Apardı sellər Saranı. Mahnıda Sara adlı gözəl, gənc bir qızın Arpa çayında batmasıdan və ona tutulan matəmdən bəhs edilir. Nakam qalmış el gözəlinin taleyi hamını dərindən kədərləndirir. Qəmli, lirik mahnıdır. Xalq mahnısının adı mahnının nəqarətindən götürülmüşdür.
Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı qaçdı.
Ala gözlü, qələm qaşlı
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Küçələrə su səpmişəm. Mahnının adı mahnı ilk bəndinin ilk misrasından götürülmüşdür, Mübarək, ay mübarək! Əsasən xeyir işlərdə, ad günü, toy, düyünlərdə bu mahnı oxununur. Mahnının adı təbrik, göz aydınlığı ifadə edən “mübarək” sözü ilə ifadə olunub.
Laçın. Mahnının adı ilk görünüşdən Laçın toponimi ilə bağlı olduğunu düşündürür. Ancaq xalq mahnısı “Laçın” adlı bir el gözəlinə həsr olunub.
Araz üstə, buz üstə
Kabab yanar, köz üstə.
Qoy məni öldürsünlər,
Bir alagöz qız üstə.
Ay Laçın, can Laçın,
Mən sənə qurban Laçın.
Qeyd etdiyimiz kimi, xalq mahnıları bir neçə variantlarının olduğu müşahidə edirik. Məsələn, “Laçın” xalq mahnısını biz “Bəyin oğurlanması” filmində başqa variantda eşidirik.
Araz üstə, buz üstə, Tello,
Kabab yanar, köz üstə, Tello.
Qoy məni öldürsünlər,Tello,
Bir alagöz qız üstə, Tello.
Dostları ilə paylaş: |