Draft confidential


Bank Tərəfindən Dəstəklənən Daha Uzunmüddətli Strateji Məqsədlər



Yüklə 1,78 Mb.
səhifə74/112
tarix01.01.2022
ölçüsü1,78 Mb.
#102843
1   ...   70   71   72   73   74   75   76   77   ...   112
Bank Tərəfindən Dəstəklənən Daha Uzunmüddətli Strateji Məqsədlər

Azərbaycan öz müvəqqəti neft bumunun yoxsulluğun davamlı azaldılması və iqtisadi artım işinə yardım etmək üçün istiqamətləndirilməsi məsələsi ilə üzləşməkdədir. Keçən bir neçə il ərzində hökümət iri həcmli neft və qaz daxilolmalarının əldə edilməsi mərhələsinə qədəm qoymuşdur. Yeni kəşfiyyat işləri istisna edilməklə, neft və qazdan əldə ediləcək daxilolmalar axını növbəti 10 illər ərzində özünün ən uca zirvəsinə çatacaq sonra isə azalma müşahidə ediləcəkdir. Ona görə də Azərbaycanın üzləşdiyi ən əsas məsələ bu resursların şəffaf və ehtiyyatlı idarə edilməsi olacaqdır ki, bu resursların qeyri-neft sektorunda iqtisadi artımı stimullaşdırmaq və makroiqtisadi sabitliyi qorumaqla dövlət tərəfindən sosial xidmətlərin göstərilməsinin yaxşılaşdırılmasına sərf edilməsi təmin edilsin. Hökümət, Bankın və Beynəlxalq Valyuta Fondunun (BVF) dəstəyi ilə neft və qaz daxilolmalarının idarəedilməsində şəffaflığın ən yüksək standartlarına əməl etmək tapşırığını almış Azərbaycan Respublikasının Dövlət Neft Fondunu (DNF) təsis etmişdir. Daxilolmaların böyük qismi gələcək nəsillər üçün xarici maliyyə vəsaitləri formasında saxlanılmaqdadır, və bu ciddi infrastruktur və dövlət tərəfindən təmin edilən xidmətlərdə çatışmazlıqların, yüksək yoxsulluq səviyyəsinin, və ehtiyacların çox olduğu bir ölkədə çətin siyasi qərar olmuşdur.


Yoxsulluğu azaldılması üçün Hökümət, YAİİDP-lə bərabər, gəlir əldə etmək imkanı olan mühitin inkişafına; makroiqtisadi sabitliyin qorunub saxlanılmasına; əsas səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin təkmilləşdirilməsi və onlara bərabər çıxış; (yollar, komunal xidmətlərin göstərilməsi, rabitə və suvarma da daxil edilməklə) infrastrukturun təkmilləşdirilməsi; zəiflərə daha effektiv müdafiəni təmin etmək üçün sosial müdafiə sisteminin islahatı; qaçqın və məcburi köçkünlərin həyat şəraitinin və imkanlarının artırılmasına dair orta müddətli məqsədləri müəyyən etmişdir. YAİİDP-in birgə Bank-Fond Əməkdaşların Birgə Qiymətləndirilməsi Qeydi müəyyən etmişdir ki, strategiya etibarlıdır, onun geniş siyasət prioritetləri məqbuldur və yoxsulluğun azaldılmasının çoxtərəfli təbiətinə müvafiqdir və o qeyri-neft sektorlarının inkişafı vasitəsi ilə balanslaşdırılmış artıma olan ehtiyacı və Bakı ilə ölkənin digər bölgələrinin inkişafı arasında olan fərqi azaltmağı əks etdirir.
Mİ03-05 üzrə CAS YAİİDP-lə sıx uyğunluğda olmuşdur. Mİ03-05-də Azərbaycanın üzləşdiyi əsas məsələ neft sektoruna yüksək səviyyəli xarici investisiyalar fonunda sabitliyin saxlanılması, daxil olması Mİ-06-dən etibarən gözlənilən neft daxilolmalarının münasib idarəedilməsini icra edəcək qurumların təsis edilməsi, qeyri-neft sektorunda artım üçün mühitin yaxşılaşdırılması, və dövlətin təmin etdiyi xidmətlərin keyfiyyəti və onlara çıxışın artırılması olmuşdur.
Bank Qrupunun, YAİİDP və davamlı yoxsulluğun azaldılmasına nail olmağa yardım edən strategiyası 4 strateji məqsəd əsasında təşkil edilib:


  • I-ci İstiqamət: Makroiqtisadi sabitliyi bərqərar etmək, Holland sindromunun qarşını almaq, qeyri-neft sektorunun inkişafını surətləndirmək, məşğulluq və yoxsullar naminə xərclər üçün neft bumunun idarə olunması.




  • II-ci İstiqamət: Biznes mühitnin inkişafı və maliyyə xidmətlərinə çıxışı təkmilləşdirməklə, orta və kiçik həcmli müəssisələrə yardım infrastrukturu yaratmaqla, və kənd təsərrüfatını stimullaşdırmaqla iş yerlərinin və qeyri–neft sektorunun yaradılması




  • III-cü İstiqamət: Sosial xidmətlərin səviyyəsində, yardımda və infrastrukturda azalmanın qarşısını almaqla xidmətlərə çıxışı inkişaf etdirmək.




  • IV-cü İstiqamət: YAİİDP-in nəzərdə tutduğu səviyyədə və zaman çərçivəsində neft potensialının realizə olunmasına yardım.

Həm Hökümətin strateji məqsədləri, həm də Bankın CAS hədəfləri CAS dövrü ərzində bir-birinə uyğun olmuşdur. Resursların bumunun idarəedilməsi sahəsində bir çox ölkələrin üzləşdiyi çətin təcrübəni nəzərə alaraq, daxilolmaların axının ehtiyyatla idarə edilməsi fonunda neft potensialının tam realizə olunmasına yardım etmənin qeyd edilməsi tam müvafiq olmuşdur. Kənd təsərüffatı, aqro-emal, istehsal, tranzit ticarət və logoistika xidmətləri kimi qeyri-neft sektoru sahələrinin inkişafının stimullaşdırılması, neft ehtiyyatları tükəndikdən sonra məşğulluğun yaradılması və davamlı iqtisadi inkişafın təmin edilməsi üçün də vacibdir. İnvestisiya mühitinin inkişafı və qeyri-neft sektorunda artımının təkmilləşdirilməsi üçün əsas elemetlərdən biri idarəetmə, tənzimləyici və inzibati mühitdə maneələrin ardan qaldırılması, infrastruktur və komunal xidmətlərin yaxşılaşdırılmasıdır. Azərbaycana Sovet dönəmindən nisbətən yaxşı sosial göstəricilər miras qalmışdır, lakin onlar 90-ci illər ərzində azalıb. Çağırış həmin vəziyyəti dəyişmək və müasir tələblərə cavab verən sistemi yaratmaqdan ibarətdir.



Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin