Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə55/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   51   52   53   54   55   56   57   58   ...   103
DAŞ-QAŞ ADLARI

Yaqut – qiymətli daşlardan hesab onunan yaqut haqda biz hələ ta qədimlərdən məlumat alırıq. Qədim zamanlarda ərəb və fars ədəbiyyatında yaxant mineralları sırasına daxil edilirdi. Yaxant, adətən qırmızı minerallarla, (məsələn korundun qırmızı rəngli növü olan yaqut, ləl, qranat və s.) deyilirdi. X-XI əsrlərdə qırmızı rəngli daşlar bu cür adlanırdı. Sonralar yaxant adı qırmızı yaqutla əvəz olundu. Qırmızı yaqut (rubin) latın dilində ruber – qırmızı deməkdir. Yaqut, yaxant, boqus–qırmızı yaqutun daha qədim adıdır [88, s.205].

İnanclara görə, yaqut dava, düşmən, hücum, vaxtsız ölümlər və ruhi xəstəliklərdən qoruyur. Yaqut Hindistanda daşların şahıdır. İsti enerji verir.



Topaz – Mirəli Qaşqay bu daş haqda belə bir məlumat verir. Qırmızı dənizin Topazos adasındakı qızılaçalan daş topaz adlandırılırdı. Sonrakı tədqiqatlar göstərmişdi ki, həmin rəngli daş divinin növü olmuş, topaz adı isə qiymətli daşa görə verilmişdir. Topaz orta əsrlərdə Şərqdə də sevilirdi. XVII-XIX əsrlərdə Şərq topazı çox məşhur idi. Topazın rəngsiz və sarımtıl növlərinə Sibir almazı da deyilir. Topaz rəngsiz, sarımtıl, qırmızı-sarı və qırmızımtıl-sarıya qədər dəyişir. Bəzən qonur-sarı rəngli nadir tapılan açıq göy rəngli topaza Braziliya safiri də deyilir [88, s.219].

Topaz fransız sözüdür. Fikrimizcə, bu daşın adı elə Qırmızı dənizin Topazos adasının adı ilə bağlıdır.



Firuzə – bu daşın yataqları Orta Asiyada və İranın şimalındadır. Göyümtül yaşıla çalan firuzə daşını çox qəribə bir xüsusiyyəti var. Belə ki, bu daşdan hazırlanan hər hansı bir əşyanı üzərində gəzdirəndə səhətində problem yaranarsa daşın rəngi dəyişməyə başlayır ki, bu da həmin şəxsə xəbərdarlıqdır. Firuzə doğurdan da möcüzəli daşdır. Belə ki, bu daş yaşayır, yaranır, böyüyür və ölür. Zərif mavi firuzə gənc, mavi yetkin, yaşıl isə qoca və ya ölü firuzə hesab edilir. Yaşından asılı olaraq rəngini və enerjisini dəyişir. Mavi firuzə güclü enerjisi olan daşdır. İncə-mavi firuzə zalımlığa qarşı mübarizə və yüksək mənəviyyat rəmzidir [137].

Firuzə adı haqqında bir sıra mülahizlər vardır. Farslar bu “daşı qalibiyyət” daşı kimi qəbul etmişlər və ilk dəfə piraz, pirazə adlandırmışlar. Həmin daşı Avropaya türklər keçirdiyinə görə fransızlar onu “tukçud” adlandırırlar [56, s. 260].

Firuz” farscadan “bəxtli, taleli, qalib, müzəffər, qələbə çalmış” anlamını verir [9, s. 676] . Azərbaycan antroponimlər sistemində “Firuz”, “Feruz” “Firuzə” kimi adlar bu daşın adının əsasında yaranmışdır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin