Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Muğam, təsnif, dəraməd, rəng adlar



Yüklə 0,99 Mb.
səhifə49/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   45   46   47   48   49   50   51   52   ...   103
Muğam, təsnif, dəraməd, rəng adlar. Şərq xalqlarına xas, Azərbaycan musiqisində də ən çox sevilən və dinlənilən musqidir. Muğam ərəb dilində simli alətlərdəki pərdə mənasını ifadə edən “məqam” sözü əsasında yaranmış, hər muğamın əsas notu alətin bir pərdəsində olduğu üçün bu ad verilmişdir. Azərbaycan musiqisində “Rast”, “Şur”, “Segah”, “Şüşter”, “Çahargah”, “Bayatı-Şiraz”, “Hümayın” kimi muğam adları vardır. Bunlarda zamanla bəzi muğamların şöbəyə, bəzi şöbələrin muğamlara çevrilməsi ilə yeddi əsas lad kimi formalaşmışdır. Üzeyir Hacıbəyov “Rast” muğamı haqda yazır: “Rast”ın bahar nəsiminin əsməsindən” götürüldüyünü və onun zamanın sınağından üzüağ çıxdığını bildirir. O qeyd edir ki, bu muğamın kökünü möhkəm və məntiqli olması onun adının mənasına tamamilə uyğun gəlir. “Rast” düz, doğru deməkdir“ [58, s.15]. “Segah” üç mövqe , üç məkan mənasını daşıyır və çoxvariantlı, çoxköklü muğam sayılır. Onun “Zabul segah”, “Xarici segah”, “Mirzə Hüseyn” növləri xalq arasında geniş yayılmışdır [19, s.182].“Çahargah” muğamı da bu qəbildəndir. Burada Çahar+gah yəni, dörd məkan, dörd məskan deməkdir. Təsnif , dəraməd, rəng adları da əsasən muğam adları əsasında formalaşmışdır. Məsələn, “Rast təsnifi”, “Segah təsnifi”, “Zabul təsnifi”, “Humayın dəramədi”, “Vilayəti rəngi”, “Şüştər rəngi” və s.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin