Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Musiqi və rəqs kollektivlərinin adları



Yüklə 0,99 Mb.
səhifə52/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   48   49   50   51   52   53   54   55   ...   103
Musiqi və rəqs kollektivlərinin adları. Onomastikada musiqi və rəqs adları yetərincə təhlil olunub. Ancaq nədənsə musiqi və rəqs kollekrivlərinin adları yaranması haqqında sadəcə məlumatla rastlaşırıq. Onların adlarının linqvistik təhlili diqqətdən kənarda qalmışdır. Azərbyacan Dövlət Rəqs Ansamblı, “Qaya” Dövlət Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamlı, “Dan Ulduzu” Kamera-İnstumental ansamblı, Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Gəncə “Göy göl” Dövlət mahnı və rəqs ansamblı, “Şəmkir” folklor rəqs kollektivləri və xalq çalğı alətləri və s. Bundan başqa “Rast”, “Aşıqlar”, “N-brothers”, “W-trio”, “Dəyirman”, “HOST”, “Bəyaz gecələr” və s. Dövlət musiqi və rəqs kollektivlərinin adlarının tərkib hissəsi kollektivin fəaliyyət sferasını müəyyən edən dəqiqləşdirici komponentlərdən, daşıdığı şəxsin adından, yarandığı regionun adından və “Azərbaycan” və “dövlət” sözləridən ibarətdir. Mürəkkəb söz birləşməsi şəklindədirlər. Əsasən ikinci növ təyini söz birləşməsi şəklində yaranırlar. Digər qrup adları isə maraqlı yaranma üsulu ilə fərqlənirlər. Məsələn, “HOST” qrupunun adı həyatın dörd vacib ünsürünü ifadə edir. Hava, Od, Su, Torpaq. “N-Brothers” qrupunun adı isə qrupun rəhbərinin adının baş hərfi “N”(Natiq) və “qardaşlar” dan ibarətdir. “W-trio”– qrup üzvlərinin üç nəfər qızdan ibarət olmasına işarə edir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin