Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Rəsm əsərlərinin adları (artionimlər)



Yüklə 0,99 Mb.
səhifə66/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   62   63   64   65   66   67   68   69   ...   103
Rəsm əsərlərinin adları (artionimlər). Rəsm əsərlərininn adları özünün maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir. Rəsm əsərlərinin adları həsr olunduğu mövzuya uyğun adlandırılır. Mövzu isə müxtəlif və rəngarəngdir. Rəssam çəkdiyi rəsmin mövzusunu əvvəlcədən müəyyənləşdirir və ad seçimində çox götür-qoy etmir. Rəsm əsərləri mövzu, janr baxımından konkret olur. Rəsm əsərlərinin adlarının leksik-semantik baxımından bu cür qruplaşdırmaq olar:

  1. Doğma diyarımızın gözəl güşələrinin öz fırçaları ilə tabloya köçürən rəssamlarımız ad seçimində də obrazlılığa üstünlük vermişlər. Məsələn: “Xəzərədə”, “Abşeron motivi” (Tahir Salahov), “Azərbaycan çöllərində”, “Abşeronda” (Mikayıl Abdullayev), “Naxçıvan mənzərəsi”, “İlanlıdağ”, “Qarlı dağ”, “Şəlalə”, “Dağlıq Mənzərə”, “Ağrı dağı”, “Köhnə qala” (Bəhruz Kəngərli), “Ay işığında”, “Zəngilan dağları”(Qadir Bağırov) , “Qudyalçay sahili”, “Doğma düzənlər”, “Xəzər üzərində axşam” (Səttar Bəhlulzadə) və s.

  2. Qadınlar və əmək-məişət mövzusunda rəsm əsərləri: “Astarada çay yığımı”, “Çəltik becərən qızlar”, “Qarabağlı qız”, “Lənkəranlı qadın”, “Abşeron qadını”, “Anaların gəncliyi”, “Benqal qızları”, “Ana”, “Balaca çadra”, “Racəstan qadınları” (Mikayıl Abdullayev), “Pambıq təhvili məntəqəsi” (Tağı Tağıyev), “Üzüm yığımı” (Sadıq Şərifzadə) və s.

  3. Müxtəlif sənət və peşə adamlarına həsr olunan portret əsərlərinin adları: “Təmirçilər”, “Neftçi portreti”, “Gəncə toxuçu fabrikinin sap sexi” (Salam Salamzadə) və s.

  4. Görkəmli şəxsiyyətlərin portretləri: “Firdovsinin dəfni” (Q.Xalıqov), “Dirijor Niyazinin portreti” (Böyükağa Mirzəzadə), “Hüseyn Cavid”, “Cahan Pəhləvan” (Ülviyyə Həmzəyeva) və s.

  5. İlin fəsillərinin təsvir edən rəsm əsərlərinin adları: “Payız”, “Bahar” (Bəruz Kəngərli)

  6. Mədəniyyət abidələrinin təsvir edən rəsm əsərlərinin adları: “Mömünə xatun tübəsi”, “Əshabi-kəhf dağı”, “Huhun qəbri” (Bəhruz Kəngərli) və s.

  7. Müharibə illərini təsvir edən və yaşanan çətin şəraiti özündə əks etdirən rəsm əsərlərinin adları: “41-ci ilin iyunu” (Mikayıl Abdullayev), “Qaçqınlar”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın ailə”, “Qaçqın qız” (Bəhruz Kəngərli).

Bu bölgüyə mozaikalar, satirik rəsmlər və karikaturaların adları da daxildir.

Məsələn, Mikayıl Abdullayevin Nizami stansiyasını bəzəyən Nizami Gəncəvinin “Xəmsə”sinin qəhrəmanlarını canlandıran mozaikalar, “Tovuz lələkli qarğalar” , “Şir və bala pişik” (Əzim Əzimzadə) karikaturlar, “Kasıb evində toy”, “Su üstündə dava” satirik rəsmlər.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin