Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə123/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   119   120   121   122   123   124   125   126   ...   304
Barux

Menelay baş kahin olur
23 Aradan   üç   il   keçdikdən   sonra   Yason
əvvəldə   adı   çəkilən   Şimonun   qardaşı
Menelayı   padşahın   yanına   göndərdi   ki,
Menelay   padşaha   pul   çatdırıb   vacib   işlər
barədə hesabat versin. 24 Amma padşaha
təqdim   olunan   Menelay   onun   izzətini
tərifləyərək baş kahinliyi özü üçün təmin
etdi.   Məbləği   artırıb   Yasondan   üç   yüz
talant   artıq   gümüş   boyun   oldu.   25 O,
padşahdan fərman alaraq geri döndü. Özü
ilə zalim bir hökmdarın qəzəbi və vəhşi bir
heyvanın   qeyzindən   başqa,   baş   kahinliyə
yaraşan heç bir şey gətirmədi. 26 Beləcə,
öz qardaşını aldadıb yerinə keçən Yasonun
özü də başqa bir adam tərəfindən aldadıldı
və   Ammonluların   ölkəsinə   qaçmağa
məcbur   oldu.   27 Menelay   isə   öz
vəzifəsində   qalsa   da,   söz   verdiyi   pulları
padşaha müntəzəm olaraq ödəyə bilmədi.
28 Qalanın   rəisi   Sostrat   isə   ödənişin
verilməsini   tələb   edirdi,   çünki   onun
vəzifəsi   gəlir   yığmaq   idi;   bu   səbəbdən
padşah   onların   hər   ikisini   çağırtdırdı.
29 Menelay baş kahinlik vəzifəsini qardaşı
Lisimaxın   öhdəsinə   buraxdı,   Sostrat   isə
Kiprlilərin başçısı Krateti öz yerinə qoydu.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin