Deuterokanonik kitabları Yoxlama versiyası


Xəsislik və acgözlük barədə



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə212/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   208   209   210   211   212   213   214   215   ...   304
Barux

Xəsislik və acgözlük barədə
3 Var-dövlət xəsis adamın nəyinə lazımdır?
Acgözün   əmlaka   malik   olmasından   nə
fayda olar?
4 Canına qıymayaraq sərvət toplayan adam
Bunu başqaları üçün yığır,
Onun   malı   ilə   başqaları   rifah   içində
yaşayacaqlar.
5 Özü   üçün   xəsis   olan   bir   insan   kimə
xeyirxahlıq edə bilər?
O, öz var-dövlətindən həzz ala bilməyəcək.
6 Özünə xəsislik edən adamdan pis heç nə
ola bilməz,
Bu, onun etdiyi günahın əvəzidir.
7 Bu adam yaxşılıq etsə belə, anlamadan
edər,
Amma axırda yenə pisliyini üzə çıxarar.
8 Xəsis olan kəs pis adamdır,
O,   başqalarına   arxa   çevirər   və   məhəl
qoymaz.
9 Acgöz adamın gözü öz payı ilə doymaz,
Şər adamın haqsızlığı ürəyi cansız edir.
10 Xəsis çörəyi istəksiz verir,
Onun süfrəsində qənaət olar.
 
11 Övladım,   nə   qədər   bacarırsan,   özünə
yaxşı bax,
Rəbbə layiqli təqdimlər gətir.
12 Yadda saxla ki, ölüm gecikmir,
Ölümün qaydaları sənə aşkar deyil.
13 Nə   qədər   ki   ölməmisən,   dostuna
yaxşılıq et,
Gücün çatdığı qədər ona əl tut və ver.
14 Bu   günün   nemətlərindən   özünü
məhrum etmə,
Yaxşı niyyətlə arzuladıqlarından öz payına
düşəni al.
15 Var-dövlətini   başqalarına   qoyub
getməyəcəksənmi?
Zəhmətinin   məhsulu   püşkə   görə   paylara
bölünməyəcəkmi?
16 Verən və alan ol, canına qulluq et,
Çünki ölülər diyarında əylənmək mümkün
deyil.
17 Bütün varlıqlar paltar kimi köhnəlir,
Qədimdən   belə   müəyyən   olunmuşdur:
«Hökmən öləcəksən».
18 Onlar   qol-budaq   atmış   ağacdakı   yaşıl
yarpaqlar kimidir:
Bəziləri düşür, bəziləri bitir.
Ətdən və qandan ibarət məxluq da belədir:
Biri ölür, biri doğulur.
19 Çürüməyə   məruz   qalan   hər   şey   yox
olur,
155


Onu düzəldən də onunla birgə ölür.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin