Azərbaycanda keçid prosesi başlayandan real faktiki mübadilə məzənnəsinin (RFMM) seriyalarından üç ayrı-ayrı dövr seçilə bilər:
R FMM-nin 46 faiz kəskin artması, yanvar 1995 - sentyabr 1998 dövrdə.
Rusiyada böhrandan həmən sonra RFMM azalmaya başladı. Bu da 2004-cü ilin iyul ayına qədər davam etmişdir. Nəticədə, məzənnə 1998 ilin sentyabrındakı zirvəsi ilə müqayisədə 36 faiz və 1995-ci ilin yanvarındakı zirvəsi ilə müqayisədə 7 faiz aşağı olmuşdur.
İyul 2004 – noyabr 2005 dövrü arası RFMM 14 faiz qalxmış, lakin tam zirvəsindən 27 faiz aşağı qalmaqda idi.
2001-ci ildən bəri Azərbaycan RFMM ən çox azalmaya meylli olaraq qalmaqda idi.
F undamental faktorlar çox güman ki, mühüm real artım təzyiqini göstərəcək. Faktiki, (i) 2006-09 dövr ərzində neft ixracının 45 faiz artıb onilliyin sonuna 60 milyon tona çatması proqnozlaşdırılır; (ii) xarici mühitin əlverişli olması gözlənilir; (iii) Azərbaycanın bazar iqtisadiyyatına keçid şəraitini nəzərə alaraq investisiya axınının davam etməsi gözlənilir; (iv) hökumətin yüksək məsrəflərin tələbat və inflyasiya təzyiqlərinə gətirib çıxarması ehtimal olunur; və (v) hökumət tərəfindən minimal əmək haqının artırılması nəticəsində əmək haqqının xeyli artması da xərclərin təzyiqlərini davam etdirəcək. [Buna baxmayaraq] Azərbaycanda əmək haqqı səviyyəsi regionda digər ölkələrdə orta səviyyə ilə müqayisədə aşağı olaraq qalmaqdadır.