Təbii fəlakətlərin idarə edilməsinin gücləndirilməsi 110. ÖTS ətraflı Təbii Fəlakətlərin İdarə edilməsinin İcmalını daxil edir. İcmal hökuməti, özəl sektoru və mülki cəmiyyəti riskin azaldılması və təbii fəlakətlərin planlaşdırılması üçün institusional tədbirlərin gücləndirilməsinə, fövqəladə vəziyyət və təbii fəlakətlərin planlaşdırılması üçün hüquqi çərçivənin yeniləşdirilməsi və yenidən cəmləşməsinə, müasir standartlara cavab verməyən təhlükə monitorinqi və qabaqcadan xəbər vermə şəbəkələrinin yenidən təchiz edilməsi, restrukturizasiyası və yeniləşməsinə, sellərin qarşısının alınması infrastrukturunun istismarı və saxlanılması üçün maliyyələşdirmənin artırılmasına dair siyasət dialoquna cəlb edəcəkdir. İcmal Milli Təbii Fəlakət Riskinin İdarə edilməsi Strategiyasının və Milli Fəaliyyət Planının icra edilməsi statusuna toxunacaq; hərtərəfli çoxtəhlükəli risk qiymətləndirilməsi vasitəsilə riskləri müəyyən edəcək; böhranlı infrastrukturun qorunması yollarını müəyyən edəcək; və risklərin idarə edilməsində, xüsusilə də təhlükələrə nəzarət edilməsi, onların monitorinqi və erkən xəbərdarlıq və yayma sistemləri üçün regional əməkdaşlığı dəstəkləyəcək. Əgər hökumət Təbii Fəlakətlərin İdarə edilməsi Layihəsini faydalı taparsa, bu layihə icmalı davam etdirə bilərdi. Davam edən və təklif edilən irriqasiya layihələri silsiləsi əsas kanalların bərpa edilməsi vasitəsilə sellərin qarşısının alınması məsələsini həll edəcəkdir.