Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə58/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   54   55   56   57   58   59   60   61   ...   103
Dolma – milli mətbəximizdə dolmanın 30-dan çox növü mövcuddur. “Kələm dolması”, “Yarpaq dolması”, “Badımcan dolması” (bir çox bölgələrdə üç bacı da deyilir) “Soğan dolması”, “Dən dolması”, “İspanaq dolması”, “Kartof dolması” və s. Dolma adının leksik-semantik xüsusiyyətini aydınlaşdırarkən onu qeyd etməliyik ki, dolma türk mənşəlli sözdür, əsasında “doldurmaq” feili dayanır. Yuxarıda saladığımız dolma adları hansı bitkidən, tərəvəzdən hazırlanmışdırsa dolma sözünün qarşısında da onun adı gəlir. Ancaq “Kor dolma” və ya “Dən dolma”xörək adında əsas mənsubiyyət onun içliyi ilə müəyyənləşir [35, s.280].“Kor dolma” ətsiz, yalnız bitki mənşəli qiymələrlə doldurulmuş yarpaq dolmaları. İçliklər göyərti, düyü, noxud və s. qatışığından hazırlanır. Hazırlanmış içlik üzüm yarpağına bükülür və vam odda bişirilir .

Plov – xalqımızın şah yeməyi hesab olunan plovun çeşitləri çoxdur. Plovun 200-ə yaxın növü vardır.“Səbzəli plov”, “Şüyüdlü plov”, “Qaralı plov”, “Südlü plov”, “Toyuq plov” və s. Xuruşun nə ilə hazırlanmasından asılı olaraq plov növlərə ayrılır. Plovların adları, əsasən düyüyə əlavə edilib, düyü ilə birgə bişirilən ərzağın adı ilə (lərgəplov, paxlaplov, əriştəplov, mərciplov, şüyüdplov və s.) və ya qaranın (xuruşun), plovaltının adı ilə (toyuqplov, cücəplov, qiyməplov, balıqplov, ləvəngiplov, meyvəplov) bağlı olur. Bəzi hallarda isə plovun adı hazırlanma texnologiyasını (daşmaplov, süzməplov), xarici görüşünü (şeştərəngiplov, qara plov) əks etdirir. Bütün bunlar Azərbaycan xörəklərinin adlarının yaranması qanunauyğunluğu ilə uzlaşır [22, s. 118]. Plovun əsasını düyü təşkil edir. Ancaq “Lobyalı aş”, “Südlü aş” isə aşın tərkibinin nədən ibarət olduğunu göstərir. Bildiyimiz kimi plovun digər adı aşdır. Hər ikisi paralel işlənir. Aşın tarixi plovdan daha qədimə gedib çıxır və işlənməsinə dairəsinə görə genişdir. Mənbələrdən aldığımız məlumata görə bütün yeməklər aş adlandırılarmış. Bu haqda oxuyuruq.” kelmesi türk dillerinde türk dillerinden çevirdikte yalnız yemək deyil, “kaynatmak”, “hazırlamak” anlamına da geliyor. Eski yazılı kaynaklarda, VII-XI yüzyıllarının “Orhan-Yenisey” abidelerinde, “Kitabi-Dede Korkut” destanında, bakır tavalarda pişirilən tüm yemeklere “aş” denilirdi, fazla insanları doyurabilen ustaca yemək yapana “aşçı” diyorlardı. “Aş” kelimesinden “haşıl” (hamur yemeği), “haş” (paça), “hamuraşı”, “lavaş” (ince ulusal yufka) və “qaşıq” (kaşık) kelmeleri oluşuyor” [106, s.50]. Müasir dilimizdə “Aş” deyildikdə ilk ağlımıza gələn plovdur. Sonradan məna daralması keçirərək hazırkı mənasını ifadə edir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin