Deuterokanonik kitabları Yoxlama versiyası


Dimitri   və   Yonatan   arasında



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə94/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   90   91   92   93   94   95   96   97   ...   304
Barux

Dimitri   və   Yonatan   arasında
münasibətlər
20 O   günlərdə   Yonatan   Yəhudeyadan
adamlar topladı ki, Yerusəlimin içqalasına
hücum   etsin   və   onun   qarşısında   çoxlu
döyüş   qurgusu   hazırladı.   21 Amma   öz
millətinə   nifrət   edən   və   qanuna   dönük
çıxan bəzi adamlar padşahın yanına gedib
ona   xəbər   verdilər   ki,   Yonatan   içqalanı
mühasirəyə   alıb.   22 O   da   bu   barədə
eşidəndə   qəzəbləndi.   Eşidən   kimi   dərhal
yığışıb   Ptolemaidaya   yollandı.   Yonatana
yazdı   ki,   mühasirəni   götürüb   təcili
Ptolemaidaya   onun   görüşünə   danışıq
aparmaq   üçün   gəlsin.   23 Amma  Yonatan
bunu   eşidərək   mühasirəni   davam
etdirməyə   göstəriş   verdi.   Sonra   İsrailin
ağsaqqallarından   və   kahinlərindən   ibarət
75


dəstə   seçərək   risk   etməyi   qərara   aldı.
24 Özü ilə qızıl-gümüş, paltarlar və çoxlu
digər   hədiyyələr   götürub   Ptolemaidaya
padşahın   yanına   getdi   və   onun   rəğbətini
qazandı. 25 Hərçənd ki öz millətindən olan
qanuna dönük çıxan bəzi adamlar ona qarşı
ittiham   irəli   sürdülər,   26 amma   padşah
onunla   sələfləri   kimi   davrandı   və   bütün
dostlarının   önündə   onu   yüksəltdi.
27 Yonatanın   baş   kahinliyini   və   onun
əvvəllər   malik   olduğu   digər   rütbələrini
təsdiqlədi   və   onu   əsas   dostlarından   biri
saydı.   28 Yonatan   padşahdan  Yəhudeyanı
və Samariyanın üç bölgəsini vergidən azad
etməsini xahiş etdi və ona üç yüz talant pul
ödəməyi   vəd   etdi.   29 Padşah   razı   olub
bütün   bunlar   barədə   Yonatana   bu
məzmunda məktub yazdı:

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin