ALLAHLARIN DALINCA
Payız gəlmiş, günlər qısalmış, havalar soyumuşdu. Belə
günlərin birində təsadüfən azadlığa çıxmaq girəvəsi
yarandı.
Bir neçə gün idi ki, düşərgədə qarmaqarışıqlıq
yaranmışdı. Hindular yay komalarını sökür, payız ovuna
tədarük görürdülər. Ağ Diş onları diqqətlə izləyirdi.
Komalar sökülüb qurtardı. Yüklər qayıqlara yığılanda o,
hər şeyi başa düşdü. Qayıqlar bir-birinin ardınca yavaş-
yavaş sahildə aralandılar. Onlardan bəzisi uzaqlaşıb
gözdən itdi.
Ağ Diş burada qalmağı qərara aldı. Fürsət düşən kimi
düşərgədən çıxıb meşəyə götürüldü. O, buz kimi çayı üzüb
downloaded from KitabYurdu.org
138
keçərək izlərini itirdi. Meşənin lap qalın yerinə soxulub
gözləməyə başladı. Vaxt ötürdü. Bu müddət ərzində bir
neçə dəfə yatıb durdu. Bir dəfə də yatdı. Və yuxu- daykən
onu Qrey Biverin səsi oyatdı. Sonra başqa səslər də
eşitməyə başladı. Deyəsən, Qrey Biverin arvadının və oğlu
Mitsahın səsləri idi.
Ağ Diş qorxudan əsməyə başladı. Öz adını eşidən kimi
titrədi. Amma yerindən tərpənmədi. Buna baxmayaraq, öz
allahının harayına hay vermək üçün içində nəsə oyandı.
Amma tezliklə səslər uzaqlaşdı. Ağ Diş kolluğun arasından
çıxdı. Azad olduğu üçün özünü rahat hiss etdi.
Qaranlıq düşmüşdü. Ağ Diş arxayın-arxayın ağacların
arasında hərlənirdi. Birdən tənhalıq hissi onu bürüdü.
Oturub həyəcanla meşənin sakitliyinə qulaq asdı. Səs-
səmir gəlmirdi. Hər yerdə hərəkətsizlik vardı. Bu, onu
şübhələndirdi. Naməlum təhlükə elə bil indicə onun
başının üstünü alacaqdı. O, hündür ağacların məşum
kölgəsinə baxdı. Bu sıx və qalın meşədə məşum kölgələr
arxasında düşmən gizlənə bilərdi.
Onu üşütmə tutdu. Həmişə qızındığı daxma divarları
yanındakı od bu meşəlikdə yox idi. O, pəncələrini bir-bir
qaldırıb qoyurdu. Sonra ayaqlarını öz tüklü quyruğu ilə
örtdü. Bu vaxt gözlərinə nəsə göründü. Qəribə də olsa,
onun gözləri qarşısında tanış şəkillər canlanırdı. O, bütün
downloaded from KitabYurdu.org
139
düşərgəni, daxmaları, tonqalların alovunu yenidən
görürdü. Qadınların cingiltili səsi, kişilərin qışqırığı, itlərin
hürüşməsi qulaqlarında cingildədi. Ağ Diş acmışdı.
Adamların ona tulladığı ət parçalarını, balıqları xatırladı.
Amma indi onun ətrafını ölü sükut bürümüşdü. Bu sakitlik
yemək vəd etmirdi. Bu sakitlikdən təhlükə yağırdı.
Köləlik Ağ Dişi ərköyün etmişdi. Adamlardan asılı
olması onu sanki yarımcan hala salmışdı. O, bütün gücünü
sərf edə bilmirdi. Özünə yemək arayıb tapmağın yolunu
unutmuşdu. Onun gözünə, canına zülmət çökmüşdü. Ağ
Dişin gömıə və hissetmə duyğusu düşərgənin səs-küyünə,
fəaliyyətinə, səslərin və rəngli şəkillərin fasiləsiz dəyiş-
məsinə alışmış, amma əsl yırtıcıya xas olan fəaliyyətini
dayandırmışdı. Bu səssiz-səmirsiz meşədə görüb duymağa
bir şey yox idi. Heç olmasa, balaca bir xışıltı, yaxud
hərəkət baş verəydi! Təbiətin bu ölü sükutunda və
durğunluğunda sanki dəhşətli bir təhlükə gizlənmişdi.
Birdən o səksəndi. Gözləri qarşısında əzəmətli,
yöndəmsiz bir şey canlandı. Səmadan boylanan ayın
işığında yerə hündür ağac kölgəsi uzandı. Ağ Diş yavaşdan
dişlərini şaqqıldadıb toxtadı. Lakin kölgənin hardasa
gizlənmiş xəta gətirəcəyini xatırlayıb sərvaxt dayandı. Ge-
cənin şaxtasına bürünmüş hündür ağac onun başının
üstündə bərkdən xırçıldadı. Ağ Diş dəhşətlə vəngildədi və
downloaded from KitabYurdu.org
140
düşərgəyə san götürüldü. O, içində insana dəfedilməz bir
ehtiyac duymuşdu. İnsan onu bütün təhlükələrdən,
dəhşətlərdən qoruyurdu. Onun bumunda da tonqalların
tüstüsündən gələn iy qalmışdı. Qulaqlarında insan səsləri,
qadın çığırtılan cingildəyirdi. O, meşədən çıxıb ayın
işıqlandırdığı talaya, kölgələrin düşə bilmədiyi yerə gəldi.
Burada tanış düşərgəni görə bilmədi. Adamlar düşərgədən
çıxıb getmişdilər. O bunu unutmuşdu.
Ağ Diş quruyub qalmışdı. Hara qaçaydı? O, kədərli-
kədərli boşalmış düşərgəni hərləndi. Allahların atıb
getdikləri zibillikləri, cır-cın- dırları iylədi. Bax, indi onu,
hətta əsəbiləşən hindu qadının tulladığı daş belə
sevindirərdi. İndi Qrey Biverin ağır əli də, kötəklər də ona
şirin gələrdi. Lip-lipi, qorxaq it sürüsünü də Ağ Diş indi
vəcdlə qarşılayardı.
O, Qrey Biverin komasının olduğu əvvəlki yerə gəldi.
Tən ortada oturub ağzını göyə tutdu, cəhəngini açdı.
Boğazı tutulmuşdu. Tənhalıq, qorxu hissi, anası Kitçinin
həsrəti və bir də ötən günlərin əziyyətləri, qarşıdan gələn
müsibətlər və iztirablar - bütün bunlar onun uzun, kədərli
ulartısından duyulurdu. Bu, Ağ Dişin sinəsindən acı-acı
qopan ilk canavar ulartısı idi.
Səhərin təmiz havası onun bütün qorxu-hürküsünü
yuyub apardı. Amma tənhalıq hissi daha da artmışdı. Bir
downloaded from KitabYurdu.org
141
az əvvəl həyatın coşub- daşdığı bu didərgin düşərgənin
görkəmi onun gözlərindəki həsrəti artırmışdı. Ağ Diş çox
götür-qoy etmədi. Meşəyə tərəf dönüb çay sahili boyu
qaçdı. O, bütün günü qaçdı. Bir dəqiqə belə dincini almadı.
Elə bil qaçmaq əbədi olaraq onun boyuna biçilmişdi.
Möhkəm bədəni yorğunluq bilmirdi. Yorğunluq gəlsə də,
əcdadlarından ona miras qalmış dözüm və mətanət onu
daha irəli qaçmağa məcbur edirdi.
Ağ Diş əyri-üyrü sahillərin arası ilə axan çayın
töküldüyü yerdə təpələrə çıxıb hərləndi. Makkenziyə
tökülən kiçik və böyük çayları üzüb keçdi. Bu vaxt tez-tez,
sahilə yaxın yerdə, ensiz buz laylarının üstü ilə qaçmaq
lazım gəlirdi. Bəzən nazik buz parçaları sınırdı. Ağ Diş
buzlu suya düşür, dəfələrlə ölümlə təkbətək qalırdı. Ona
elə gəlirdi ki, indicə allahların izinə düşəcək, sahilə
çıxacaqdır.
Ağ Dişdə müdriklik əlaməti vardı. Buna görə o, bir çox
həmcinslərini ötüb keçmişdi. Amma Makkenzi çayının o
biri sahili haqqında düşünmək ağlına belə gəlmirdi. Bəlkə
də allahlar o biri sahildə idi? Bunu düşünə bilmirdi. Bəlkə
də sonralar belə səyahətlər onu təcrübəli edəcəkdi? İz
axtarıb tapmaqda ona kömək edəcəkdi? Yetkinlik onu
gələcəkdə gözləyirdi. Hələlik isə o, Makkenzi çayının
yalnız bir sahili boyu kor-koranə qaçırdı.
downloaded from KitabYurdu.org
142
Ağ Diş bütün gecəni qaçdı. Qaranlıqda kələ-kötür
yerlərə, daşlara ilişəndə sürətini azaldırdı. Bütün bu
maneələr onun irəli getmək əzmini qıra bilmirdi. İkinci
günün yarısında onun dəmir əzələləri gücdən düşdü. İki
gün idi ki, dilinə heç nə dəymirdi. Aclıq onu taqətdən sal-
mışdı. Addımbaşı buzlu suya düşməsi də özünü
göstərmişdi. Tərtəmiz dərisi tamamilə palçığa batmış,
pəncələri qanamışdı. O, əvvəl yüngülcə, sonra isə daha çox
axsamağa başladı. Hava tutuldu. Sulu qar yağmağa
başladı. Qar dənəcikləri onun pəncələrinə yapışır, ətrafı
örtərək yerin kələ-kötürlüyünü gizlədirdi. Qar onsuz da
üzücü olan yolu bir az da çətinləşdirmişdi.
Bu gecə Qrey Biver Makkenzi çayının uzaq sahilində
düşərgə salmağı qərara aldı. Burdan ov məskəninə yol
vardı. Lakin qaranlıq düşməmişdən bir az əvvəl Qrey
Biverin arvadı Klu-kuç yaxın sahilə su içməyə gələn bir
sığın gördü. Əgər Mitsah çovğuna düşüb yolu azmasaydı,
yaxud sığın sahilə gəlməsəydi, Klu-kuç da onu görə
bilməyəcəkdi. Qrey Biver bir güllə ilə sığını vurub yerə
sərdi. Və bundan sonrakı hadisələr tamamilə başqa cür
oldu. Yaxşı ki, Qrey Biver Makkenzi çayının yaxın
sahilində düşərgə salmışdı. Yoxsa Ağ Diş yandan ötüb
keçəcək, ya da məhv olacaqdı. Ola bilsin ki, öz cinsindən
olan vəhşi canavarlara qoşulacaqdı. Bəlkə də ömrünün
downloaded from KitabYurdu.org
143
axınna kimi elə canavar olacaqdı...
Gecə idi. Güclü qar yağırdı. Ağ Diş səndirləyə-
səndirləyə. yavaşdan zingildəyərək təzə izə düşdü. Ağ Diş
izin təzə olduğunu dərhal bildi. O, səbirsizliklə dişlərini
şaqqıldatdı, sonra dönüb meşəyə sarı cumdu. Qulaqlarına
tanış səslər dəydi. Birdən tonqalın alovunu, biş- düşlə
məşğul olan Klu-kuçu və kötüyün üstündə oturub
qurudulmuş donuz piyi yeyən Qrey Biveri gördü. Adamlar
təzə ət yeyirdilər!
Ağ Diş ona divan tutulacağını gözləyirdi. Bu barədə
düşünəndə tükləri dimdik qalxdı. Sonra oğrun-oğrun,
xəlvətcə irəli yeridi. O, nifrət etdiyi kötəklərdən qorxurdu.
Bilirdi ki, Qrey Biver onu mütləq kötəkləyəcək. Nə olsun?
Tonqalın oduna ki qızınacaq, allahların ki mərhəmətindən
pay umacaq?! Üstəlik it xılı ilə də görüşəcəkdi. Düzdür, bu
itlər ona düşmən idilər. Amma Ağ Dişdə onlarla
ünsiyyətdə olmaq ehtiyacı alışıb yanırdı.
Ağ Diş sürünə-sürünə tonqala yaxınlaşdı. Qrey Biver
onu gördü, yeməyini saxladı. Canavar balası daha
yavaşdan süründü. Təhqir olunmaq və itaətkarlıq
göstərmək onun üçün ağır idi. Bu, onu insanın qarşısında
baş əyməyə məcbur etmişdi. O. düz Qrey Biverin yanına
süründü. Nəhayət, öz allahının ayaqları altına uzandı. Bu
gündən, bax elə bu andan bütün qəlbi ilə, canı ilə könüllü
downloaded from KitabYurdu.org
144
olaraq öz sahibinə təslim oldu. Ağ Diş öz arzusuyla insanın
qaladığı tonqala sarı sürünmüşdü. O, başı üstündə qüdrətli
insanın hökmünə bir daha əl verdi. Ağ Diş titrəyirdi, sanki
bu saat onu cəzalandıracaqdılar. Başı üstündən əl qalxdı.
Ağ Diş tamamilə büzüşmüşdü. Yumruq zərbəsini qəbul
etməyə hazırlaşdı. Amma bu dəfə zərbə olmadı.
Canavar balası oğrun-oğrun yuxarı boylandı. Qrey
Biver qurudulmuş donuz piyini iki yerə böldü. Ağ Dişə piy
uzatdı. Canavar balası şübhə içində, ehtiyatla ona
uzadılmış piy tikəsini iylədi, sonra özünə sarı çəkdi. Qrey
Biver əmr etdi ki, Ağ Dişə ət versinlər və Ağ Diş öz əl
payını yeyib qurtarana kimi sahibi başqa itləri onun
həndəvərinə buraxmadı. Ağ Diş razılıqla, məmnun-
məmnun Qrey Biverin ayaqları altına uzandı. Sonra yuxulu
gözlərini oyaraq tonqalın isti alovuna baxdı. O, hüznlü,
zülmət meşəyə əlvida demişdi. Bir daha o meşəni
görməyəcəyinə əmin idi. O, həmişə düşərgədə, allahların
yanında olacaqdı. O, canını, bütün varlığını allahlara
tapşırmışdı və indi onların hökmüylə yaşayırdı...
SAZİŞ
Dekabrın ortalarında Qrey Biver arvadı və oğlu ilə
birlikdə Makkenzi çayının yuxarısına yola düşdü. Biverin
kirşəsini qonşulardan borc aldığı, yaxud dəyiş-düyüşlə
əldə etdiyi itlər dartırdı. O biri kir- şəyə cavan itlər
downloaded from KitabYurdu.org
145
qoşulmuşdu. Onu Mit-sah sürürdü. Kirşələr və qoşqu daha
çox oyuncağı xatırladırdı.
Mit-sah əsl kişi işi gördüyünə sevinirdi. O, itləri idarə
etməyi, qoşquya bağlamağı öyrənmişdi. İtlər də qoşquya
alışmışdılar. Mit- sahın kirşəsi təxminən iki yüz funt
ağırlığında ərzaq və ev əşyaları ilə yüklənmişdi.
Ağ Diş qoşqu itlərini əvvəllər də görmüşdü. Buna göro
də onu ilk dəfə kirşəyə qoşanda müqavimət göstərmədi.
Canavar balasının boynuna mamırla sarınmış xalta
geydirdilər. Xaltadan qayışa iki kəndir bağlanmışdı.
Boyun qayışları itlərin sinəsi altından və beli üstündən
aşırılmışdır. Bu qayışlara uzun kəndir bağlayıb onları kirşə
ilə birləşdirmişdilər.
Qoşquda cəmi yeddi it vardı. İtlər doqquz-on aylıq
idilər. Təkcə Ağ Diş səkkiz ayın içində idi. İtlərin hərəsi
bir kəndirə bağlanmışdı. Kəndirlər eyni ölçüdə deyildi.
Onların uzunluğu və qısalığı itlərin yekəliyi, gövdəsinin
uzunluğu ilə ölçülürdü. Buna baxmayaraq, itlər kirşənin
qozlasmdakı dairədə birləşmişdilər. Qozla yuxarı
qalxmışdı.
dərisi tamamilə palçığa batmış, pəncələri qanamışdı. O,
əvvəl yüngülcə, sonra isə daha çox axsamağa başladı.
Hava tutuldu. Sulu qar yağmağa başladı. Qar dənəcikləri
onun pəncələrinə yapışır, ətrafı örtərək yerin kələ-
downloaded from KitabYurdu.org
146
kötürlüyünü gizlədirdi. Qar onsuz da üzücü olan yolu bir
az da çətinləşdirmişdi.
Bu gecə Qrey Biver Makkenzi çayının uzaq sahilində
düşərgə salmağı qərara aldı. Burdan ov məskəninə yol
vardı. Lakin qaranlıq düşməmişdən bir az əvvəl Qrey
Biverin arvadı Klu-kuç yaxın sahilə su içməyə gələn bir
sığın gördü. Əgər Mitsah çovğuna düşüb yolu azmasaydı,
yaxud sığın sahilə gəlməsəydi, Klu-kuç da onu görə
bilməyəcəkdi. Qrey Biver bir güllə ilə sığını vurub yerə
sərdi. Və bundan sonrakı hadisələr tamamilə başqa cür
oldu. Yaxşı ki, Qrey Biver Makkenzi çayının yaxın
sahilində düşərgə salmışdı. Yoxsa Ağ Diş yandan ötüb
keçəcək, ya da məhv olacaqdı. Ola bilsin ki, öz cinsindən
olan vəhşi canavarlara qoşulacaqdı. Bəlkə də ömrünün
axırına kimi elə canavar olacaqdı...
Gecə idi. Güclü qar yağırdı. Ağ Diş səndirləyə-
səndirləyə, yavaşdan zingildəyərək təzə izə düşdü. Ağ Diş
izin təzə olduğunu dərhal bildi. O, səbirsizliklə dişlərini
şaqqıldatdı, sonra dönüb meşəyə sarı cumdu. Qulaqlarına
tanış səslər dəydi. Birdən tonqalın alovunu, biş- düşlə
məşğul olan Klu-kuçu və kötüyün üstündə oturub
qurudulmuş donuz piyi yeyən Qrey Biveri gördü. Adamlar
təzə ət yeyirdilər!
Ağ Diş ona divan tutulacağını gözləyirdi. Bu barədə
downloaded from KitabYurdu.org
147
düşünəndə tükləri dimdik qalxdı. Sonra oğrun-oğrun,
xəlvətcə irəli yeridi. O, nifrət etdiyi kötəklərdən qorxurdu.
Bilirdi ki, Qrey Biver onu mütləq kötəkləyəcək. Nə olsun?
Tonqalın oduna ki qızınacaq, allahların ki mərhəmətindən
pay umacaq?! Üstəlik it xılı ilə də görüşəcəkdi. Düzdür, bu
itlər ona düşmən idilər. Amma Ağ Dişdə onlarla
ünsiyyətdə olmaq ehtiyacı alışıb yanırdı.
Ağ Diş sürünə-sürünə tonqala yaxınlaşdı. Qrey Biver
onu gördü, yeməyini saxladı. Canavar balası daha
yavaşdan süründü. Təhqir olunmaq və itaətkarlıq
göstərmək onun üçün ağır idi. Bu, onu insanm qarşısında
baş əyməyə məcbur etmişdi. O, düz Qrey Biverin yanına
süründü. Nəhayət, öz allahının ayaqları altına uzandı. Bu
gündən, bax elə bu andan bütün qəlbi ilə, canı ilə könüllü
olaraq öz sahibinə təslim oldu. Ağ Diş öz arzusuyla insanın
qaladığı tonqala sarı sürünmüşdü. O, başı üstündə qüdrətli
insanın hökmünə bir daha əl verdi. Ağ Diş titrəyirdi, sanki
bu saat onu cəzalandıracaqdılar. Başı üstündən əl qalxdı.
Ağ Diş tamamilə büzüşmüşdü. Yumruq zərbəsini qəbul
etməyə hazırlaşdı. Amma bu dəfə zərbə olmadı.
Canavar balası oğrun-oğrun yuxarı boylandı. Qrey
Biver qurudulmuş donuz piyini iki yerə böldü. Ağ Dişə piy
uzatdı. Canavar balası şübhə içində, ehtiyatla ona
uzadılmış piy tikəsini iylədi, sonra özünə sarı çəkdi. Qrey
downloaded from KitabYurdu.org
148
Biver əmr etdi ki. Ağ Dişə ət versinlər və Ağ Diş öz ət
payını yeyib qurtarana kimi sahibi başqa itləri onun
həndəvərinə buraxmadı. Ağ Diş razılıqla, məmnun-
məmnun Qrey Biverin ayaqları altına uzandı. Sonra yuxulu
gözlərini oyaraq tonqalın isti alovuna baxdı. O, hüznlü,
zülmət meşəyə əlvida demişdi. Bir daha o meşəni
görməyəcəyinə əmin idi. O, həmişə düşərgədə, allahların
yanında olacaqdı. O, canını, bütün varlığını allahlara
tapşırmışdı və indi onların hökmüylə yaşayırdı...
SAZİŞ
Dekabrın ortalarında Qrey Biver arvadı və oğlu ilə
birlikdə Makkenzi çayının yuxarısına yola düşdü. Biverin
kirşəsini qonşulardan borc aldığı, yaxud dəyiş-düyüşlə
əldə etdiyi itlər dartırdı. O biri kir- şəyə cavan itlər
qoşulmuşdu. Onu Mit-sah sürürdü. Kirşələr və qoşqu daha
çox oyuncağı xatırladırdı.
Mit-sah əsl kişi işi gördüyünə sevinirdi. O, itləri idarə
etməyi, qoşquya bağlamağı öyrənmişdi. İtlər də qoşquya
alışmışdılar. Mit- sahın kirşəsi təxminən iki yüz funt
ağırlığında ərzaq və ev əşyaları ilə yüklənmişdi.
Ağ Diş qoşqu itlərini əvvəllər də görmüşdü. Buna görə
də onu ilk dəfə kirşəyə qoşanda müqavimət göstərmədi.
Canavar balasının boynuna mamırla sarınmış xalta
geydirdilər. Xaltadan qayışa iki kəndir bağlanmışdı.
downloaded from KitabYurdu.org
149
Boyun qayışları itlərin sinəsi altından və beli üstündən
aşırılmışdır. Bu qayışlara uzun kəndir bağlayıb onları kirşə
ilə birləşdirmişdilər.
Qoşquda cəmi yeddi it vardı. İtlər doqquz-on aylıq
idilər. Təkcə Ağ Diş səkkiz ayın içində idi. İtlərin hərəsi
bir kəndirə bağlanmışdı. Kəndirlər eyni ölçüdə deyildi.
Onların uzunluğu və qısalığı itlərin yekəliyi, gövdəsinin
uzunluğu ilə ölçülürdü. Buna baxmayaraq, itlər kirşənin
qozlasındakı dairədə birləşmişdilər. Qozla yuxarı
qalxmışdı.
Yumşaq qarın içinə çox oturmasın deyə, tozağacı
qabığından qayrılmış kirşə yarımdairə şəkiindəydi. Elə
buna görə kirşəyə yığılmış yüklərin ağırlığı o qədər də hiss
olunmurdu. Tarazlığı saxlamaq üçün itləri kir- şənin
qozlasma yelpikvan bağlamışdılar. Beləliklə, qaçarkən
itlərdən heç biri bir-birinə mane olmurdu.
Yelpikvan qoşqunun bir üstün cəhəti də vardı.
Kəndirlərin müxtəlif uzunluqda olması arxada qaçan
itlərin qabaqdakılarla boğuşmasına mane olurdu. Boğuşma
yalnız gödək kəndiri olan itlə baş verirdi. Hücum edən it
rəqibi ilə burun-buruna dəyirdi. Bu vaxt sahibkar qamçı
zərbələrini işə salırdı. Qoşqunun ən böyük üstünlüyü bir də
bunda idi ki, qabaqdakı itlərə hücum etmək istəyən
arxadakıların boynuna çubuq bağlanmışdı və bu çubuqlar
downloaded from KitabYurdu.org
150
hücumun qarşısını alırdı. Belə kirşənin və itlərin sürəti
birə-on artırdı.
Daldakı itlər heç vaxt qabaqdakıları ötüb keçə bilmirdi.
Qoşquda hamı bərk qaçırdı. Biri o birindən asılı idi.
Beləcə, insan öz əməlləri ilə heyvanlar üzərində öz
hakimiyyətini möhkəmlətmişdi.
Ağıllı və fəndgir olmasında Qrey Biverə çəkmişdi. O,
Lip-lipin Ağ Dişə göz verib işıq vermədiyini çoxdan
duymuşdu. Hələ o vaxt Lip- lipin sahibi başqasıydı. Bir
dəfə Mit-sah ona xəlvətcə daş atmağa cürət etmişdi. İndi
Lip-lip Mit-saha məxsus idi. Ötən günlərin əvəzini çıxmaq
üçün Mit-sah onu ən uzun kəndirlə bağladı. Bu o demək
idi ki, Lip-lip qoşqunun başçısıdır. Sanki ona böyük etimad
göstərmişdilər. Əsl həqiqətdə isə burada bir hiylə
gizlənmişdi. Davakar itlər Lip-lipi sürüdə incitməyə
başlamışdılar. İndi bütün sürünün Lip-lipdən zəhləsi
gedirdi.
Kəndiri uzun olan Lip-lip lap qabaqda qaçırdı və itlərə
elə gəlirdi ki, Lip-lip sürüdən qorxub qaçır. İtlər onun dal
ayaqlarını və quyruğunu görürdülər. Bu, o qədər də
təhlükəli deyildi. Bundan başqa, qabaqda qaçan itə
arxadan baxan heyvanlarda belə bir təsəvvür yaranmışdır
ki, o, yalnız xıldan qaçır. Buna görə də xıl qabaqda qaçan
iti nəyin bahasına olursa-olsun qovub tutmağa çalışırdı.
downloaded from KitabYurdu.org
151
Kirşə tərpənən kimi bütün qoşqu Lip-lipin dalınca
yüyürürdü. Beləcə itlər bütün günü qaçırdılar. Bəzən təhqir
olunan lip-lip öz təqibçilərinə hucum etmək üçün
dayanırdı. Amma hər dəfə Mit-sahm otuz funtluq qamçıs,
onun başına dəyirdi. Quru maral bağırsaqlarından
düzəldilmiş burməlı qamçı Lip-lipi irəli qaçmağa məcbur
edirdi. Lip-lip qoşqu ilə boğuşmaqdan qorxmazdı. Amma
Mit-sahın qamçısının ağnsı dəhşətli idi. Buna görə də Lip-
lipin kəndiri dartmaqdan başqa çarəsi yox idi.
Hindu ağlı bitib-tükənməz fəndlərlə doludur.
Qoşqunun Lip-lipə qarşı ədavətini qızışdırmaq üçün Mit-
sah ayrı-seçkilik yaratmağa başladı, bununla da, bütün
xılda Lip-lipə qarşı nifrət oyatdı. Mit-sah xılın qarşısında
təkcə Lip-lipə ət verirdi. O biri itlər ağızlarım açıb baxırdı-
lar. Hiddətlənmiş itlər Lip-lipin başına hərlənir, amma
yaxm gəlməyə cürət etmirdilər. Mit-sah əlində qamçı
yemək yeyən Lip-lipin yanında durmuşdu. Bəzən ət
olmurdu. Mit-sah hiyləyə əl atırdı. O, bütün qoşqunu
özündən uzaqlaşdırıb qovurdu ki, guya Lip-lipi yedizdirir.
İlk gündən Ağ Diş qoşquya həvəslə girişdi. Allahlara
itaət edən Ağ Diş vaxtilə daha uzun yol qət etmişdi. O,
böyük bir həyat yolu keçmişdi. Allahların hökmü əleyhinə
çıxmağın mənasız olduğunu da bilirdi. İtlərin ona qarşı
nifrəti öz əhəmiyyətini itirmişdi. Onun üçün ən
downloaded from KitabYurdu.org
152
əhəmiyyətli varlıq insan idi. Onun öz həmcinslərinin
cəmiyyətinə olan ehtiyac hissi sönmüşdü. Kiççi tamam
yaddan çıxmışdı. Allahların hökmünü qəbul edən Ağ Diş
onlara sədaqət göstərməyə çalışır və bu öz hisslərinin
ifadəsində ona kömək edirdi. O, bütün əmrlərə qulaq asır,
intizama tabe olur, səylə işləyirdi. Vicdanlı əmək
əhliləşmiş bütün canavarlara xasdır. Ağ diş bu
keyfiyyətləri tamamilə mənimsəmişdi.
Az vaxta Ağ Diş itlərlə qaynayıb-qarışdı. Amma bu
ünsiyyət hər şeydən əvvəl düşmənçilik və ədavətlə ifadə
olunurdu. O, heç vaxt itlərlə oynamırdı. Canavar balası
dalaşmağı bacarırdı, dalaşırdı da. Lip-lipin dəstə başçısı
olduğu günlərdə aldığı yaraların əvəzini onqat çıxırdı. Lip-
lip indi də öz həmcinslərindən qabaqda qaçırdı. O, bütün
qoşqunun başçısı idi. Düşərgələrdə Lip-lip Qrey Biverdən,
onun oğlu və arvadından ayrılmırdı. O, allahlardan ayrı
dura bilməzdi. Çünki bütün itlər onu parçalamağa fürsət
gözləyirdi; ədavətin bütün ağrılarını, əzablarını dadmağa
məcbur olurdu. Əvvəllər isə bu əzablar Ağ Dişin payına
düşərdi.
Lip-lip hörmətdən düşmüşdü. Ağ Diş dəstə başçısı ola
bilərdi. Amma o, həddindən artıq qaraqabaq idi. Qoşqu
itlərini dişləyir, onlara olmazın yaralar vururdu. Başqa
vaxtlar heç onlara əhəmiyyət də verməzdi. Canavar
downloaded from KitabYurdu.org
153
balasına rast gələndə itlər dönüb qaçır. Hətta ən güclü
qoşqu iti belə Ağ Dişin ət payını almağa cürət etmirdi.
Əksinə, itlər öz ət paylarını mümkün qədər tez yeməyə
çalışırdılar. Yoxsa Ağ Diş onların da payını ala bilərdi. Ağ
Diş üçün bir qanun bəlli idi; zəifləri sıxışdır, güclüyə tabe
ol! O, Qrey Biverin ona tulladığı ət tikəsini tələm-tələsik
üyüdürdü. İtlərdən biri yeməyini vaxtında qurtarmayanda
qiyamət başlayırdı. Ağ Diş onun da payının axırına çıxardı.
Ət payı yeyilən it isə hiddətlə mırıldanır, dişlərini
şaqqıldadır, öz narazılığını yalnız göydə sayrışan ulduzlara
bildirirdi.
Günlər ötdükcə qoşqu itləri bir-bir Ağ Dişə qarşı
çıxmağa başlayırdılar. Buna baxmayaraq, Ağ Diş onları
asanlıqla ram edirdi. O, xıl- dakı xüsusi rolunu inadla
mühafizə edib qoruyurdu. İtlərlə boğuşmalar çox da davam
etmirdi. Qoşqu itlərinin ona gücü çatmırdı. Ağ Diş rəqibinə
qəfil, gözlənilməz zərbələr endirir, onu yaralayırdı. İtlərin
bədəni qanayırdı. Bu zaman it özünü itirir və boğuşmağa
macal tapmırdı.
Ağ Diş öz həmcinsləri arasında möhkəm intizama
riayət edir, allahlar kimi o, itlərə azca da olsa, güzəştə
getmirdi. Onlardan özünə qarşı sonsuz hörmət və itaət
tələb edirdi. Əlbəttə, itlər öz aralarında hər şey edə
bilərdilər. Bunun canavar balasına dəxli yox idi. Amma
downloaded from KitabYurdu.org
154
ləyaqətinin tapdanmasına yol verməzdi. Çalışırdı ki, xılda
itlər həmişə ona yol versinlər. Onu özlərinin Allahı kimi
tanısınlar. Hünəri var, bir it döyüş mövqeyində dursun,
tüklərini pırpızlaşdırsın, yaxud da dişlərini şaqqıldatsın!
Bu vaxt Ağ Diş onun üstünə cumar, amansızlıqla, rəhm
etmədən ona əməllərinin yanlış olduğunu sübut edərdi.
O, yırtıcıya dönmüşdü. Qoşqunu dəmir dəyanəti
gücünə idarə edirdi. Zəiflərə aman verməzdi. Yaşamaq
naminə, həyatda mövcud olmaq naminə hələ uşaqlıqda
anası ilə birlikdə heç bir köməksiz-fi- lansız şimal
cəngəlliklərinin sərtliyinə qalib gələrək mübarizə apar-
mışdılar və bu çəkişmələr onu bərkitmişdi. Güclü rəqibə
rast gələndə, Ağ Diş farağat dururdu. Sakit-sakit baxırdı.
Zəifləri əzirdi, istismar edirdi, amma güclülərə itaət
göstərirdi. Qrey Biver uzun səyahəti zamanı yolüstü başqa
adamların düşərgələrinə düşürdü. Bu vaxt Ağ Diş qərib və
zırpı itlər arasında ehtiyatla, sakit-sakit gəzməyi üstün
tutardı.
Bir neçə ay keçdi. Qrey Biverin səyahəti hələ də davam
edirdi. Uzun yol və qoşqudakı əzablı zəhmət Ağ Dişi
möhkəmlətmişdi. Görünür, onun əqli inkişafı da son
həddinə çatmışdı. Ətraf aləm başdan- başa qavranılıb süfrə
kimi onun qarşısında açılmışdı. Bu aləm amansız və sərt
idi. Onun istiliyi, nəvazişi, mərhəməti yox idi.
downloaded from KitabYurdu.org
155
Ağ Diş hətta Qrey Biverin özünə belə bağlılıq duymurdu.
Qrey Biver Allah idi, amma zalım Allah idi. Ağ Diş bu
zalım Allahın hakimiyyətini könüllü olaraq qəbul etmişdi.
Çünki Ağ Dişin təbiəti hökmranlığa qarşı çıxmırdı, çıxa da
bilməzdi. Əks təqdirdə, o, şimal cəngəlliklərindən
qayıtmamalı, allahlara öz sədaqətini sübut etməməliydi.
Onun içində hələ heç kəsin duya bilmədiyi dərin bir hiss
gizlənmişdi; xoş rəftar, nəvaziş göstərməklə Qrey Biver
bəlkə də bu dərinliyə baş vura bilərdi. Lakin o, Ağ Dişlə
həmişə sərt olmuşdu. Ona bir kəlmə də olsun xoş söz
deməmişdi. Bu, Biverin təbiətinə xas deyildi. Onun
hökmranlığı qəddarlıqla, zorakılıqla ölçülürdü. Bu
zorakılıqla o, hökm edirdi. Qamçı və dəyənək gücünə
ədaləti qoruyur, cinayətkarı isə cismani zərbələrlə
cəzalandırardı. Qrey Biver ona göstərilən xidməti
mükafatlandırmaz, sadəcə olaraq dəyənək zərbələrini
kəsərdi.
Ağ Diş insan əlinin mükafatı olan səadət haqqında heç
nə bilmirdi. O, insanın vuran əlini sevmirdi. Bu əl şübhəli
idi. Düzdür, bəzən bu əl ona əl atardı. Amma ətdən çox ona
ağrı-əzab gətirmişdi. Bu əllərdən uzaq olmaq yaxşıdır. Bu
əllər onu daşa basır, odun, dəyənək yellədir, qamçılayırdı.
Bu əllər onu şil-küt edir, tüklərini dartıb çıxarır, didik-
ləyirdi. Özgə düşərgələrinə girəndə ona məlum oldu ki,
downloaded from KitabYurdu.org
156
uşaq əlləri də xatalıdır. Bir dəfə az qala uşaqlar onun
gözünü çıxaracaqdı. Elə bundan sonra Ağ Diş uşaqlarla
ehtiyatla dolanmağa başladı. O, uşaqların şıltaqlığına dözə
bilmirdi. Uşaqlar ona yanaşıb xətər gətirən əllərini
uzadanda canavar balası dərhal qaçıb gedirdi.
Böyük Sleya gölünün sahilindəki düşərgələrin birində
Ağ Diş Qrey Biverin daha bir qanununu öyrəndi: Allahlara
hücum etmək olmaz! Bu günahı bağışlamırlar. Düşərgədə
yaşayan başqa itlər kimi adətə görə, o da yemək dalınca
getmişdi. O, donmuş sığın ətini balta ilə doğrayan bir oğlan
gördü. Ət tikələri və sümükləri ətrafa səpələnirdi. Ağ Diş
ayaq saxlayıb ət tikələrini ötürməyə başladı. Oğlan baltanı
atıb əlinə dəyənək götürəndə Ağ Diş dala çəkildi, zərbədən
güclə yayındı. Düşərgə ilə tanış olmayan Ağ Diş daxmalar
arasındakı dalana cumdu, birdən qarşısına hündür torpaq
səddi çıxdı. Buradan geri dönmək olmazdı. İrəliyə də yol
yox idi. Hara qaçacaqdı? Oğlan dalanın yeganə çıxış
yolunu tutmuşdu. O, irəli gəldi, dəyənəyi qaldırıb iti
vurmaq istədi. Ağ Diş qəzəbləndi, acıqlı-acıqlı insana
baxdı. Tüklərini dimdik qabardıb, oğlanın üstünə qorxunc
bir nərə çəkdi. Axı, o, belə bir qanunu yaxşı bilirdi: bütün
artıqlar, məsələn, donmuş sığın ətinin artıq tikələri onları
tapan itə məxsusdur. Axı, o, heç bir pis hərəkət etməmiş,
qanunu pozmamışdı. Niyə bu oğlan onu kötəkləməyə
downloaded from KitabYurdu.org
157
hazırlaşır? Bunun necə baş verdiyini Ağ Diş özü də
bilmədi. O, quduza dönüb hər şeyi ildırım sürətilə etdi.
Rəqibini - oğlanı göz açmağa qoymadı, sıçrayıb oğlanın
dəyənək tutan əlini dişlədi və oğlan qarın üstünə yıxıldı.
Bununla belə, Ağ Diş allahların təsbit etdiyi qanunu
pozduğunu bildi. Onu şiddətli cəza gözləyirdi. O,
allahların müqəddəs bədənini dişləmişdi. Ağ Diş qaçıb
Qrey Biverin ayaqları altında uzandı, yerə qısıldı. Əli
dişlənmiş oğlan və onun ailəsi hay-küy qaldırmışdılar. On-
lar Ağ Dişə cəza vermək üçün gəlmişdilər. Amma
əllərindən heç nə gəlmirdi. Qrey Biver öz itini müdafiə
etdi. Mit-sah və Klu-kuç da onun tərəfini saxladılar. Ağ
Diş diqqətlə qulaq asırdı. O, adamların qəzəblə əllərini
yellətdiyini görürdü. Buna baxmayaraq, öz haqlı hərəkətini
də başa düşürdü. Ona bir şey də aydın oldu: allahlar
müxtəlif olur: onun allahları, özgə allahları. Bu allahlar
bir-birindən fərqlənir. Öz allahından hər şey gözləyə bilər,
öz allahı ədalətli də, haqsız da ola bilər. Amma özgə
allahların ədalətsiz hərəkətinə dözə bilməz. Onda mütləq
intiqam almalıdır. Bu da bir qanun!
Elə həmin gün Ağ Diş başqa bir təzə qanunla da tanış
oldu. Meşədə çör-çöp yığan Mit-sah yad oğlanlarla
sözləşdi. Bu oğlanlar arasında Ağ Dişin yaraladığı oğlan
da vardı. Bu vaxt dava başladı. Oğlanlar Mit- sahın üstünə
downloaded from KitabYurdu.org
158
töküldülər. Mit-sah təklənmişdi. Hər tərəfdən ona zərbə
dəyirdi. Əvvəlcə canavar balası bu mənzərəni kənardan
seyr etdi. Bu allahların öz işidir, özləri bilər, ona dəxli
yoxdur. Birdən anladı ki, axı döyülən Mit-sahdır. Onun
allahlarından birini döyürdülər və o, bundan sonrakı
hərəkətlərini ölçüb-biçmədi, qəzəblənmiş it özünü
dalaşanlarm içinə atdı. Az keçmədi ki, oğlanlar əkilib
qaçdılar. Amma qarın üstü qan idi və oğlanların çoxu diş
yarası almışdı. Mit-sah hadisəni düşərgədə danışdı. Qrey
Biver Ağ Dişə ət verməyi əmr etdi. Canavar balasına daha
çox ət verdilər. O, doyunca yedi, tonqalın yanında uzanıb
yatdı. Ağ Diş möhkəm inanmışdı ki, bu qanunu düz başa
düşmüşdür.
Bundan sonra o, daha bir qanunu da öyrəndi, sahibin
mülkiyyətini də qorumaq lazımdır. Sahibin özünü, həm də
mülkiyyətini qorumaq itin vəzifəsi olmalıdır. Ağ Diş bu
vəzifəni də öyrəndi. İtaət etdiyi Allaha məxsus nə varsa,
hamısını özgə allahlardan qorumaq lazımdır. Lakin bu, itin
müqəddəs vəzifəsi olsa da, təhlükəli və qorxulu idi. Qadir
allahlar ilahi qüvvədir. Onlarla çəkişmək, höcətləşmək
çətindir. Amma, hər halda, Ağ Diş onlara cəsarətlə
müqavimət göstərməyi də öyrəndi. Vəzifə borcu onun
içindəki qorxunu əzib məhv etmişdi. Buna görə də əliəyri
özgə allahları Qrey Biverin mülkünə yaxın düşməməyi
downloaded from KitabYurdu.org
159
qərara aldılar.
Ağ Diş tezliklə dərk etdi ki, əliəyri allahlar qorxaq olur, bir
az bərkə düşən kimi dabanlarına tüpürüb qaçırlar. Ona
görə də Ağ Diş onian görən kimi hay salırdı. Heç iki dəqiqə
keçməmiş Qrey Biver onun başının üstünü kəsdirirdi.
Sonra o, başa düşdü ki, oğru təkcə ondan çəkindiyinə görə
qaçmır, oğru onun Allahı Qrey Biverdən qorxduğuna görə
qaçır. Əwəla, oğrunu görən Ağ Diş hürmürdü. Axı, o,
hürməyi bacarmırdı. Canavar balası çağırılmamış qonağın
üstünə cumur, dişlərini işə salırdı. O, sərt və qəzəbli
sahibinin etibarlı gözətçisi idi. Yalnız buna görə Qrey
Biver onu həmişə mükafatlandırırdı. Ağ Diş azğınlaşıb
quduza dönmüşdü.
Aylar bir-birini əvəz etdikcə insanla canavar balası
arasındakı ittifaq daha da möhkəmlənmişdi. Bu müqavilə
hələ uzaq-uzaq illərdə şimal cəngəlliklərindən üz döndərib
insanın ayağına gəlmiş ilk canavarla bağlanmışdı. Bütün
sələfləri kimi Ağ Diş də bu müqavilənin şərtlərini
imzalamışdı. Şərtlər isə çox sadə idi. Tanrıya itaət etməklə
o, azadlığını qurban vermişdi. Bunun əvəzində Allah ona
yemək və istilik, itaətkarlıq və soyuq münasibət bəxş
etmişdi. O isə Allahın mülkünü, təsərrüfatını və canını
qoruyurdu. Ona qulİuq göstərir, tabe olurdu.
Allahın varsa, ona itaət et! Ağ Diş də öz Allahına beləcə
downloaded from KitabYurdu.org
160
itaət edir, vəzifə borcuna və bir də canından çıxmayan
qorxu hissinə tabe ola- ola, ona qulluq göstərirdi. O, Allahı
sevmirdi. Sevginin nə olduğunu da bilmirdi. Bu hissi heç
vaxt duymamışdı. İndi onun anası Kiççi uzaq bir xatirəyə
dönmüşdü. Beləcə, Ağ Diş insana tabe olmuş, nəinki şimal
cəngəlliklərindən, öz cinsindən olan vəhşilərdən də üz
döndərmişdi. Həm də müqavilənin belə bir şərtinə də əməl
edirdi ki, Allahdan heç yana qaçmaq olmaz. Allah onu
anasının dalınca getməyə qoymurdu. İnsana olan sədaqət
Ağ Diş üçün qanuna çevrilmişdi. Bu qanun azadlıq
ehtirasından da, qan qohumluğundan da güclü idi.
6
ACLIQ
Qrey Biverin uzıın səyahəti qurtarmışdı. Yaz gəlmişdi.
Aprel günlərinin birində Ağ Dişin bir yaşı tamam oldu. O,
köhnə düşərgəyə qayıtdı. Burada Mit-sah Ağ Dişin
boynundan xaltanı açdı. Ağ Diş hələ tam dərk etməsə də,
Lip-lipdən sonra birillik küçüklər arasında, hər halda, ən
yekəsiydi. O, ata canavardan və Kiççidən boy almışdı. İndi
Ağ Diş az qala böyük itlərlə müqayisə olunurdu. Əlbəttə,
bədən quruluşuna
görə onlardan geri qalırdı. Bədəni arıq olsa da, tənasüblü,
qamətli idi. O, boğuşmalarda gücündən çox, cəldliyi və
çevikliyi ilə seçilirdi. Dərisi canavar dərisi kimi boz idi.
downloaded from KitabYurdu.org
161
Əsl canavara oxşayırdı. Kiççidən- gəlmə it qanı onun
xarici görünüşündə heç bir əlamət saxlamamışdı. Amma
bu qan onun xasiyyətinə təsir göstərmişdi.
Ağ Diş düşərgədəki allahlan tanıyır və burada arxayın-
arxayın hərlənirdi. Onlarla səyahətə çıxmamışdan qabaq
tanış olmuşdu. Hərdən küçüklərə də rast gəlirdi. Bu
müddət ərzində onlar da yekəlmişdilər. Amma rast gəldiyi
böyük itlər onun üçün daha çox qorxulu idi. İtlər nəhəng
görünsələr də, Ağ Diş onlardan çəkinmir, xılın içində
sərbəstliklə gəzirdi və bu sərbəstlikdən də ilk vaxtlar çox
böyük həzz alırdı.
Burada qoca bir it vardı. Ona Ağ Beysik deyirdilər.
Əvvəllər Ağ Beysik Ağ Dişi qovmaq üçün yalnız dişlərini
şaqqıldadırdı. Ağ Diş neçə dəfə Beysiklə tutaşmış və onun
cəngindən qaçmağa çalışmışdı. Amma indi Beysik
qocalmış, əldən düşmüşdü. Ağ Diş isə cavan idi. Ona hər
gün yeni güc gəlirdi.
Düşərgəyə qayıdandan sonra itlərin Ağ Dişə olan
münasibətindəki dəyişiklik tezliklə hiss olunurdu.
Adamlar bir az əvvəl ovladıqları sığın ətini paylayırdılar.
Ağ Dişə baldır sümükləri ilə birlikdə sığının dırnaqları da
düşmüşdü. Dırnaqların üstündə çoxlu ət vardı. Boğuşan
itlərdən qaçıb meşəyə gedən Ağ Diş öz payını yeməyə
girişmişdi ki, birdən qoca Beysik onun üstünə cumdu.
downloaded from KitabYurdu.org
162
Ancaq qoca it özünə gəlməmiş iki dəfə dişləndi. Ağ Diş isə
salamatca kənara sıçradı. Bu cəsarətli və sürətli hücumdan
mat qalmış Beysik gözlərini Ağ Dişə zillədi. Yeyilməmiş
ətli sümük itlərin arasında qalmışdı.
Beysik qoca idi. Əvvəllər onun asanlıqla qorxuda
bildiyi cavan it isə güclüydü, dalaşqandı. Bu, acı da olsa,
həqiqət idi və bu acı həqiqəti udmaq lazım gəldi. Beysik
bütün təcrübəsini və müdrikliyini köməyə çağırdı. O,
cavan itlərin qarşısında əyilmək istəmirdi. Əvvəlki
coşqunluğu olsaydı, hiddətlə cavan itin üstünə şığıyardı.
Ancaq indi zəifləyib əldən düşmüşdü, canavar balasına
cavab verməyə gücü çatmırdı. Buna baxmayaraq o,
tüklərini qabardıb Ağ Dişə baxırdı. Ağ Dişi qorxu hissi
bürüdü. O, büzüşmüş halda yerə sıxılmışdı, balaca küçüyə
dönüb geriyə çəkilmək barədə fikirləşirdi. Bax, Beysik
burdaca böyük səhv etdi. Əgər o, vahiməli və yırtıcı
görkəmini axıra qədər saxlasaydı, yəqin ki, hər şey yaxşı
qurtaracaqdı. Qaçmağa hazırlaşan Ağ Diş sür- sümüyü ona
qoyub əkiləcəkdi. Lakin Beysik gözləyə bilmədi. Ona elə
gəldi ki, qələbə elə onunkudur. İrəli yeridi, sümüyü iylədi.
Ağ Diş tüklərini yüngülcə pırpızlaşdırdı. Hətta bu zaman
da vəziyyətdən çıxmaq olardı. Amma Beysik başını yuxarı
qaldırıb, Ağ Dişə əvvəlki hiddətlə baxdı. Çünki qoca itin
bumuna təzə ət qoxusu dəymişdi. O, dözə bilməzdi.
downloaded from KitabYurdu.org
163
Beləliklə, sümüyü götürdü. Ağ Diş özündən çıxdı. Qonşu
itlər arasındakı hökmranlığının dadı hələ onun damağından
getməmişdi. Buna görə də özünü toplaya bildi. Axı, gözü
görə-görə başqa bir it onun ət payını içəri ötürürdü.
Canavar balası qoca Beysiki göz açmağa qoymadı. Adəti
üzrə itin üstünə tullandı. Elə birinci dişləkdən qoca itin sağ
qulağı parça-parça olub sallandı. Qəfil hücum qoca iti
sarsıtmışdı. Bu hücumun ardınca dərhal ildırım sürəti ilə
daha bir kədərli mənzərə baş verdi: Beysik ayaqlarından
vuruldu və boğazında dəhşətli yara əmələ gəldi. Qocaya
qalxmağa aman verməyən canavar balası iki dəfə onun
çiynini yaraladı. İldırım sürətli hücum dəhşətli idi. Beysik
də Ağ Dişin üstünə atıldı. Amma, ağzı boşa çıxdı. Dişləri
yalnız havada hiddətlə şaqqıldadı. Növbəti anda Beysikin
bumu parçalandı. Və o, ləhləyə-ləhləyə geri çəkildi.
Vəziyyət tamamilə dəyişmişdi. Sümüyün üstündə
hiddətdən tüklərini qabartmış Ağ Diş dururdu. Beysik hər
dəqiqə qaçmağa hazır vəziyyətdə idi. Kənarda durub
baxırdı. O, cavan, çevik rəqibi ilə boğuşmağa cürət etmədi.
Bir daha kədərlə hiss etdi ki, qocalmışdır. Amma öz
ləyaqətini itirməməyə çalışırdı. Buna görə də Beysik
arxasını cavan itə və yerə düşmüş sümüyə döndərib
sakitcə, şahanə addımlarla çıxıb getdi. Guya onu heç nə
maraqlandırmırdı. Gözdən itəndən sonra Beysik Ağ Dişin
downloaded from KitabYurdu.org
164
görə bilmədiyi bir yerdə uzanıb yaralarını yalamağa
başladı.
Bu hadisədən sonra Ağ Diş özünə daha çox inanmışdı.
O özü ilə fəxr edirdi. İndi Ağ Diş qoca itlər arasında da
arxayın-arxayın gəzirdi. Heç kəsə aman vermirdi. Əlbəttə,
şuluq salmağa bəhanə axtarmırdı. Amma itlərdən özünə
nəhayətsiz dərəcədə diqqət tələb edirdi. O öz hüququ
qoruyurdu. İtlərin qabağında əyilmirdi. İtlər onunla
hesablaşmalı idilər, vəssalam, heç kəs ona xor baxa
bilməzdi. Ağ Diş küçüklərin qənimi idi. Küçüklər yaşlı
itlərdən çəkinirdilər, onlara yol verir, hətta bəzən öz ət
paylarını da qocalara qoyub əkilməyə məcbur olurdular.
Yırtıcıya dönmüş, hamıdan sərt və güclü qaçan Ağ Diş də
özünü yaşlı itlər kimi aparırdı. Bu hüququ özü qazanmışdı.
Qoşqu itləri tezliklə başa düşdülər ki, Ağ Dişə elə-belə
baxmaq olmaz. Yaxşısı budur, onunla işləri olmasın. Ona
heç ilıq münasibət göstərməyə də cəhd
etmirdilər. İtlərlə bir neçə dəfə boğuşduqdan sonra Ağ
Dişin hökmü bütün xila sirayət etdi.
Yayın ortalarında canavar balasının başına gözlənilməz
bir hadisə gəldi. O, düşərgənin ətrafında sakit-sakit gəzirdi.
Burada təzə bir daxmanı ələk-vələk etdi. Ağ Diş hindularla
birlikdə sığın ovuna getmək istəyirdi, lakin birdən o, Kiççi
ilə rastlaşdı. Ayaq saxladı və Kiççiyə baxdı. O, anasını
downloaded from KitabYurdu.org
165
dumanlı şəkildə xatırlayırdı. Axır ki, yadına saldı. Amma
Kiççi öz oğlunu unutmuşdu. O, hiddətlə oğlunun üstünə
mırıl- dadı. Dişlərini şaqqıldatdı. Ağ Diş isə hər şeyi - anası
ilə bağlı ötən günləri xatırladı. Ötən günlər və ananın bu
nəriltisinin tanış mənası onun gözləri önündə canlandı.
Allahlarla görüşməzdən qabaq onun anası Kiççi - Ağ Diş
üçün əvəzolunmaz bir varlıq idi. Köhnə, doğma hisslər
qayıdıb onu bürüdü. Ağ Diş anasına sarı yüyürdü, amma
Kiççi dişlərini şaqqıldatmaqla onu qarşıladı. Kiççinin
dişləri sümüyə kimi oğlunun çiyninə sancıldı. Ağ Diş heç
nə anlamadı. Bu görüşə məəttəl qaldı. Özünü itirib,
karıxmış vəziyyətdə geri çəkildi.
Kiççidə günah yox idi. Ana canavarlar öz balalarını -
birdən çox yaşı olan balalarını tez unudurlar. Kiççi də
beləcə öz balasını yaddan çıxarmışdı. Ağ Diş onun üçün
yad olmuşdu və bu müddət ərzində doğduğu yeni nəsil
anaya azğınlıq etmək hüququ verirdi. O, naməlum olan
bütün itlərə qarşı quduzluq edirdi.
Ana canavarın balalarından biri Ağ Dişə tərəf süründü.
Özləri də bilmədən heyvanlar qeyri-ixtiyari bir-birinə
yanaşdılar. Ağ Diş küçüyü maraqla iylədi, Kiççi yenə onun
üstünə şığıyıb böyük oğlunun çənəsini yaraladı. Ağ Diş
yenə də geri çəkildi. Onun içində yenicə oyanmış bütün
köhnə, şirin xatirələri ölüb məhv oldu. O öz təzə balasını
downloaded from KitabYurdu.org
166
yalayan Kiççiyə baxdı, ana canavar hərdənbir başını
qaldırıb mınldayırdı. İndi Kiççi Ağ Dişə lazım deyildi. O,
anasız keçinməyi öyrənmişdi. Ananın necə əziz və
qiymətli varlıq olduğunu da unutmuşdu. Onun yırtıcı
dünyasında daha Kiççiyə yer yox idi. Kiççinin dünyası da
Ağ Dişsiz qalmışdı.
Elə bil xatirələr heç olmamışdı. Bütün bu hadisələr Ağ
Dişi heyrətləndirmiş, sarsıtmışdı. Bu vaxt Kiççi üçüncü
dəfə Ağ Dişin üstünə cumdu və onu qovdu. Ağ Dişin itaət
etməkdən savayı yolu yox idi. Kiççi dişi canavar idi və
onun cinsinin qanununa görə, erkək canavarla dişi canavar
dalaşmamalı idi. Əlbəttə, bu qanun haqqında o heç nə
bilmirdi. Bu qanunu həyat təcrübəsindən götürmüşdü. Bu
qanunu ona instinkt pıçıldayırdı. Elə bil instinkt ki, vaxtilə
aylı-ulduzlu gecələrdə onu ağzını göyə tutub ulamağa
məcbur etmişdi. Bu instinkt onu ölümün caynaqlı
pəncəsindən və naməlum qorxu hissindən çəkinməyə
məcbur etmişdi.
Aylar bir-birini əvəz edirdi. Ağ Dişin gücü artmışdı. O,
yekəlmiş, çiyinləri genişlənmiş, xasiyyəti inkişaf etmişdi.
Elə bil canavar balası palçıq kimi yumşaq bir materialdan
hazırlanmışdı. Onun içində çoxlu keyfiyyətlər gizlənmişdi.
Ətraf mühit bu palçıqdan istədiyi şeyi düzəldirdi. Ona
müxtəlif forma verirdi. Əgər insanın qaladığı tonqal Ağ
downloaded from KitabYurdu.org
167
Dişi özünə çəkməsəydi, yəqin ki, şimal cəngəlliyi onu əsl
canavar edəcəkdi. Allahlar ona tamam başqa bir dünya
bəxş etdilər. Canavar cinsindən olan Ağ Diş it olmuşdu.
Hər halda, o, canavar deyildi, it idi. Beləcə ətraf mühitin
təsiri ilə Ağ Dişin yarandığı elastiki material müəyyən bir
şəkil almışdı. Bu, mütləq belə olmalı idi. Ağ Diş get-gedə
daha sərt, zalım olur, öz həmcinslərindən gen qaçırdı. İtlər
bu qərara gəlmişdilər ki, Ağ Dişlə düşmənçilik etməsinlər,
Qrey Biver isə Ağ Dişi gündən-günə daha çox
qiymətləndirirdi. Lakin yetkinlik çağı Ağ Dişin zəif bir
cəhətini hələ də ört-basdır etməmişdi: ona məsxərə ilə
güləndə dözə bilmirdi. İnsanın kinayəli gülüşü Ağ Dişi
hiddətləndirirdi. Əlbəttə, adamlar öz aralarında gülüşə
bilərdilər. O, buna heç əhəmiyyət də verməzdi. Amma ona
lağ edib gülən adama nifrətlə, həqarətlə baxırdı. İtin
ləyaqəti, təmkini coşub həddini aşmışdı. Həqarətli gülüş
onu bərk acıq- landınrdı. Bu vaxt Ağ Diş xalis şeytana
dönürdü. Belə anlarda onun cənginə keçən küçüyün işi
bitməliydi. O, Qrey Biverin də acıqlı olmasına bələd idi.
Qrey Biverin cəzalan şiddətli olurdu. Onun cəza qanun-
lan Ağ Dişə bəlliydi. Qrey Biverə dəyənəklə ağlı kömək
edirdi. Amma itlərin boş çöllüyə cumub can qurtarmaqdan
savayı əlacı yox idi. Onlar hiddətlənmiş Ağ Dişi görəndə
tez aradan çıxırdılar...
downloaded from KitabYurdu.org
168
Ağ Dişin üç yaşı tamam olmuşdu. Bu vaxt Makkenzi
çayının sahilində yaşayan hindu düşərgəsinə aclıq düşdü.
Onlar yayda balıq tuta bilməmişdilər. Qışda isə marallar öz
həmişəki məskənlərindən qaçıb getmişdilər. Sığın
dəstələri nadir hallarda görünürdü. Dovşanlar isə, demək
olar ki, qeybə çəkilmişdilər. Meşənin vəhşi heyvanları
məhv olmuşdu. Vəhşilər aclıqdan zəifləyib əldən düşmüş,
bir-birlərini yeməyə başlamışdılar. Bu dəhşətli fəlakətdən
yalnız güclülər salamat çıxırdı.
Ağ Dişin allahları ovçuluqla məşğul olurdular. Aclıq
düşəndən sonra qocalar və zəiflər bir-bir ölməyə
başladılar. Düşərgədə vay-
şivən qopmuşdu. Qadınlar və uşaqlar öz paylarını, son
tikələrini arıq- layıb çöpə dönmüş ovçulara verirdilər.
Çünki ovçular bütün günü meşədə qurd-quş axtarırdılar.
Aclıq allahları pis günə salmışdı. Onlar maral
dərisindən
düzəltdikləri
mokasin
ayaqqabılarını,
əlcəklərini yeyirdilər. İtlər qoşqu qayışlarına, qamçılara
daraşıb aclıq ehtiraslarını söndürürdülər. Bu, hələ harası
idi? İtlər bir-birinin ətini yeyir, allahlar da itləri yeyirdilər.
Sağ qalan itlər bütün bunları görür, təşvişə düşürdülər.
Onları da belə bir acınacaqlı aqibət gözləyirdi. Ağıllı və
cəsarətli itlər insanın qaladığı tonqalı birdəfəlik tərk edib
qaçır, meşəyə pənah aparırdılar; burada isə onları ya ölüm,
downloaded from KitabYurdu.org
169
ya da yırtıcı canavar cəhəngi gözləyirdi.
Belə acınacaqlı günlərin birində Ağ Diş də meşəyə tərəf
qaçdı. O, başqa itlərə nisbətən həyatdan daha çox baş
çıxarırdı. Keçmiş həyat məktəbi ona yaxşı dərs vermişdi.
Xüsusilə xırda vəhşilərin izinə ustalıqla düşə bilirdi. Ağ
Diş ehtiyatla sincabların hər bir hərəkətini saatlarla izləyir,
onların ağacdan yerə düşəcəyi fürsəti əldən vermirdi. Belə
hallarda o, müstəsna dözüm nümayiş etdirirdi. Əlbəttə, bu
dözüm onu üzən, aclıqla heç cür uyuşmurdu. Ağ Diş isə
tələsmirdi. Bütün imkanlarını ölçüb-biçəndən sonra dəqiq
və düzgün hərəkət etməyə çalışırdı. Yoxsa sincab yenə
ağaca dırmaşıb əldən çıxa bilərdi. Sincab sürətlə qaçsa da,
pusquda duran Ağ Diş güllə kimi onun üstünə sıçrayıb
qamarlayırdı.
Adətən sincab ovu uğurla başa çatırdı. Amma Ağ Diş
doyunca yeyə bilmirdi. Çünki sincablar nadir hallarda
görünürdü. Buna görə də canavar daha xırda quşları
tutmağa məcbur olurdu. Aclıq onu üzürdü. O, siçovulları
yuvalarından qazıb çıxarır, özü kimi ac olan gəlinciklə də
döyüşə girməkdən çəkinmirdi.
Şiddətli aclıq Ağ Dişi amansız caynaqları ilə sıxmaq
istəyəndə o, yenidən, xəlvət-xəlvət allahların qaladığı
tonqala yaxınlaşdı. Ancaq lap yaxma getmədi. O, allahlarla
bir daha görüşməkdən qaçırdı. Meşədə hərlənir, cələyə
downloaded from KitabYurdu.org
170
düşmüş tək-tük quşları oğurlayırdı. Bir dəfə isə Qrey
Biverin qurduğu tələyə düşmüş dovşanı qamarladı. Sonra
ovunu götürüb ləhləyə-ləhləyə qaçdı. Bu vaxt Qrey Biver
meşədə gəzirdi. Zəiflikdən güclə özünü saxlamış hindu
dincini almaq üçün oturmuşdu. Birdən Ağ Diş yorulub
əldən düşmüş, ayaq üstə güclə tab gətirən cavan canavara
rast gəldi. Ağ diş ac olmasaydı, əlbəttə, ondan yan keçərdi.
Bəlkə də ona qoşulub qaçardı. Amma bu dəfə o, canavarı
qovub
öldürdü, sonra da onu yedi. Görünür, tale Ağ Dişin
tərəfində idi. Çünki hər dəfə aclıq şiddətlənəndə, o, təzə ov
qamarlayırdı. Hətta gücdən taqətdən düşdüyü günlərdə
belə, xoşbəxtlik ondan üz döndərmirdi. Bir dəfə Ağ Diş
vaşaq ətindən iki gün doyunca yedi. Sonra canavar
sürüsünə rast gəldi. Sonra uzun, amansız təqib başlandı.
Ağ Diş canavarlardan daha möhkəm və güclü idi.
Buna görə də onlardan canını qurtara bildi. O, nəinki
qaçırdı, böyük dövrə vururdu və geri qayıdanda yorulub
taqətdən düşmüş canavarlardan birinin üstünə şığıyırdı.
Tezliklə Ağ Diş bu yerlərlə vidalaşıb öz keçmiş
yurduna tərəf yola düşdü. O, doğma mağaranı axtarıb
tapdı. Kiççini burada gördü. Kiççi də allahların qonaq
sevməyən tonqallarını tərk edib gəlmişdi. Balalamaq vaxtı
o, mağaraya dönmüşdü. Ağ Diş mağaraya gələndə
downloaded from KitabYurdu.org
171
Kiççinin təzə doğulmuş küçüklərindən yalnız biri sağ
qalmışdı və bu balaca küçük də son günlərini yaşayırdı.
Körpələr aclığa çətin tab gətirirdi.
Kiççi böyük oğlunu - Ağ Dişi yaxşı qarşılamadı.
Canavar balası buna əhəmiyyət vermədi, anaya möhtac
deyildi. Ağ Diş soyuqqanlıqla ondan üz döndərib
çayyuxarı qaçdı. Çayın sol qolunda haçansa, anası ilə
birlikdə dalaşdığı vaşaq yuvasını tapdı, sakinləri didərgin
düşmüş bu yuvada uzanıb bütün günü dincini aldı.
Yayın əvvəllərində - aclıq qurtaran vaxtı Ağ Diş
qəfildən Lip- liplə rastlaşdı. Lip-lip də onun kimi meşəyə
qaçmış, acınacaqlı həyat sürmüşdü. Ağ Diş onu qəfildən
gördü. Əyri sahilin çıxıntısından əks istiqamətə tərəf
dönürdü. Onlar, demək olar ki, eyni vaxtda hündür təpənin
dalından çıxıb üzbəüz dayandılar. Hər ikisi quruyub qaldı.
Bu görüşdən hər ikisi qorxuya düşdü. Hər iki it gözlərini
bir-birinə zillədi. Ağ Dişin əhvalı yaxşı idi. O, həftə
ərzində yaxşı ov etmiş, çoxlu ət yemişdi. Tox idi. Lip-lipi
görən kimi tükləri dimdik qalxdı. Qeyri- ixtiyari olaraq
tüklərini qabardan Ağ Diş əvvəllər Lip-liplə dalaşanda
belə vəziyyət alardı. Öz düşmənini görən Ağ Diş
mırıldandı. Fürsəti əldən vermədi. Hər şey sürətlə baş
verdi. Lip-lip dala çəkildi. Ağ Diş çiyin-çiyinə sürünüb
birdən onun ayaqlarından vurdu. Sonra belinə tullanıb Lip-
downloaded from KitabYurdu.org
172
lipin daman çıxmış boynunu cənginə keçirtdi. Lip-lipi
ölümqabağı titrəmə tutdu. Ağ Diş gözünü ondan çəkmirdi.
Bir müddət onun başına fırlandı, sonra yenidən yola düşüb
sahilin əyri döngəsində gözdən itdi.
Ağ Diş tezliklə meşə kənarına gəldi. Sonra ensiz
cığırlarla Makkenzi çayına endi. O, əvvəllər də buraya
gələrdi. O vaxt bu sahildə heç
nə yox idi. İndi isə burada düşərgə görünürdü. Ağ Diş
dayandı. Ağacların arxasına çəkilib oğrun-oğrun pusmağa
başladı. Düşərgədən gələn səslər və qorxular ona tanış idi.
Lakin düşərgənin səs və qorxusunda nəsə bir təzəlik
duyulurdu. Hürüşmə və ağlaşma səsi gəlirdi. Bu səslər
sanki bolluqdan, naz-nemətdən xəbər verirdi. Bu vaxt Ağ
Diş əsəbi qadın səsi eşitdi. Ona elə gəldi ki, bu cür
əsəbiləşmək yalnız tox qarına mümkün olar. Havadan
balıq iyi gəlirdi. Deməli, düşərgədə yemək vardı. Həyat
qaynayırdı.
Aclıq qurtarmışdı. O, meşədən çıxıb sürətlə düz
daxmaya - məişət qayğıları ilə coşub-daşan daxmaya tərəf
götürüldü. Evin kişisi yox idi. Amma Klu-kuç Ağ Dişi
görən kimi sevincdən qışqırdı. Ona bütöv bir təzə balıq
verdi. Balığı ləzzətlə yeyəndən sonra Ağ Diş uzanıb Qrey
Biverin yolunu gözlədi.
downloaded from KitabYurdu.org
173
Yüklə Dostları ilə paylaş: |