Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə251/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   247   248   249   250   251   252   253   254   ...   304
Barux

Şərab barədə
25 Şərab içməkdə cəsur olma,
Çünki şərab çoxlarını yıxmışdır.
26 Soba   dəmiri   qızdırıb-soyutmaqla
sınaqdan çıxarar,
Beləcə, şərab da mübahisə əsnasında
Adamların qürurunu üzə çıxarır.
27 İnsan şərabı ölçüsündə içərsə, o, insanı
canlandırar.
Şərabsız ömrün nə ləzzəti var?
O,   insanlara   sevinc   vermək   üçün
yaradılmışdır.
28 Şərab lazım olan vaxt və lazımi qədər
içilərsə,
176


Ürəyə sevinc, ruha fərəh verər.
29 Çox   içiləndə,   ara   qızışarkən   və
münaqişə vaxtı
Ürəyə acı gətirər.
30 Sərxoşluq   ağılsız   adamın   qəzəbini
artırar,
Bu da onun büdrəməsinə gətirər.
Sərxoşluq gücü azaldar və yara vurar.
31 Şərab ziyafətində qonşunu danlama,
Şənlik zamanı ona həqarətlə baxma,
Onu məzəmmət edən sözlər söyləmə,
Borcunu tələb edərək onu incitmə.
32
1 Səni   məclisə   başçı   qoydularsa,   özünü
yüksəltmə,
Adamların arasında onlardan biri kimi ol,
Əvvəl onların qayğısına qal, sonra otur.
2 Bütün   vəzifələrini   icra   edəndən   sonra
yerinə keç ki,
Adamlarla birlikdə şənlik edəsən,
Yaxşı idarəçiliyin üçün çələng alasan.
 
  3 Ay  ağsaqqal,  söhbətə  sən  başla,  çünki
bu, sənə yaraşır,
Amma   əsaslı   fikir   söylə   və   musiqini
kəsmə.
4 Musiqi dinlənən zaman söhbəti uzatma,
Vaxtı gəlmədən müdriklik etmə.
5 Şərab ziyafətində musiqi dəstgahı
Qızıl   bəzəyin   üstündəki   yaqut   möhürə
bənzər.
6 Şirin şərabla birlikdə musiqi ahəngi
Qızıl sağanağın üstündəki zümrüd möhürə
bənzər.
 
7 Ay cavan, əgər sənə lazımdırsa, danış,
Amma iki kəlmə kifayətdir,
Həm də səndən soruşulan vaxt cavab ver.
8 Əsas şeydən danış, az sözlə çox şey ifadə
et,
Bilən,   lakin   susmağı   bacaran   adam   kimi
görün.
9 Əsilzadələr   arasında   olarkən   özünü
onlara bərabər tutma,
Başqası danışarkən sən çox çərənləmə.
 
10 Göy   guruldamazdan   qabaq   şimşək
çaxar,
Eləcə   rəğbət   də   təvazökar   adamın
arxasınca gələr.
11 Məclisdən vaxtında dur, axıra qalma,
Evinə tələs, dayanıb-durma.
12 Məclisdə əylən, ürəyin istədiyini et,
Amma   təkəbbürlü   sözlər   deyib   günah
etmə.
13 Bunlardan ötrü səni Yaradana,
Səni Öz nemətləri ilə Qidalandırana şükür
et.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin