Komissiyanın vəzifələrində gender komponentinin nəzərə alınması sahəsində
Komissiyanın vəzifələrinə əsasən dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində gender əsaslı təhlilin nəticələri nəzərə alınmalı və qadınların idarəetmə sistemində fəal iştirakının təmin edilməsi sahəsində Azərbaycan dövlətinin milli və beynəlxalq öhdəlikləri diqqət mərkəzində olmalıdır. Siyasətin formalaşmasında gender elementinin nəzərə alınmasının genderə həssaslı yanaşma (gender mainstreaming) vasitəsi ilə həyata keçirilməsi məqsədəuyğun olardı. Bu məqsədlə Komissiya əməkdaşları “Dövlət qulluğu sahəsində siyasətin formalaşmasında genderə həssaslı yanaşmanın tətbiqi” müvzusunda təlimat almalı, zəruri bilik və bacarıqları əldə etməlidir (treninq və ya kurs vasitəsi ilə).
Dövlət qulluğu sistemində gender bərabərliyi sahəsində əldə olunan nailiyyətlərin qiymətləndirilməsi üçün genderə həssas indikatorlar və nailiyyət standartları hazırlanıb qəbul olunmalıdır.
Genderə həssas indikatorlar və nailiyyət standartları əsasında dövlət qulluğunda gender bərabərli sahəsində fəaliyyət planı hazırlanıb qəbul olunmalıdır.
dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlayarkən sistemdə mövcud olan gender əsaslı şaquli və üfuqi seqreqasiya nəzərə alınmalı və onun aradan qaldırılmasına dair təkliflər hazırlanmalıdır.
Qadınların dövlət qulluğu sistemində kişilərlə yanaşı səmərəli və bərabər iştirakın təmin edilməsinə dair radikal tədbirlərə (məsələn, gender kvotaların tətbiq edilməsinə) əməkdaşların ümumi mənfi münasibətini və ümumiyyətlə Azərbaycan cəmiyyətində hal-hazırda gender əsaslı kvotaların neqativ giymətləndirilməsini nəzərə alaraq34, eyni istiqamətdə daha “yumuşaq” addımların atılması planlaşdırılmalıdır. Burada müvəqqəti xüsusi tədbirlər kateqoriyasına daxil olan tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı:
ali təhsil ocaqlarında hədəfli (hədəf qrupu – 20-29 yaş qrupuna aid, ali təhsilli qadın və qızlar) məlumatlandırma kampaniyaların keçirilməsi;
“Dövlət qulluğunda gender bərabərliyinə doğru” məlumat kitabçasının hazırlanması və paylanması.
“Azərbaycan dövlət qulluğunda qadınlar” məlumat kitabçasının hazırlanması və paylanması.
Azərbaycanın məhşur qadın dövlət və ictimai xadimləri mövzusunda buklet və plakatların hazırlanması və paylanması;
“qadın dövlət qulluqçusunun” rol modeli sayıla bilıcək şəxslərin ictimai sahədə (TV, və radio verilişlərində, İnternet səhifələrində) təqdim olunması;