Dövlət büdcəsinin səmərəli idarə olunması imkanları


Maliyyə ili üzrə Fəaliyyət (Performans) Proqramı (təhsil sektorunun timsalında)



Yüklə 304,57 Kb.
səhifə4/4
tarix02.12.2018
ölçüsü304,57 Kb.
#85285
1   2   3   4

Maliyyə ili üzrə Fəaliyyət (Performans) Proqramı (təhsil sektorunun timsalında)
Nəticə əsaslı sistem çərçivəsində büdcə xərclərinin icrasını təmin etmək üçün hazırlanan Strateji Plan adətən növbəti və ondan sonrakı 3 maliyyə ilini (ümumilikdə 4 il) əhatə edir. Strateji Plan təsdiqləndikdən sonra illik büdcə qanununun və xərclər planının icrası məqsədilə hər bir maliyyə ili üzrə ayrıca Fəaliyyət (Performans) Planı hazırlanır.

Tipik Performan Planının ilk bölməsində Strateji Planın həyata keçirilməsinə cavabdeh olan qurumun təşkilati strukturu, səlahiyyətləri və öhdəlikləri, Planın aid olduğu sektorun (məsələn, təhsil sisteminin) malik olduğu fiziki infrastruktur və insan qaynaqları barədə ətraflı məlumatlar əks etdilrilir.



Planın əsas bölməsi performans məlumatları ilə bağlı olur. Həmin bölmənin tipik strukturu aşağıdakı kimi olur:


  1. Sektorla bağlı prioritetlər. Bu hissədə hökumətin təhsil sektoruna bağlı bütün proqram və strategiyaları ümumiləşdirilir, həmin sənədlərdə əks olunan prisoritetlər icmallaşdırılır.

  2. Məqsəd və hədəflər. Bu hissədə Strateji Planın matrisasına uyğun olaraq hədəf və məqsədlər əks etdirilir, eyni zamanda hər bir fəaliyyət üzrə maliyyə qaynaları ayrıca göstərilir. Məsələn, ixtiyari bir fəaliyyətin icrası üçün tələb olunan maliyyənin ümumi həcmi ilə yanaşı həmin maliyyənin hansı hissəsinin büdcə, büdcədənkənar borc, kredit və s. mənbələr hesabına qarşılanacağı dəqiq müəyyən edilir. Fəaliyyət Proqramında Strateji Plan matrisasında əks olunmayan çox vacib məlumatlar yer alır. Məsələn, 1 maliyyə ili üzrə pergormans hədəfi, bu hədəfə yetişmək üçün fəaliyyətlərə məsul əsas qurum (məsələn, Təhsil Nazirliyinin hansısa departamenti), fəaliyyətin adı, fəaliyyət üçün maliyyə, xərclərin iqtisadi təsnifatı əks detallı əks etdirilir.


2017-ci il üzrə Təhsil Nazriliyinin Performans Proqramının nümunəsi


Performans Hədəfləri və Göstəriciləri üzrə Fəaliyyətlər

Qurumun adı

Təhsil Nazirliyi, Orta və məktəbəqədər təhsilin təşkili İdarəsi

Məqsəd

Bütün insanların ədalətli şərtlər altında təhsilə əlçatanlğının təmin edilməsi

Hədəf

Planlaşdırılan dövrün sonuna qədər əlverişsiz vəziyyətdə olan sosial qruplar da daxil olmaqla təhsilin bütün pillələrində iştirakçılıq səviyyəsini yüksəltmək

Perfomans Hədəfi 1

2017-ci ildə tam məktəbəqədər və orta təhsillə əhatə səviyyəsini yüksəltmək

2015-2016-cı tədris ilində 78%-lik orta təhsillə əhatə səviyyəsini 2017-ci ildə 81%-ə yüksəltmək

Performans göstəriciləri

Ölçü v.

2015

2016

2017

Məktəbəqədər təhsillə əhatə səviyyəsi

%

15%

15%

18%

Əsas orta təhsillə əhatə səviyyəsi

%

81%

82%

84%

Tam orta təhsillə əhatə səviyyəsi

%

73%

73%

75%

2017-ci il üzrə fəaliyyətlər və onların maliyyələşdirilməsi, min manatla



Maliyyə ehtiyacları və mənbələri

Büdcə

Büdcədənkənar fond

Kredit

Cəmi

Uzaqda yaşayan şagirdlərin daşınması

3000

0

0

3000

Pulsuz dərs kitablarının paylanması

13000

0

0

13000

Məktəbəqədər təhsildə uşaqların inkişafı üçün yeni xidmətlərin təşkili

18000

0

7000

25000

Qız uşaqlarının təhsilə cəlb edilməsi ilə bağlı ailələrlə iş

3500

0

1000

4500

Cəmi

37500

0

8000

45000

Xərclərin iqtisadi strukturu

Ölçü.v manat










Pulsuz dərs kitablarının paylanması

13000

0

0

13000

Əmək ödənişi

3000

0

0

3000

Mal xidmət alışı xərcləri

10000

0

0

10000

Əsaslı xərlər

0

0

0

0

Bütün hədəflər və fəaliyətlər üzrə xərclər tam detallaşdırılmaqla bərabər bölmənin yekunda “Qurumun performans cədvəli” başlığı altında vahid cədvəldə bütün fəaliyyətlər və onların icracı üçün ümumi maliyyə ehtiyacının icmallaşdırılması məqsədəuyğundur.



Əlavə 3

Maliyyə ili üzrə Fəaliyyət (Performans) Hesabatı (təhsil sektorunun timsalında)
Hər bir maliyyə ili üzrə illik maliyyə nəticələrinə dair hesabat Perfomans Proqramına uyğun tərtib edilməlidir. İl üzrə müəyyən edilən hədəflərə nə dərəcədə nail olunub, bu hədəflərə nail olmaq üçn nəzərdə tutulan hansı fəaiyyətlər tam, hansı fəaliyyətlər qismən həyata keçirildi, hansı fəaliyyətləri rellaşdırmaq mümkün olmadı – bütün bu məlumatlar Performans Hesabatında tam əks etdirilməldir. Hesabatın nümunəvi forması aşağıdakı kimidir:

2016-ci maliyyə ili üzrə fəaliyyətin dəyərlənidirlməsinin yekunları


Təhsil Nazirliyi

Perfomans hədəfləri üzrə fəaliyyətlər

2016-cı il üzrə hədəflənən göstərici

İlin sonuna əldə olunan göstəricinin səviyyəsi

Hədəflərə yetişmə səviyyəsi

Hədəflərə tam çatılıb

Hədəflərə qismən çatma səviyəsi

Hədəflərə ümumiyyətlə çatılmayıb

Məktəbəqədər təhsillə əhatə olunan uşaqların sayının artımı

Ölkə üzrə

10 000 nəfər yeni 3-5 yaşlı uşağın məktəbə cəlb edilməsi



Cəmi 6500 nəfər yeni 3-5 yaşlı uşaq məktəbə cəlb edilib

-

65%

-

Tam orta təhsillə əhatə səviyyəsinin yüksəldilməsi

Ölkə üzrə 6-17 yaşlı uşaqların 81%-i 11 illik təhsli bitirəcək

Ölkə üzrə 6-17 yaşlı uşaqların 79%-i və ya əvvəlki illə eyni səviyyədə məktəbyaşlı uşaqlar 11 illik təhsli bitirub


-

-

0

Orta məktəbi bitirən məzunların ali məktəbə qəbul səviyəsinin yüksəldilməsi

Ölkə üzrə tam orta təhsili başa vuran məzunların 34%-i ail məktəblərə qəbul olacaq – baza göstəricisinə nisbətən 2% çox

Ölkə üzrə tam orta təhsili başa vuran məzunların 34%-i ail məktəblərə qəbul olub

100%

-

-

Performans hesabatında Performans Proqramında nəzərdə tutulan hər bir hədəf ə və fəaliyyət üzrə xərclərin proqnozlaşdırılan və faktiki xərclənən həcmi, xərcləmələrin büdcə proqramları və iqtisadi maddələr üzrə aparlması da vacibdir. Bu məlumatları da yuxarıda təqdim edilən cədvəl formasında təqdim məqsədəuyğundur.




1 Бюджетирование, ориентированное на результат, на региональном и муниципальном уровнях: подходы и рекомендации. https://iep.ru/files/text/working_papers/119.pdf



2 Бюджетирование, ориентированное на результаты: анализ мирового опыта и возможностей его распространения в России. Москва 2004. http://www.urbaneconomics.ru/download.php?dl_id=2500

3 А.А.Хрусталев, Т.В.Тищенко, И.А.Соколов. “Исследование влияния программного целевого подхода на бюджетный процесс, пути совершенствования методологии и информационной системы формирования бюджета ориентированного на результат”. Москва 2013. ftp://ftp1.ane.ru/rnp/wpaper/23.pdf

4 “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri

http://www.e-qanun.az/framework/34254

5 The legal framework for budget systems”. https://www.oecd.org/gov/budgeting/43487903.pdf

6 Toward Next-Generation Performance Budgeting. Lessons from the Experiences of Seven Reforming Countries https://openknowledge.worldbank.org/bitstream/handle/10986/25297/9781464809545.pdf?sequence=2

7 Концепция по внедрению системы государственного планирования,
ориентированного на результаты Астана, 2007 год. ” http://ru.government.kz/docs/p071297_20071226~1.htm

8 «Новая бюджетная политика Казахстана”. Астана 2008 год. http://www.minplan.kz/economyabout/330/23687/

9 «Стратегии развития Казахстана до 2030 года». Алмата 1997 год. http://www.akorda.kz/ru/page/kazakhstan-2030_1336650228

10 Стратегия «Казахстан-2050». http://www.akorda.kz/ru/category/gos_programmi_razvitiya

11 “Стратегический план развития Республики Казахстан до 2010 годаwww.azk.gov.kz/data/filedat/default/2010rus.doc


12 «Стратегический план развития Республики Казахстан до 2020 года». http://ru.government.kz/docs/u100000922_20100201.htm

13 «Прогноз социально-экономического развития и бюджетных параметров Республики Казахстан

на 2009 2013 годы». http://www.minplan.kz/economyabout/247/3956/


14 «О Стратегическом плане Министерства сельского хозяйства Республики Казахстан на 2011 - 2015 годы» http://www.minplan.kz/economyabout/433/

15 Budgeting in Estonia. OECD Journal on Budgeting OECD 2008

www.oecd.org/gov/budgeting/42007202.pdf

16 file:///C:/Users/hp/Downloads/RES-2017-2020-eng.pdf


17 http://sm.ee/en/children-and-families

18 https://www.agri.ee/en/objectives-activities/estonian-rural-development-plan-erdp-2014-2020

19 http://www.fin.ee/public/Eesti_regionaalarengu_strateegia_2020_taiendatud_2016.pdf

20 file:///C:/Users/hp/Downloads/Estonian%202017%20draft%20budgetary%20plan%20-%2017.10.2016%20EN.pdf


Yüklə 304,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin