Kəhrəba – Nəsli kəsilmiş bir şam ağacının qətranıdır. Onun üçün bəziləri Kəhrabaya Qətran daşı, bəziləri isə Yantar deyirlər. Kəhraba həddən artıq şəffaf olduğu üçün tərkibindəki hava qabarcıqları aydın şəkildə görünür. Qızılı sarı Kəhrabalar sürtünmə nəticəsində elektiriklənir. Bu daşın insana faydaları çoxdur. Qulaq ağrılarını sağaldır, infeksiyaların yayılmasının qarşısını alır, özünə inamı artırır, mənfi enerjini müsbət enerjiyə çevirir və s. [138]. Bütün xalqların sevimli daşı olduğu üçün çoxlu adı vardır. Farsca “kahrulay” – sarılıq, sarı, samanı oğurlayan, yəni özünə cəlb edən deməkdir. Plininin yazdığına görə kəhrəba “harpaks” (oğurlayan) adlanır. Qədim Skandinaviyada yaşayan əhali kəhrəbanı “rav” və ya “rafr” adlandırmışlar. Eramızdan 600 il əvvəl yunan alimi Fales kəhrəbanın samanı özünə cəlb etməsini qeyd etmişdi. Sonralar yunanlar bu xassəni əsas götürərək onu “ alaxtrun”–“elektron “ adlandırmışlar. Həmin istilah indiki elektron adının əsasını qoymuşdur.
Rusca yantar macar istilahı “iyunta”və ya litva dilində “kitarasa” adlarına yaxındır. A. Y. Fersmanın mülahizələrinə görək kəhrəba dəniz heyvanından alınan qətrənaoxşar xoş ətrinə görə “ambra” məfhumuna bənzəyir [88, s. 307-308].
Qranat – Qədim dövrlərdə insanlar qranatı məhəbbət və sədaqət rəmzi kimi yüksək qiymətləndirmişlər. Midiyalılar qranatın sehirli gücünə inanaır, onu səyahət zamanı bədbəxt hadisələrdən qoruyacaq gözmuncuğu kimi üstlərində gəzdirir və onunla sətəlcəm və sarılıq kimi xəstəliklərin müalicə edirdilər. Çinlilər qranatı xoş ovqat gətirən, adamı gözdəymədən və pis yuxu görmədən qoruyan daş hesab edirdilər. Xristian dininə mənsub xalqlar isə qırmızı qranatı ürək açan və küsmüş dostları barışdıran daş sayardılar. Rəşid Fətəliyev qranat haqda maraqlı araşdırmalar aparmışdır. “Yanvar ayının talismanı –“şahların daşı”olan qranat” adlı məqaləsində yazır: “qranat” nədir? sualına mütəxəsislər – mineral, oxumuşlar – qiymətli daş. Adi adamlar isə “nar” deyəcək, ya da “qumbara” və hamısı da müəyyən mənada haqlı olacaqlar. O, bu daşın adını “finikiya alması” kimi tanınan narın dənələrinə bənzədiyindən latınca “qranatus” sözündən əmələ gəlib ki, bu da “dənəvari” deməkdir. Rus dilindəki “qranata” (qumbara) və “qranat” (nar) kəlmələrinin mənşəyi də bu sözlə bağlıdır [57, s.12].