Draft confidential
Mənbə: Ev Təsərrüfatı Büdcəsinin Müayinəsi və İşçi Heyətinin hesablamaları. İstiqamət I: Neft Bumunun İdarəolunması CAS dövründə makroiqtisadi idarəetmə təqdirə layiq olmuşdur. Hökumət makroiqtisadi sabitliyi qoruyub saxlamaqda xeyli uğurlu olmuşdur. İri həcmli və potensial olaraq sabitliyi pozan kapital axınının olmasına baxmayaraq, sabit mübadilə kursu saxlanılmış və CAS dövrü ərzində inflyasiya tək rəqəmli olmuşdur. Xarici borc 2002-ci ildə ÜDM-nin 24%-dən 2005-ci ildə 15%-ə enmişdir. Böyük həcmli daxilolmalar və xərclərin nisbətən ehtiyatlı artımı 2002-ci və 2005-ci illər arasında ÜDM-nin 0.6% həcmində olan fiscal artıqlığa nail olmağa imkan vermişdir. Cari hesabın kəsiri, BTC-nin (Bakı-Tbilisi-Ceyhan) inşası və dənizdə neft platformalarının tikintisi ilə əlaqədar olaraq neft sektoruna olan idxalların həcminin artması səbəbindən, 2001-ci ildə ÜDM-nin 1 faizindən 2004-cü ildə ÜDM-nin 30 faizinədək kəskin olaraq yüksəlmişdir. Lakin, bu kəsir BXI tərəfindən maliyyələşdirilmiş və ümumi tədiyyə balansında artıqlıq müşahidə edilmişdir. 2005-ci ildə cari hesabın kəsiri ÜDM-nin 1.3% həcmində artıqlığa çevrilmişdir. 2001-ci ildə ÜDM-nin 23 faizindən 2004-cü ildə ÜDM-nin 58 faizinədək olan ümumi investisiyalardakı artım nəzərə alınaraq, makroiqtisadi idarəetmə möhtəşəm olmuşdur. 2004-cü ilin sonu 2005-ci ilin əvəllində, inflyasiya iri həcmli kapital axını və böyük dövlət xərcləri fonunda əsasən mübadilə kursunun kifayət qədər çevik olmaması səbəbindən artmışdır. İlin ikinci rübündə Hökümət, Bank və BVF ilə məsləhətləşmələr aparmaqla, inflyasiyanı azaltmaq məqsədi ilə böyük mübadilə kursu çevikliyni tətbiq etmiş və faiz dərəcəsini artırmışdır. Bir sıra struktur dəyişiklikliyni nəzərdə tutan anti-inflyasiyaya aid sərəncam təsdiq edilmişdir. 2005-ci il üçün dövr sonu inflyasiya təqribən 5.5 faiz olaraq qiymətləndirilmişdir.
Yüklə 1,78 Mb. Dostları ilə paylaş: |