-ə bərabərdir, obyektlərin ümumi sayı (n00)-dır. Sütunlar üzrə marqinal sıxlıqlar – noj, sətirlər üzrə marqinal sıxlıqlar isə (njo)-dur. “Sıfır” simvolu onu göstərir ki, sıfırın yerində durduğu indeks üzrə bir növ ya cəmləmə və ya ortalaşdırma və ya hesab­lama müəyyən əlaməti hesaba almadan həyata keçirilmişdir. Bu qoşulma cədvəlinin analizi zamanı yaranan müxtəlif növlü sıxlıqları işarə etməyin ən rahat yoludur. Bu simvolun yerində başqasını da işlətmək olar, məsələn, nöqtəni və ulduzu “nöqtə”, “ulduz”, “sıfır” marqinal sıxlıqları göstərmək üçün ədəbiyyatda ümumi qəbul olunmuş simvollardır.

Beləliklə, qoşulma cədvəlinin (i, j) xanasında müvafiq olaraq dörd göstərici qoymaq olar.



  1. nij – i sətrinin və j sütununun şərtlərini qane edən obyektlərin sayı.

  2. nij / n00 – onların obyektlərin ümumi məcmusunda payı.

  3. nij / njo – onların sətrin şərtini qane edən obyektlərin məcmusunda payı.

  4. nij / noj – onların sütunun şərtini qane edən obyektlərin məcmusunda payı.

Sosioloq bu əlamətin o birinə nisbətən “davranışın” son iki göstəricinin köməyi ilə analiz edir, 3.3.2 cədvəlindəki hər bir xanada bizim məsələ üçün bu iki göstəricinin qiymətləri göstərilmişdir. Xanada olan cızıqdan yuxarıda sətir üzrə pay, cızıqdan aşağıda isə sütun üzrə pay göstərilmişdir. Bu məlumatlar əsasında sosioloq iki tip məsələ həll edə bilər.

Birincisi, o, tələbələrin müxtəlif peşə qrupları arasında “təhsildən razı qalmağın” strukturunu müqayisə edə bilər. Biz kursumuzda yeni olan “struktur” termininin adını çəkdik. Ən sadə halda “nəyin – isə” strukturası dedikdə, bu “nəyin – isənin” elementlərinin məcmusu və bu elementlər arasındakı qarşılıqlı əlaqə başa düşülür. Siz bunu bilirsiniz. Bizim halda elementlər təhsildən razı olmağın müxtəlif dərəcələridir, onların arasındakı qarşılıqlı əlaqə kimi bu dərəcələrə müvafiq “paylarda ” olan müxtəliflik çıxış edir. Bu strukturları qrafik şəkildə təsəvvür etmək üçün eyni bir qrafikdə humanitar – tələbələrin hər bir ayrıca peşə qrupu üçün təhsildən razı qalmaq üzrə bölgünün empirik əyrixəttini quraq.

Şəkil 3.3.1-də altı peşə qrupuna uyğun gələn altı bölgünün empirik əyrixətti təsvir olunmuşdur. Horizontal xətt üzrə bərabər məsafələrdə beş razı qalmaq dərəcəsi qeyd olunmuşdur. Politoloqlar üçün (bizim birinci peşə qrupumuz) bölgü əyrixəttini çəkməkdən ötrü 3.3.2 cədvəlinin birinci sətrindən (0.14, 0.20, 0.31, 0.30, 0.05) qiymətlərini vertikal ox üstündə qeyd edirik. Bu politoloqların bütün politoloqlar arasında razı qalmaq dərəcəsinə (1-dən 5-ə kimi) uyğun gələn paydır. Yerdə qalan peşə qrupları halında da analoji şəkildə hərəkət edirik. Məsələn, tələbə - psixoloqlar üçün bölgünün əyrixəttini qurmaq üçün təhsildən razı qalmağın beş dərəcəsinə uyğun olaraq (0.16, 0.20, 0.30, 0.04) qiymətlərini vertikal olaraq qeyd edirik.

Şəkil 3.3.1-dən sırf vizual olaraq aşağıdakı nəticələri çıxara bilərik. Razı qalmağın strukturu politoloqlarda, sosioloqlarda və psixoloqlarda “oxşardır”. Bu qruplar bir növ tipoloji sindrom yaradırlar, razı qalmağın strukturu üzrə eyni tipoloji qrupu təşkil edirlər. Razı qalmağın strukturu kulturoloq və filoloqlarda təqribən eynidir. Bu artıq ikinci tipoloji sindromdur. Beləliklə, biz deyə bilərik ki, razı qalmağın strukturunun analizində üç tipoloji sindromun olmasını müşahidə edirik. Onlardan üçüncüsü tarixçi tələbələrin spesifik və digərlərindən fərqli olan razı qalmaq strukturudur. Bu sindromlar, tipoloji törəmələr elə sosioloqdan izahat tələb edən spesifik empirik qanunauyğunluqlardır. Bütövlükdə təsdiq etmək olar ki, tələbənin gələcək peşəsi təhsildən razı qalmağa təsir göstərir və ya bunu detrministləşdirir.

“Hansı şəkildə” sualına biz də hələlik heç bir keyfiyyət qiyməti olmadan cavab verdik. Gördüyümüz kimi, bu halda bölgünün vizuallaşması sosioloq üçün böyük əhəmiyyətə malikdir. Yuxarıda qoşulma cədvəlinin köməyi ilə həll olunan iki tip məsələnin adını çəkmişik. Birinci tipi sizinlə nəzərdən keçirdik. Formal olaraq biz cədvəlin üçüncü göstəricini analiz etdik. Bizim misal üçün bu tip məsələlərdən digəri təhsildən razılıq dərəcələrinə görə müxtəlif olan tələbə qruplarında peşə strukturunun müqayisə olunmasından ibarətdir. Şəkil 3.3.2-də bu qruplara uyğun bölünmüş beş empirik əyrixətt təsvir olunmuşdur. Bu əyrixəttlərin qurulması üçün qoşulma cədvəlinin dördüncü göstəricisindən istifadə edirik. 3.3.2 cədvəlində bu göstəricinin qiymətləri cızığın altındadır.

Məsələn, razılıq dərəcəsinə görə (qismən razı və qismən razı olmayanlar) üçüncü olan qrup üçün tələbələri onların gələcək peşələrinə uyğun bölgüsünün empirik əyrixəttini qurmaq üçün 3.3.2 cədvəlindən (0.16, 0.30, 0.10, 0.08, 0.08) qiymətləri olan sütunu ayıraq. Bu təhsildən razılığı “3”-ə bərabər olan altı peşə qrupunun paylarıdır. Digər dörd bölgünün əyrixətti də analoji şəkildə qurulur. Bizim qurduğumuz beş bölgünün empirik əyrixəttinin vizual müqayisəsindən aşağıdakıları görürük. Professional strukturların oxşarlıqları təhsildən razılıq üzrə ancaq üçüncü və dördüncü qruplar üçün müşahidə olunur. Bu ikisindən başqa, praktiki olaraq hər qrupun razılıq üzrə öz şəxsi peşə strukturu vardır. Bundan aşağıdakı nəticəni çıxardırıq ki, “gələcək peşə” və “təhsildən razılıq” statistik (məlumatlara görə) olaraq bağlıdırlar. Diqqət verin ki, formal olaraq razılığın peşəyə təsir haqqında danışmaq olar, amma məzmunca bunun heç bir mənası yoxdur.



Bu, empirik qanunauyğunluğun interpretasiya “dilinin” seçiminin əlamətlərin məzmunu ilə şərtləndirildiyinə bir misaldır. Məsələnin birinci tipində təsirin “dili”, determinasiyanın “dili” mənaya malikdir, ikinci tipdə isə mənaya malik deyildir. Buna uyğun olaraq birinci halda istiqamətlənmiş əlaqə anlayışı mənaya malikdir. Buna görə də, bəzən əlamətlərin hamısının məzmunca digərindən asılı olacağını müəyyən etmək vacibdir. Asılı (məqsədli) və müstəqil əlamət anlayışı buradan yaranır. “İstiqamətlənmiş – istiqamətlənməmiş” əlaqə dixotomiyası əlaqənin dərk edilməsində mühüm olan şeydir.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin