Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə199/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   195   196   197   198   199   200   201   202   ...   304
Barux

Müxtəlif nəsihətlər
1 Şər   əməl   etmə,   sənin   də   üzərinə   şər
gəlməz,
2 Haqsızlıqdan uzaq dur, o da səndən uzaq
olar.
3 Oğlum,   haqsızlığın   cığırlarında   toxum
səpmə ki,
Əvəzində   onun   yeddi   qat   məhsulunu
yığmayasan.
4 Rəbdən ən yüksək mövqeyə qalxmağını,
Padşahdan   ən   hörmətli   yerdə   oturmağını
istəmə.
5 Rəbbin önündə öz salehliyini bildirmə,
Padşahın önündə müdrikliyini göstərmə.
6 Hakimlik etmək iddiasında olma,
Haqsızlığın kökünü kəsməyə qadir olmaya
bilərsən.
Bir   qüdrətli   adam   sənə   hədə-qorxu   gələ
bilər,
Düzgünlüyünə xələl gələ bilər.
7 Şəhər   əhalisinə   qarşı   haqsızlığa   yol
vermə,
Xalq içində özünü nüfuzdan salma.
 
8 Günah üstünə günah etmə,
Hətta   bir   günaha   görə   cəzasız
qalmayacaqsan.
9 Demə   ki:   «Mən   Uca   Allaha   çoxlu
hədiyyə gətirdiyim zaman
O, bunlara nəzər salacaq və qəbul edəcək».
10 Dua edərkən inamsız olma,
Sədəqə verməyə xor baxma.
11 Ürəyində dərd olan adama gülmə,
Çünki Alçaldan və Ucaldan var.
12 Qardaşının ayağının altını qazma,
Öz yoldaşınla da belə rəftar etmə.
13 Heç bir yalan danışmamağa çalış,
Çünki bunun nəticəsi xeyir gətirməz.
14 Ağsaqqalların   məclisində   uzun
danışma,
Dua edərkən sözləri təkrarlama.
 
15 Çətin işdən və Uca Olanın qoyduğu
Əkinçilik sənətindən ikrah etmə.
16 Günahkarların sırasına qoşulma,
Yadda saxla ki, cəza gecikməyəcək.
17 Özünü olduqca həlim et,
Çünki haqsız adamın cəzası od və torpaq
qurdudur.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin