Dövlət qulluğunda gender bərabərliyi


Qrafiklər. Dövlət Qulluğu Məslələri üzrə Komissiyanın mərkəzi aparatında qadınların və kişilər arasında vəzifələr bülgüsü



Yüklə 0,59 Mb.
səhifə31/42
tarix01.01.2022
ölçüsü0,59 Mb.
#105266
1   ...   27   28   29   30   31   32   33   34   ...   42
Qrafiklər. Dövlət Qulluğu Məslələri üzrə Komissiyanın mərkəzi aparatında qadınların və kişilər arasında vəzifələr bülgüsü

Göründüyü kimi, təşkilati ierarxiyanın ən yuxarı pillələrində əsasən kişilər, ən aşağı pillələrində əsasən qadınlar işləyir. Şöbə və sektorlar üzrə kişi və qadınların bölgüsü Azərbaycan üçün tipik olan üfuqi seqreqasiyasının cuzi elementlərini daşıyır. Misal üçün, dəftərxananada çalışan əməkdaşların hər ikisi qadın, mühasibat və təsərrüfat və İT və proqram təminatı sektorlarında çalışan əməkdaşların hamısı kişidir. Bu cür ufüqi seqreqasiyanın əsasında duran faktorlardan biri, “kişiyə və qadına yaraşan” vəzifələrə dair stereotiplər, Komissiyanın əməkdaşları tərəfindən müsahibələr zamanı qeyd edildi. Eyni zamanda qeyd etmək lazımdır ki aparata daxil olan şöbə və sektorların əksəriyyətində kişi və qadın əməkdaşlar bərabər fəaliyyət göstərir.

Komissiyanın mərkəzi aparatında çalışan kollektivin böyük hissəsini (78%) cavan nəslin nümayəndələri təşkil edir. Qadın əməkdaşlarının 100% 20-34 yaş kateqoriyasına aiddir. Kişilərin arasında isə 66% 20-34, 44% 35+ yaş kateqoriyasındadır. Rəhbər vəzifələrdə çalışanların çoxu 35+ kateqoriyasına aid kişi əməkdaşlardır. Komissiyanın aparatında işləyən gənc əməkdaşların, xüsusi ilə qadınların, sistem daxilində gələcək karyeraların monitorinqi Azərbaycanda yeni nəsil qadın dövllət qulluqçularının əldə etdiyi nailiyyətlər və rastlaşdıqları çətinləklər haqqında əhəmiyyətli məlumat verə bilər.

Azərbaycanda dövlət qulluğuna qəbulun şərtlərindən biri namizədin ali təhsilli olmasıdır. Komissiya mərkəzi aparatinda inzibati vəzifələrdə çalışan əməkdaşların hör birisi ali təhsil sahibidir. Əməkdaşlar arasında hüquqşünaslar , beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə mütəxəssislər birinci yer tutur. Təhsil sahələrinə gəldikdə qadın əməkdaşlar arasında beynəlxalq münasibətlər və beynəlxalq hüquq mütəxəssisləri, kişilər arasında isə hüquqşünaslar və beynəlxaq münasibətlər üzrə mütəxəssislər çoxluq təşkil edir.

Komissiyanın təşkilati tarixi 6 ilə yaxın müddəti əhatə edir (Komissiya 2005-ci il yanvarın 19, Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılmışdır). Əməkdaşların böyük hissəsi 2006-2008 illərdə Komissiyada öz iş fəaliyyətlərinə başlayıb. Əməkdaşların İş stajı ilə tutduqları vəzifələrin müqayisəvi təhlili göstərir ki Komissiya daxilində qadınlar və kişilər üçün eyni vaxt müddətində eyni vəzifələrə yüksəlmək imkanı təmin olunur. Komissiya əməkdaşlarının əsasən gənc nəslin nümayəndələrindən ibarət olduğunu nəzərə alsaq gələn 5 il ərzində bu dinamikanın monitorinqini aparmaq məqsədəuyğun olardı.

Azərbaycanda dövlət qulluğu sitemində çalışan kişi və qadınların sayında ciddi tarazsızlıq mövcuddur. Say fərqindən əlavə dövlət qulluğu sistemində qadınlar qərarvermə vəzifələrində çox kiçik faizdə təmsil olunur. Sistem daxilində hazırda müvcud olan vəziyyət rəhbər vəzifələrdə kişilərin icraçı vəzifələrdə qadınların cəmləşməsini açıq nümayiş etdirir. Bu isə sistem daxili və təşkilat daxili hakimiyyət strukturunun genderləşməsi (gender bölgüsü ilə üst üstə düşməsi) və “rəsmi patriarxat”33 münasibətlərinin möhkəmləndirilməsinə gətirib çıxarır. Təbii ki, bərabərsiz iştirak əsasında qurulmuş sistem səmərəli idarəçiliyin principləri ilə fəaliyyət göstərmək imkanına malik deyil və cəmiyyətdə gender bərabərliyinin bərqərar olmasına xidmət edə bilməz.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin