Gözləmədiyin vaxtda qüssələnəcəksən,
Onların qəflətən öldüyünü biləcəksən.
l
3 Onların uzun ömür sürəcəklərinə inanma,
Onların çoxluğuna bel bağlama.
Bir övladın olması mininin olmasından
yaxşıdır,
Övladsız ölmək dinsiz övladın olmasından
üstündür.
4 Ağıllı insanın nəsli artıb şəhəri
məskunlaşdırar,
Amma qanunu tanımayan adamların nəsli
tükənəcək.
5 Çoxlu belə hadisəni gözlərimlə gördüm,
Daha dəhşətli sözləri qulaqlarımla eşitdim.
6 Günahkarların arasında od alışacaq,
Necə ki itaətsiz bir millətin arasında qəzəb
alovlanmışdı.
m
7 Rəbb qədim zamanlardakı nəhənglərə
rəhm etmədi,
Onlar öz güclərinə arxalanaraq üsyan
etmişdilər.
8 O, Lut ilə bir yerdə yaşayan adamların
həyatını əsirgəmədi,
Qürurlarından ötrü onlardan iyrənirdi.
9 Həlaka məhkum millətə mərhəmət
göstərmədi,
Onlar öz günahları ilə öyünürdülər.
Bütün bunları üsyankar millətlərə etdi,
Hətta Öz millətini də əsirgəmədi.
n
10 O, ürəklərini sərtləşdirərək bir yerə
toplaşan
Altı yüz min piyadaya qarşı da eləcə rəftar
etdi.
11 Əgər bir nəfər inadkar insan olsaydı,
Onun cəzasız qalmağı təəccüblü olardı.
Çünki mərhəmət və qəzəb Rəbdəndir,
O, bağışlamaq və qəzəbini tökmək
səlahiyyətinə malikdir.
12 Onun mərhəməti nə qədər böyükdürsə,
Töhməti də o qədər böyükdür.
O, insanı əməllərinə görə mühakimə edər.
13 Günahkar qənimətlə qaça bilməyəcək,
Mömin insanın dözümü əbəs olmayacaq.
14 Rəbb verilən hər sədəqəni nəzərə
alacaq,
Hər kəs öz əməllərinə görə tanınacaq.
15 Rəbbi tanımasın deyə O, fironun
ürəyini sərtləşdirdi,
Ta ki Rəbbin fəaliyyəti göylər altında
bilinsin.
16 Rəbbin mərhəməti bütün yaradılışa
aşkar oldu,
O, işığı və qaranlığı bir-birindən ayırdı.
j
17 Demə ki, Rəbdən gizlənə bilərəm,
Ucalardan kim məni yada sala bilər,
Bu qədər xalq içində kim məni tanıyacaq,
Sonsuz yaradılış arasında mənim canım
nədir ki?
18 Bax göy üzü və göylərin göyü,
Dərin sular və yer Rəbbin gəlişindən
silkələnər.
19 Dağlar yerin təməli ilə birlikdə
Onun baxışından titrəyib lərzəyə düşər.
20 Ağıl bunları düşünə bilmir.
Onun yollarını kim dərk edə bilər?
21 Necə ki insan güclü küləyi görmür,
Eləcə Onun işlərinin çoxu da gizli qalır.
22 Onun ədalətinin işlərini kim bəyan edə
bilər?
Kimin bunu gözləməyə səbri çatar?
O, vədlərini yerinə yetirməkdə çox ləngdir.
23 Ağıldan kasad olan şəxs belə fikirləşir,
Axmaq və yolundan azan adam ağılsız
şeylər düşünür.
Dostları ilə paylaş: