10 İndi isə bu dinsiz adamın oğlu Antiox
Evpatorun dövründə baş verənlər barədə
bildirmək və müharibələrin gətirdiyi
fəlakətlərin xülasəsini vermək istəyirik.
11 Bu adam padşahlığa keçən zaman
Koyle-Suriya və Finikiyanın hərbi valisi
olan Lisiya adında bir adamı ölkənin
idarəçiliyinə təyin etdi. 12 Əvvəlki idarəçi
Makron adlandırılan Ptolemey Yəhudilərə
edilən haqsızlıqlardan sonra onlarla
ədalətlə rəftar etməyin təşəbbüsçüsü
olmuşdu və onlarla sülh münasibətləri
saxlamağa çalışmışdı. 13 Nəticədə o,
padşahın dostları tərəfindən Evpatorun
önündə ittiham olundu; çünki Misir
padşahı Filometorun onun öhdəsinə
buraxdığı Kipri qoyub getdiyi və Antiox
Epifanın tərəfinə keçdiyi üçün hər kəs ona
xain deyirdi. Əsilzadəliyinə layiq bir
mövqe tuta bilmədiyi üçün özünü
zəhərləyib həyatına son verdi.
Dostları ilə paylaş: