Sistemlər nəzəriyyəsinin bir sıra əsas məqamlarına baxışdan sonra sistemli yanaşmanın aşağıdakı mühüm müddəalarını qeyd etmək olar:
cəmiyyətlə onu idarə edən dövlətin birbaşa və əks əlaqə kanalları vasitəsilə birliyi xüsusi dövlət idarəetmə sistemini təşkil edir;
dövlət idarəetmə sistemi konkret cəmiyyətin ictimai sisteminin ümumi idarəetməsinin tərkib hissəsidir;
dövlət idarəçilik sistemi açıq, mürəkkəb, iyerarxik və şəbəkə quruluşuna malik sosial sistemin növüdür;
konkret tarixi dövr ərzində real cəmiyyətin dövlət idarəçilik sisteminin təsviri onun siyasi, hüquqi, diplomatik, təşkilati, iqtisadi, sosial, mədəni və s. səpkilərdə işıqlandırılmasını tələb edir.
Dövlət idarəetmə sisteminin iki tərifi vardır:
idarəedən və idarəolunan yarım sistemlərin qarşılıqlı əlaqə və təsirlərdə vəhdət təşkil etməsi;
dövlətin idarəçilik təsirlərinin işlənib-hazırlanmasını və həyata keçirilməsini təmin edən məqsədlər, prinsiplər, metodlar və funksiyaların qarşılıqlı əlaqələr vəhdəti.
Sonuncu müddəa ilə bağlı qeyd edək ki, dövlət idarəçiliyinin sistemliliyinin genezisi (“genesis” - latın köklü “yaranma” və “təkamüllü” inkişafın başlanğıcını ifadə edən termindir) ən sadə formada ictimai fikirdə aşağıdakı sxemlə əks olunur (şəkil 4.1). Sistem nəzəriyyəsi
Hüquq
Sosiologiya