Disk daşıyıcıları. Maqnit yaddaş qurğuları. Operativ yaddaş. Yaddaşların təsnifatı


Kompüterlərdə bir bit informasiyanı yadda saxlamaq üçün elektron yaddaş elementi kimi trigerlərdən istifadə olunur



Yüklə 136,81 Kb.
səhifə4/9
tarix13.11.2022
ölçüsü136,81 Kb.
#119401
1   2   3   4   5   6   7   8   9
Piriyev Meftun

Operativ yaddaş. Yaddaşların təsnifatı .

Kompüterlərdə bir bit informasiyanı yadda saxlamaq üçün elektron yaddaş elementi kimi trigerlərdən istifadə olunur.

Kompüterlərdə bir bit informasiyanı yadda saxlamaq üçün elektron yaddaş elementi kimi trigerlərdən istifadə olunur.

Kompüterin elektron yaddaşı onun əsas yaddaşıdır. Kompüterin əsas yaddaşı əməli yaddaşdan(RAM) və daimi yaddaşdan (ROM) ibarətdir. Əsas yaddaş hər xanası bir trigerdən ibarət olan registerlərdən təşkil olunur. Triger tərkibində 1 stabil yaddaş elementi və idarəedici sxemi olan iki dayanıqlı vəziyyətə keçə bilir.Müasir kompüterlərdə yaddaş qurğularından əsasən aşağıdakı 3 tipdən istifadə olunur:ROM(read,only,memory),DRAM(dinamik random acces memory) , SRAM(statik random acces memory) .

Əməli yaddaş tez işləyən enerjidən asılı olan yarımkeçirici əsasında hazırlanan yaddaşdır. Əməli yaddaş iş prosesində istifadə olunan verilənlər və proqramı yerləşdirmək üçün istifadə olunur. Yəni diskdə yerləşən hər hansı proqramı icra olunarkən proqramın nüsxəsi əməli yaddaşa köçürülür və proqram işləyərkən iş prosesində alınmış nəticələri müvəqqəti yadda saxlamaq üçün nəticələrlə yaddaşda saxlanılır.Əməli yaddaşın bir hissəsi ekranda əks etdirilən təsirlərə müvafiq olaraq müəyyən məlumatları özündə saxlayır . Yaddaşın bu hissəsinə video yaddaş deyirlər.. Kompüter söndürüldükdən sonra əməli yaddaşdakı bütün məlumatlar silinir


Daxili elektron yaddaş qurğuları.

Əməli yaddaşın hər bir oyuğuna müəyyən məlumatı yazmaq və oxumaq mümkün olduğu üçün əməli yaddaş qurğusunu müraciətli yaddaş qurğusu da adlandırırlar. Əməli yaddaşalr əsasən DRAM və SRAM kimi yaddaş növlərindən təşkil olunur. Kompüterlərdə ən çox DRAM mikrosxemi əsasında hazırlanmış yaddaşdan istifadə olunur.Bu (DRAM) mikrosxemin əsas xüsusiyyətlərindən biri əməli yaddaşın bütövlükdə verilənləri dinamik yadda saxlamasıdır. Yəni informasiya əməli yaddaşa dəfələrlə yazmağa imkan verir. Veriənlərin daimi yenilənməsini tələb etməyən yaddaş növü statik yaddaş adlanır-SRAM.İstər DRAM istərsə də SRAM yaddaşında verilənlər cərəyana qoşulu olanda saxlanılır.DRAM qurğularında 1 bitin saxlanması üçün 1 tranzistor və 1 cüt kondisatordan istifadə olunur.Məhz yüklərin olması və olmaması 2 lik bitlərin kodlaşdırılmasına imkan verir.Əsas problem yaddaşın dinamik olması ,yəni daimi regenerasiya olmadığı halda kondisatorlar arasındakı yüklərinin axınının baş verməsidir. Dinamik yaddaş göründüyü kimi çox sadə struktura malikdir. Onun hazırlanması ucuz başa gəlir və ölçüsü çox kiçikdir.Statik RAM-lar isə regenerasiya tələb etmirlər, strukturu mürəkkəbdir və daha çox yer tutur , baha başa gəlir.Lakin bu tip yaddaşlar regenerasiya tələb etmədiyi üçün onların həm enerji sərfiyatı aşağı olur, həm də onlara müraciət vaxtı çox kiçik olur.Ona görə də SRAM yaddaşında əsasən prosessorların tərkibindəki daxili registirlərdə keş yaddaşında istifadə olunur.Hər bitin SRAM konstruksiyasında saxlanması üçün 6 tranzistordan ibarət klaster istifadə olunur.


Yüklə 136,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin