Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Süd və süd məhsullarından hazırlanan yemək adları



Yüklə 0,99 Mb.
səhifə61/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   57   58   59   60   61   62   63   64   ...   103
Süd və süd məhsullarından hazırlanan yemək adları: “Süd aşı”, “Süd horrası”,“Süddü yarma”, “Bulama”, “Qurut”, “Qaymaq”, yağ, pendir, qatıq, şor, kətəməz, ayran aşı, dələmə, süddü doğrama və s. [35, s.282]. Yuxarıda sadaladığımız yemək adları əksəriyyəti süd və südün içərisinə qatılan ərzağın adı ilə bağlıdır. Digər qrupu isə tamamilə ayrı bir yaranma yolu keçmiş və bu adların etimologiyası haqda müxtəlif fərziyyələr mövcuddur.

Süddaş. Tərkibi süddən və düyüdən ibarətdir. İlk görünüşdən yeməyin adının süd+daş vahidlərindən ibarət olduğu qənaətinə gələ bilərik. Ancaq xörəyin əsl adı Südlü aşdır. Danışıq zamanı assimiliyasiyaya uğrayaraq süddaş formasında dilimizdə sabitləşmişdir. Fikrimizcə, burada xrematonimin ikinci komponentinin “aş” adlanması yeməyin düyüdən hazırlanmasını deyil, südlü yemək olduğuna işarə edir. Yəni, aş=yemək, südlü yemək.

Qurut. Qədim xörək adlarından biridir. Naxçıvan dialekt və şivələrində bu adın Qurud variantı da işlədilir. Xörək növü ayran, şor və süzmədən hazırlanır. Torbada süzülən ayran cortdan şəklinə düşdükdən sonra yumru-yumru edilib açıq havada qurudulur. “Qurut” sözü qurutmaq feili əsasında yaranmışdır [35, s.283].

İçki adları. İçki adlarının tərkib hissəsini şirə, nektar, kompot, limonat, xoşab kimi sözləri ilə içkinin hazırlandığı meyvənin adının birləşməsindən əmələ gəlir. Məsələn, “Albalı şirəsi”, “Ərik şirəsi”, “Gilənar nektarı”, “Yemişan nektarı”, “Alça kompotu”, “Alma kompotu” , “Gavalı xoşabı” və s. Bəzən içki adlarında meyvənin növü və ya adı göstərilmir. Məsələn, “Qarışıq meyvəli nektarı”, “Jalə şirəsi”, “Düşes” və s.

Doşab (Bəkməz) Çox xeyirli və faydalı içəcəklərdən biri də doşabdır. Həm yeməklərimizdə istifadə olunur, adi qayda da dərman kimi istifadə olunur. El arasında həm bəkməz, həm də doşab adları ilə tanınır. Doşab fars mənşəlli söz olub “üzüm, tut, əncir və qeyri-meyvələrin şirəsinin qaynadılmasından hasil olan qəliz, şirin maddə, bəkməz” mənasında işlədilir [9, s.677]. “Doşab”ı bir çox tədqiqatçılar müxtəlif cür izah edirlər. Məsələn, Tahir Əmiraslanov doşab=daş+ab yəni daşlaşmış su, bərkimiş su kimi, başqa bir variant kimi də “duşab” yəni, suyun duşu, suyun şirin yuxusu, suyun ruhu və ləzzəti kimi də izah edir [53, s.130]. Ancaq Y.Quliyeva Mahmud Kaşğarinin “Divani-Lüğət-it türk” əsərinə və Radlova əsaslanaraq “doşab”sözünün “bişmiş üzüm şirəsi” məna daşıdığını qeyd edir [78, s. 93]. Fikrimizcə, bu cür izahat daha doğrudur. Çünki, bəkməz və doşab eyni semantik məna yükünü daşıyırlar. “Bəkməz” də üzüm şirəsi mənasını verir.

Mineral sular. “Narzan”, “Badamlı”, “Sirab”, “Vayxır”, “Barjomi”, “Turşsu”, “Yesentuki” və s. kimi mineral suları misal göstərmək olar. Mineral suların adları əsas aid olduğu yerin adı ilə adlandırılır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin